Bakı şəhəri 68 nömrəli tam orta məktəb

Bakı şəhəri 68 nömrəli tam orta məktəb Bakı şəhəri 68 nömrəli tam orta məktəb.
68 nömrəli tam orta məktəb Bakı şəhəri Sabunçu rayonu Mehdi Hüseynzadə 31 (Musabəyov 31) ünvanında yerləşir.

Məktəbimizdə məzunlar üçün ən yaddaqalan və duyğusal günlərdən biri olan “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb r...
13/06/2026

Məktəbimizdə məzunlar üçün ən yaddaqalan və duyğusal günlərdən biri olan “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən məktəb rəhbərliyi məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Qeyd olunub ki, məktəbdə qazandıqları bilik və bacarıqlar onların gələcək həyat yolunda mühüm rol oynayacaq.
Tədbir proqramı çərçivəsində şagirdlərin hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri, rəqs çıxışları və xatirə təqdimatları nümayiş etdirilib. Məzunların məktəb illərini əks etdirən çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirə xüsusi emosional ab-hava qatıb.
Müəllimlər və valideynlər məzunlarla bağlı xoş arzularını bölüşüb, məktəb həyatının unudulmaz anlarını xatırlayıblar.
Tədbirin sonunda son zəng səsləndirilib və məzunlar məktəb həyatının bir mərhələsini başa vuraraq gələcəyə doğru yeni addımlar atıblar.
Məzunlarımızı təbrik edib, onlara gələcək həyatlarında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq.

4 iyun 2026-cı il tarixində  4–6-cı sinif şagirdləri arasında keçiriləcək monitorinqlərlə əlaqədar maarifləndirici görüş...
05/06/2026

4 iyun 2026-cı il tarixində 4–6-cı sinif şagirdləri arasında keçiriləcək monitorinqlərlə əlaqədar maarifləndirici görüşlər təşkil olunub. Görüşlərin əsas məqsədi şagirdləri monitorinq prosesinin qaydaları ilə tanış etmək, onlarda imtahan məsuliyyəti hissini formalaşdırmaq və monitorinq öncəsi yarana biləcək həyəcanın idarə olunmasına dəstək göstərmək olub. Keçirilən görüşlərdə direktor müavini Şəbnəm Mirzəliyeva, Kiçik Akademiyanın rəhbəri Nigar Abasova, psixoloq Sona Abbasova və UBT-rəhbəri Aynur Piriyeva iştirak ediblər. Şagirdlərə monitorinq zamanı riayət edilməli olan qaydalar ətraflı izah edilmiş, tapşırıqların yerinə yetirilməsi zamanı diqqətin qorunması, vaxtın düzgün idarə olunması və öz biliklərinə güvənməyin vacibliyi vurğulanıb.
Eyni zamanda, imtahan həyəcanının təbii bir hal olduğu qeyd edilmiş, şagirdlərlə həyəcanın azaldılması yolları, müsbət düşüncənin əhəmiyyəti və özünənəzarət bacarıqları barədə söhbətlər aparılıb. Görüş zamanı şagirdlərin sualları cavablandırılıb, onlara monitorinqə daha inamlı və hazırlıqlı şəkildə qatılmaları üçün müvafiq tövsiyələr verilib.

01/06/2026
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə 5 “A”...
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə 5 “A” sinif şagirdləri ilə birgə tədbir keçirilib.
Tədbirdə şagirdlər ingilis dilində müxtəlif mahnılar, şeirlər və səhnəciklər hazırlayıb təqdim ediblər. Onların nümayiş etdirdiyi çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Tədbirdə məktəbin direktoru Nazəni Məmmədova, direktor müavini Şəbnəm Mirzəyeva, müəllimlər və valideynlər iştirak edib. Qonaqlar şagirdlərin hazırladıqları çıxışları maraqla izləyib, onların bilik və bacarıqlarını yüksək qiymətləndiriblər. Tədbir iştirakçılarında xoş təəssürat yaradıb və uşaqların hüquqlarının qorunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Tədbirin əsas məqsədi uşaqların hüquqları barədə maarifləndirməni gücləndirmək, onların yaradıcılıq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək olub. Şagirdlər öz istedad və bacarıqlarını nümayiş etdirərək tədbirə xüsusi rəng qatıblar. Tədbir uşaqların hüquq və azadlıqlarının qorunmasının cəmiyyət üçün əhəmiyyətini bir daha vurğulayıb.
Sonda məktəbin direktoru Nazəni Məmmədova tədbirin təşkilində əməyi olan ingilis dili müəllimi Təranə İbrahimovaya və valideyn heyətinə təşəkkürünü bildirib, şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirilib. Tədbir məktəbin həyətində təşki...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirilib. Tədbir məktəbin həyətində təşkil olunan ümumi toplantı ilə başlayıb. Şagirdlərə bu günün tarixi və əhəmiyyəti barədə məlumat verilib, uşaqların hüquqlarının qorunmasının vacibliyi vurğulanıb.
Daha sonra tədbir sinif otaqlarında davam etdirilib. Şagirdlər şeirlər söyləyib, mahnılar ifa edib və müxtəlif təqdimatlarla çıxış ediblər. Onların nümayiş etdirdiyi bacarıqlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin məqsədi uşaqlara sevinc bəxş etmək, onların hüquqlarına diqqəti artırmaq və bayram əhval-ruhiyyəsi yaratmaq olub. Keçirilən tədbir şagirdlərdə xoş təəssüratlar yaradıb və onların yaddaşında unudulmaz anlarla qalıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilib. Tədbir...
10/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilib. Tədbirlərin əsas məqsədi şagirdlərə dahi şəxsiyyətin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə ətraflı məlumat vermək olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Məktəbin şagirdləri tərəfindən hazırlanmış çıxışlarda Azərbaycanın inkişafında və müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin böyük rolu xüsusi vurğulanıb. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Məktəbin tarix müəllimi Lalə Babayeva qeyd edib ki, Heydər Əliyevin ideyaları bu gün də ölkəmizin inkişafına işıq tutur və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır.

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbin 9A sinfində təşkilat saatı keçirilib. Tədbirdə ul...
10/05/2026

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəbin 9A sinfində təşkilat saatı keçirilib. Tədbirdə ulu öndərin zəngin həyat yolu, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlər, təhsil və gənclər siyasətinə verdiyi töhfələr haqqında şagirdlərə ətraflı məlumat verilib.
Təşkilat saatında şagirdlər tərəfindən mövzu ilə bağlı təqdimatlar səsləndirilib, dahi liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin ideyaları bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır və gənc nəslin vətənpərvər ruhda formalaşmasına böyük təsir göstərir.
Sonda şagirdlər ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıblar.

Address

Q. Musabəyov 31
Sabunçu Raion
AZ1034

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994124502428

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri 68 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı şəhəri 68 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category