67 Saylı Tam Orta Məktəb (Sabuncu)

67 Saylı Tam Orta Məktəb (Sabuncu) 67 Saylı Tam Orta Məktəb`in Rəsmi Facebook Səhifəsi. Youtube: http://bit.ly/1ptb2x0
Instagram:

Bakı şəhəri 67 nömrəli tam orta məktəb 1897-ci ildə Nobel qardaşları tərəfindən tikilmişdir.Həmin vaxt məktəbin iki sinfində 73 şagird təhsil almağa başlamış, tədris ilində cəmi 2 müəllim fəaliyyət göstərmişdir ki,onlardan da biri direktor idi. Mədəni quruculuq illərində məktəbin fəaliyyəti daha da genişlənmiş və səkkiz illik natamam orta məktəbə çevrilmişdir.1937-1938-ci tədris ilindən məktəb Sabunçu rayonu 67 nömrəli natamam orta məktəb hesab edilmişdir. Böyük Vətən müharibəsi dövründə məktəbin fəaliyyəti dayandırılmışdır.1941-1945-ci illərdə məktəb 2140 №li təxliyyə hospitalına çevrilmişdir. Müharibədən sonra 1946-cı ildə məktəb yenidən öz fəaliyyətini bərpa etmişdir.Yarandığı vaxtdan 1989-cu ilə qədər məktəbdə təhsil rus dilində aparılmışdır.Həmin ildən məktəbdə tədris iki dildə Azərbaycan və rus dillərində aparılır. 2000-ci ildən etibarən məktəb 11 illik təhsil bazası üzrə fəaliyyət göstərir. Üç əsrin şahidi olan məktəb on minlərlə gəncin yetişməsində böyük rol oynamışdır.1918-1926-cı illərdə təhsil almış,dövrünün görkəmli ictimai siyasi xadimi Nikolay Konstantinoviç Baybakov belələrindən biridir. Dünya neft sənayesi tarixində dərin iz buraxmış,keçmiş SSRİ-nin müxtəlif yüksək vəzifələrində ləyaqətlə çalışmış, Azərbaycanın ümummilli lideri,ulu öndər Heydər Əlirza oğlu Əliyevin yaxın dostu Nikolay Konstantinoviç Baybakovun xatirəsini əbədiləşdirmək məqsədi ilə 03 mart 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır. Məktəbin ikinci korpusu 1996-cı il, üçüncü korpus isə 2006-cı ildə tikilmişdir. Bakı şəhəri 67№li tam orta məktəb 3 növbədə işləyir və 47 sinif otağından ibarətdir.2011-ci ildə məktəbin yaxınlığında yerləşən keçmiş Polis idarəsinin sahəsi Təhsil Nazirliyi tərəfindən məktəbin balansına keçirilmiş və hal-hazırda orada yeni 4 mərtəbəli 800 şagird yerlik 33 sinifdən ibarət korpus tikilir.Hal hazırda məktəbdə 133 müəlllim fəaliyyət göstərir . Şagirdlərin sayı 2661 nəfərdir.

20/01/2018

67 Saylı Tam Orta Məktəb sorğu: 20 Yanvar Lahiyə Rəhbərləri : Sahib Azəroğlu, İlqar Axund. Video çəkiliş və montaj : Sahib Azəroğlu, İlqar Axund. Rəsmi Faceb...

25/12/2017
25/05/2017

RƏSMİ!

II və III ixtisas qrupları üzrə qəbul imtahanı 14 iyul..
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 22 iyul...
V qrup və kolleclər üzrə isə qəbul imtahanı 5 iyulda olacaq..

28/03/2017

2017/2018-ci tədris ili üçün Azərbaycan Universitetlərinə KEÇİD BALLARI açıqlandı!

