18/06/2026
Məktəbimizdə hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəb rəhbərliyi və 8, 9, 10, 11-ci sinif şagirdlərinin valideynlərinin iştirakı ilə mühüm maarifləndirici görüş təşkil olunub.
Görüşün keçirilməsində əsas məqsəd yeniyetmələrin zərərli vərdişlərdən qorunması, cəmiyyətdə sağlam fərd kimi yetişməsi və məktəb mühitində yarana biləcək neqativ halların qarşısının vaxtında alınmasıdır.
Narkomaniyaya qarşı birgə mübarizə: Polis əməkdaşları valideynlərə yeniyetmələrin davranışlarındakı psixoloji və fiziki dəyişikliklərə qarşı diqqətli olmağı tövsiyə edib, ağ ölümə qarşı mübarizədə ailə və məktəb əməkdaşlığının rolunu xüsusi vurğulamışlar.
Bullinqlə (həmyaşıd təzyiqi) mübarizə: Məktəblilər arasında fiziki və ya psixoloji zorakılıq hallarının qarşısının alınması, uşaqların emosional durumunun qorunması və effektiv ünsiyyətin qurulması barədə valideynlərə geniş məlumat verilmişdir.
Görüşün sonunda polis əməkdaşları tərəfindən valideynləri maraqlandıran suallar cavablandırılıb və uşaqların gələcəyi üçün bu cür profilaktik söhbətlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.