Bakı şəhəri 78 nömrəli tam orta məktəb

Bakı şəhəri 78 nömrəli tam orta məktəb 78 nömrəli tam orta məktəb Bakı şəhəri, Sabunçu rayonu,Ramana qəsəbəsi,Əmir Bağırov 63 ünvanında yerləşir. Məktəbdə 755 şagird təhsil alır.

Məktəb Bakının Sabunçu rayonunda yerləşir. 2016-cı ildə ibtidai siniflər üçün yeni korpus tikilib,istifadəyə verilmişdir. Məktəb direktoru Əfqan Həsənov Qəşəm oğlu. Hazırda məktəbdə 752 şagird təhsil alır.Pedoqoji heyət 53 nəfərdən ibarətdir.Dərslər Azərbaycan dilində aparılır.Məktəbdə bu il texniki təmayül sinfi yaradılmışdır. Məktəb 2016-cı ildən Məktəb İcma layihəsi,British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyi dövlət məktəblərində ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş “Uğur üçün tədris” layihəsi uğurla həyata keçirilir.

2017-2018 tədris ilində Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində məktəbimiz "ümumtəhsil məktəblərində coğrafiya fənninin coğrafi informasiya sistemləri(CİS) ilə tədrisi" adlı layihəsi qalib oldu. Məktəb 2 korpusdan ibarətdir.Biri ibtidai siniflər üçün,digəri isə 5-11 ci sinifləri üçün nəzərdə tutulmuşdur. Məktəbdə həmçinin 1 akt zalı,1 informatika kabineti,1 kimya laboratoriyası,1 fizika laboratoriyası,1 bufet,1 idman zalı,1 kitabxana vardır.

22/07/2024

Mətbuat cəmiyyətin maariflənməsi, ictimai fikrin formalaşmasında mühüm rola malikdir. Bu amala xidmət edən peşəkar media nümayəndələrini təbrik edir, məsuliyyətli vəzifələrində yeni-yeni uğurlar arzulayırıq.

78 nömrəli tam orta məktəbin məzunlarına tam və ümumi orta təhsil üzrə fərqlənmə attestatı təqdim olundu.11"A" - İmanov ...
17/07/2024

78 nömrəli tam orta məktəbin məzunlarına tam və ümumi orta təhsil üzrə fərqlənmə attestatı təqdim olundu.

11"A" - İmanov Murad Coşqun
11"B" - Qurbanova Səbinə Rövşən
11"C"- Kərimov Rəsul Ramin
9 "A" - Qəhrəmanova Dəniz Elçin

Əziz məzunlar ,sizi ürəkdən təbrik edir, nailiyyətlərinizin davamlı olmasını arzu edirik!

09.07.2024-cü il tarixdə  78  nömrəli tam orta məktəbin 59  nəfər XI sinif məzunundan  56 nəfərinə tam orta təhsil haqqı...
09/07/2024

09.07.2024-cü il tarixdə 78 nömrəli tam orta məktəbin 59 nəfər XI sinif məzunundan 56 nəfərinə tam orta təhsil haqqında adi attestatlar verilib. Attestatlar məzunlara məktəb rəhbərliyinin və müəllimlərin iştirakı təqdim olunub.

Məzunlarımızı təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq!

14/06/2024

14.06.2024-cü il tarixdə keçirilən son zəng tədbirində məzunlarımızın ifa etdikləri mahnı və rəqsləri

Son zəng tədbiri keçirildi. Azərbaycan dövlət himni ilə başlayan  "son zəng" tədbirində 44 günlük Vətən müharibəsində öz...
14/06/2024

Son zəng tədbiri keçirildi.

Azərbaycan dövlət himni ilə başlayan "son zəng" tədbirində 44 günlük Vətən müharibəsində öz qanları ilə tarix yazan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə məzunlarımızın iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi. Dərs ilini müvəffəqiyyətlə bitirən məzunlar təşəkkürnamə ilə təltif edildilər. Sonda məktəb rəhbəri Əfqan Həsənov çıxış edərək məzunları təbrik etdi, gələcək həyatlarında uğurlar arzuladı.

13.06.2024-cü il tarixdə 2023-2024-cü tədris ilinin yekunlarına dair pedaqoji şura iclası keçirildi. İclas zamanı il ərz...
13/06/2024

13.06.2024-cü il tarixdə 2023-2024-cü tədris ilinin yekunlarına dair pedaqoji şura iclası keçirildi. İclas zamanı il ərzində görülmüş işlər barədə, IX-XI siniflərin buraxılış imtahanlarının nəticələri, şagirdlərin sinifdən-sinfə keçirilməsi, yay tapşırıqlarının verilməsi, son zəng tədbirinin təlimata uyğun təşkili barədə müzakirələr aparılmışdır.

Uşaqların Beynəlxalq Müdafiəsi gününün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. ...
13/06/2024

Uşaqların Beynəlxalq Müdafiəsi gününün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
"Insan hüquqları aylığı" çərçivəsində məktəbimizdə 1 iyun bayram tədbiri keçirilib.

05.06.3024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın rəhbərlik etdiyi 2"A" sinif şagirdlərinin i...
05/06/2024

05.06.3024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın rəhbərlik etdiyi 2"A" sinif şagirdlərinin iştirakı ilə " 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü" nə həsr olunmuş maarifləndirici tədbir keçirildi.
Tədbirdə şagirdlərə 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə bağlı geniş məlumat verildi. Həmçinin ətraf mühitin mühafizəsi, təbiətin və heyvanların qorunması haqqında da danışıldı.

05.01.2024-cü il tarixdə 78 nömrəli tam orta məktəbdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-c...
05/06/2024

05.01.2024-cü il tarixdə 78 nömrəli tam orta məktəbdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə bağlı maarifləndirici görüş keçirilib.

01/06/2024

Uşaqlar mənsub olduqları ölkənin gələcəyi, işıqlı sabahıdırlar.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt və firavan gələcək arzulayırıq!

24-31 may 2024-cü il tarixləri arasında Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.    31  may 2024-...
01/06/2024

24-31 may 2024-cü il tarixləri arasında Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.
31 may 2024-cü il tarixində Azərbaycan xalq şairi Ramiz Rövşənin "Şeir saatı və imza günü" ndə məktəbimizin VI "a" sinif şagirdləri sinif rəhbəri Aynurə Süleymanovanın təşkilatçılığı ilə həmin festivalda iştirak ediblər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 May 2024-cü il qərarı ilə "Təhsilverənlərin etik da...
31/05/2024

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 May 2024-cü il qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları " təsdiq edilmişdir. 31.05.2024-cü il tarixdə məktəbin direktoru Əfqan Həsənov pedaqoji heyəti yeni qaydalarla tanış etdi.

Address

Ramana Qəsəbəsi, Əmir Bağırov Küç. 63
Sabunçu Raion
AZ1037

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994124509564

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri 78 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı şəhəri 78 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category