C.Məmmədquluzadə adına Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi

C.Məmmədquluzadə adına Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi "Təhsil millətin gələcəyidir"
H.Əliyev

17/03/2026
24/12/2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti və xalqa sədaqətli xidməti dünya miqyasında örnəkdir.

“Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
Prezident İlham Əliyev
14 fevral 2024

Təhsil və peşəkar fəaliyyət.

- İnamlı addımların və uğurlu qərarların əsasında duran təhsil.
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb;

- Dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmağa səbəb olmuş peşə fəaliyyəti.
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub;

- Beynəlxalq təşkilatların fəaliyyətində səmərəli iştirak.
Prezident İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib;

- Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib;

- Qalib Xalqın Qalib Lideri!
2024-cü il 7 fevral tarixli prezident seçkilərində cənab İlham Əliyevin seçki platformasında qarşıya qoyulmuş hədəflər (https://apa.az/secki-2024/qalib-xalqin-qalib-lideri-812491):
- Hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması;
- Qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım;
- İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış;
- Milli maraqlara söykənən müstəqil xarici siyasət;
- Milli təhlükəsizlik və müasir ordu quruculuğu;
- İnnovativ və müasir təhsil, qabaqcıl səhiyyə;
- Müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı;
- Demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi.

- Zəfər seçkisi.
2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir;

- Ordenlər.
Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il); Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il); Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il); Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il). Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il); Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il); Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il); Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il); Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il); Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il); Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il); Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il); Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il); Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il); Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il); Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il); Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il); “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il); Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il); Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il); Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il); Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni (24 avqust 2022-ci il);


- Fəxri elmi adlar.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il); Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il); Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il); Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il); Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il); Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il); Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il); İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri doktoru (29 iyul 2007-ci il); Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il); Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il); Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il); Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il); Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il); Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il); Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il); Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il);

- İdman təşkilatlarının mükafatları.
Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il); Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il); Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il); Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il); Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il); MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il); Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il); Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il); Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il); Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il); Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il); Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il); Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı (29 aprel 2018-ci il); Dünya Etnoidman Konfederasiyasının “Liderlik Mükafatı” (5 mart 2022-ci il).


Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.” Prezident İlham Əliyev
31 dekabr 2015

- 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”;

- Dövlət siyasətinin müasir modeli.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi;

- Gələcəyə hesablanmış dövlət siyasəti.
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır;

- Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.
Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı;

- Prezidenti İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti.
Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb;

- İlham Əliyev - Yeni Azərbaycan Partiyasının sədri.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Prezident İlham Əliyev Partiyanın yeni sədri seçilmişdir. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etmişdir. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır;

- “Biz birlikdə güclüyük!”
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Dünya iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir;

- Azərbaycanın yeni siyasi konfiqurasiyası.
Prezident İlham Əliyev 2020-ci ilin əvvəlində ölkədə yeni siyasi konfiqurasiyanın qurulması, siyasi dialoq mühitinin formalaşdırılması məsələsini ictimai çıxışlarında diqqətə çatdırmış, bu barədə müvafiq tapşırıqlarını vermişdir. VI çağırış Milli Məclisin ilk iclasında da cənab Prezident bu prosesin təfərrüatlarına toxunaraq demişdir: “... indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.”; “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”
Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”;

- Siyasi dialoqun müsbət demokratik təzahürləri.
Siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirilmişdir; ümumilikdə 89 qurultayın keçirilməsi üçün lazımi şərait yaradılmışdır ki, bunların 30-nun keçirilməsi nəticəsində müvafiq partiyaların legitim fəaliyyəti təmin edilmişdir; uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olunmuşdur; “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilmişdir; siyasi partiyalara dövlət maliyyə yardımının həcmi 2022-ci ildən başlayaraq 4 milyondan 5 milyona manata, 2025-ci ildən isə 6 milyon manata çatdırılmış, parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da 2024-cü ilin IV rübündən etibarən dövlətdən maliyyə yardımı almağa başlamışlar; siyasi partiyaların işğaldan azad edilən rayonlara birgə 8 səfəri həyata keçirilmişdir; siyasi partiyaların (AXCP istisna olmaqla) iştirakı ilə 1 seminar-müşavirə, Milli Məclisdə 3 dəyirmi masa, həmçinin 6 video-konfrans və çoxsaylı fərdi görüşlər keçirilmişdir; partiyaların mütləq əksəriyyəti dövlətçilik məsələləri ilə bağlı Vətən müharibəsi zamanı və digər dövrlərdə siyasi və milli birlik nümayiş etdirərək ümumilikdə 14 birgə bəyanat və müraciətə imza atmışdır; bütün siyasi partiyalar dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başlamışdır; qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrılmış və istifadəyə verilmişdir; siyasi partiya liderlərinin müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında davamlı çıxışları təmin olunmuşdur; Anım günlərində, ümumxalq hüzn günündə müvafiq məkanların siyasi partiya nümayəndələrinin birgə ziyarət etməsi təşkil olunmaqdadır; 2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yaranmışdır;