1-ci qrup: 200 bal - 1 sıfıra icazə var (PULSUZ 250 BAL)
2-ci qrup: 200 bal - 1 sıfıra icazə var (PULSUZ 300 BAL)
3-cü qrup: 200 bal - 1 sıfıra icazə var (PULSUZ 300 BAL)
4-cü qrup: 250 bal - 1 sıfıra icazə var (PULSUZ 250 BAL)

14/03/2017

06.03.2017-ci il tarixində 67№-li tam orta məktəbdə görkəmli ictimai, siyasi və dövlət xadimi, həmin məktəbin məzunu olmuş Nikolay Konstantinoviç Baybakovun büstünün açılışı olmuşdur.
Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse prezidenti Xoşbəxt Yusifzadə, ARDNŞ-nin vitse prezidentləri, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Muraşov Oleq Yuryeviç, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, N.K.Baybakov adına İqtisadiyyata Yardım Beynəlxalq İctimai Fondunun Azərbaycan filialının direktoru Pərviz Abduləzizov və bir çox dövlət rəsmiləri iştirak etmişlər. Büstün açılışından sonra qonaqlar məktəbimizin şagirdlərinin iştirakı ilə hazırlanan ədəbi-bədii kompazisiyanı izləmişler.



https://bakimektebleri.edu.az/67/az/news/read/26022

06.03.2017-ci il tarixində 67№-li tam orta məktəbdə görkəmli ictimai, siyasi və dövlət xadimi, həmin məktəbin məzunu olmuş Nikolay Konstantinoviç Baybakovun büstünün açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse prezidenti Xoşbəxt Yusifzadə, ARDNŞ-nin vi...

19/02/2017

Bugün direktorumuz İradə Bayramova 57 yaşını qeyd edir. O, 1984cü ildən Sabunçu rayonu 67 Saylı məktəbə coğrafiya müəllimi vəzifəsinə təyin edilib. 1989cu ildə həmin məktəbin direktor müavini və 1990cı ilin noyabr ayının 1dən etibarən isə 67 Saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidentinin 2012ci il 1 oktyabr tarixli 2468 nömrəli Sərəncamı ilə İradə Sahib qızı Bayramovaya "Əməkdar Müəllim" fəxri adı verilmişdir.

Sizi ad gününüz münasibəti ilə təbrik edir, uzun ömür arzulayırıq İradə müəllimə ! :)

11/11/2016

Bu gün Sabunçu rayonu 67 nömrəli məktəbdə "9 noyabr-Azərbaycan Respublikasının Dövlət bayrağı günü"nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak etdi.Tədbirin əsas məqsədi ondan ibarət oldu ki, bir vətəndaş olaraq bayrağımızı hər zaman sevib uca tutm...

Məktəbimizin "7F" sinfinin şagirdləri Səbuhi Babuşov və Ramal Zəfərli judo üzrə Bakı çempionatında uğurla yer qazanmışdı...
23/10/2016

Məktəbimizin "7F" sinfinin şagirdləri Səbuhi Babuşov və Ramal Zəfərli judo üzrə Bakı çempionatında uğurla yer qazanmışdır. Təbriklər!

Bugün məktəbimizin qocaman müəllimlərindən olan Dilcan Kazımova vəfat etmişdir. Qeyd edək ki, Dilcan müəllimə ingilis di...
21/10/2016

Bugün məktəbimizin qocaman müəllimlərindən olan Dilcan Kazımova vəfat etmişdir. Qeyd edək ki, Dilcan müəllimə ingilis dili fənnindən dərs deyirdi. Allah rəhmət eləsin!

05/10/2016

Əziz müəllimlər, sizi 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!
Bu şərəfli və məsuliyyətli yolda hər birinizə uğurlar arzulayırıq!

25/09/2016
15/09/2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu

Address

Nəsib Məlikov Küçəsi
Sabunçu Raion
АZ1034

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

0124506219

Alerts

Be the first to know and let us send you an email when 67 Saylı Tam Orta Məktəb (Sabuncu) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 67 Saylı Tam Orta Məktəb (Sabuncu):

Shortcuts

Share