- Təkamül yolu ilə demokratik ənənələrin formalaşması.
10 siyasi partiyanın VI çağırış, 11 siyasi partiyanın isə VII çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə 7 müxalifət partiyasının nümayəndələri qanunvericilik orqanının rəhbərliyində (Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər) təmsil olunublar. Milli Məclisə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərdə 26 siyasi partiyadan 25-i iştirak etmişdir (2020-ci ildə 62 siyasi partiyadan cəmi 20-si iştirak etmişdir). Son parlament seçkilərində qeydiyyata alınmış 991 namizəddən 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 30,7%-ni təşkil etmişdir (2020-ci il parlament seçkilərində isə 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 18,7%-ni təşkil etmişdir). 25 siyasi partiya 71.048 nəfər müşahidəçi və məşvərətçi ilə son seçkilərdə iştirak etmişdir (2020-ci ilin seçkilərində isə 24 siyasi partiya təxminən 2 dəfə az - 35.476 müşahidəçi və məşvərətçi ilə seçkilərdə iştirak etmişdir). VII çağırış Milli Məclisə seçilən deputatlardan 68-i Yeni Azərbaycan Partiyasını, 13-ü müxalifət partiyalarını təmsil etmiş, 44-ü bitərəf olmuş, həmçinin Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyasının nümayəndəsi seçilmişdir.
2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülmüşdür. Həmçinin seçkilərdə siyasi partiyaların irəli sürdüyü müşahidəçi və məşvərətçilərin sayında əhəmiyyətli artım olmuş, 2018-ci il prezident seçkilərində 62 siyasi partiyadan 14 siyasi partiya 36.315 müşahidəçi və məşvərətçi ilə iştirak etdiyi halda, son seçkilərdə dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 19-u seçkilərdə 51.756 müşahidəçi və məşvərətçi ilə iştirak etmişdir. Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq prezident seçkilərindən sonra ilk dəfə 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etmişlər.
2025-ci ilin 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində ölkədə mövcud olan 26 siyasi partiyadan 23-ü həm namizəd, həm də müşahidəçi irəli sürməklə seçki prosesinə qatılmışdır (2019-cu il seçkilərində 55 siyasi partiyadan yalnız 13-ü iştirak etmişdir). Müxalif siyasi partiyalar tərəfindən ümumilikdə 408 namizəd irəli sürülmüş, qeydiyyatda qalan namizədlərin sayı 356 nəfər olmuşdur. 24 siyasi partiya tərəfindən irəli sürülən müşahidəçilərin ümumi sayı 26.260-a çatmışdır (2019-cu il bələdiyyə seçkilərində 31 siyasi partiya tərəfindən ümumilikdə 20.486 müşahidəçi qeydə alınmışdı). 2025-ci il seçkilərinin nəticəsində 22 müxalif siyasi partiyadan 170 nəfər bələdiyyə üzvü seçilmişdir ki, onlardan da 4-ü hazırda bələdiyyə sədrinin müavini vəzifəsini tutur. Sözügedən seçkilərdə iştirak etmiş 20 müxalif siyasi partiya ümumi seçki marafonu, təbliğat-təşviqat işləri və səsvermənin nəticələrinə dair müsbət məzmunlu bəyanatlar və açıqlamalar vermişlər;

- Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri.
Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamil olunub. Həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır;

- Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür.
Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Prezident İlham Əliyev 2023-cü ildə ad günündə Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur.

Uğurlu xarici siyasət və qlobal əhəmiyyətli təşəbbüslər.

“Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq.”
Prezident İlham Əliyev
1 fevral 2019

- Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb.
Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir;

- Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub;

- Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir.
Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. ISESCO tərəfindən 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri 2018-ci il üçün, Şuşa şəhəri isə 2024-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmişdir. 2026-cı ildə isə ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Sədrlik ölkəmizə 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək;

- Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur.
Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir;

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 2024-2025 tədris ilinin məzunları yüksək nəticə göstərən şagirdlərimiz👏Hər bir ...
26/08/2025

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 2024-2025 tədris ilinin məzunları yüksək nəticə göstərən şagirdlərimiz👏Hər bir şagirdimizi təbrik edir gələcək həyatlarında uğurlar arzulayırıq👏

09/05/2025
‼️ Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi müəllimlər üçün perspektiv (illik), gündəlik və layihə işi üzrə planlaşdır...
29/08/2024

‼️ Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi müəllimlər üçün perspektiv (illik), gündəlik və layihə işi üzrə planlaşdırma nümunələrini təqdim edir.

📢 Əziz müəllimlər!

✅️ Müvafiq keçidə daxil olmaqla nümunələr ilə tanış ola bilərsiniz: https://rb.gy/1nzwlz


‼️Mərkəzi imtahanlı lisey və gimnaziyalarda III mərhələ seçimlərinə start verilir!📢 2024-2025 tədris ili üzrə 34 təhsil ...
29/08/2024

‼️Mərkəzi imtahanlı lisey və gimnaziyalarda III mərhələ seçimlərinə start verilir!

📢 2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində (Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Liseyi də daxil olmaqla) mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlərə III mərhələ üzrə lisey seçimlərinə start verilir. Şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq seçim etmək mümkündür. Bu mərhələdə 2 seçim şansı verilir və aşağıdakı şagirdlər iştirak edə bilər:

• 10 baldan yuxarı nəticə göstərən;

• I və II mərhələdə seçim edib, qəbul olmayan şagirdlər;

• I və II mərhələdə seçim etməyən şagirdlər;

• I mərhələdə seçim edib, qəbul olub, lakin sənədlərini məktəbə təqdim etməyib, II mərhələdə seçim etməyən şagirdlər;

• I mərhələdə seçim edib, qəbul olmayan, II mərhələdə seçim etməyən şagirdlər.

✅️ Qeyd edək ki, lisey və gimnaziya seçimi 30 avqust 17:00-dək davam edəcək.


Məzunlarımızı tanıyaq!Seyidbəyli Mirəli MiribrahimŞahbuz şəhər 1 nömrəli tam orta məktəbTopladığı bal : 628.2 balQəbul o...
29/08/2024

Məzunlarımızı tanıyaq!
Seyidbəyli Mirəli Miribrahim
Şahbuz şəhər 1 nömrəli tam orta məktəb
Topladığı bal : 628.2 bal
Qəbul olduğu universitet : Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
İxtisası: Kompüter mühəndisliyi


11/07/2024

‼️ Məktəblərdə 4 fənn yeni məzmunda tədris olunacaq

📢 2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq.


‼️Təhsilverənlərin  sertifikatlaşdırılma  prosesində  və müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən nəzarətçil...
11/07/2024

‼️Təhsilverənlərin sertifikatlaşdırılma prosesində və müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən nəzarətçilər və texniki heyyətə təşəkkürnamələr təqdim olunub

📢 Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırma prosesi və müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsində iştirak edən nəzarətçilər və texniki heyyətə səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəkkürnamələri təqdim olunub.

11/07/2024

‼️ Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində yüksək nəticə göstərən Ələkbər Ağayev və onun həyat yoldaşı Sura Rüstəmova canlı bağlantı vaitəsilə İctimai Televiziyanın “Sabahın xeyr Azərbaycan” proqramının qonağı olub-VİDEO

Address

Naxçıvan
Sahbuz
7100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994514622006

Website

Alerts

Be the first to know and let us send you an email when C.Məmmədquluzadə adına Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to C.Məmmədquluzadə adına Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi:

Shortcuts

Share