Mil - Muğan Regional Təhsil İdarəsi

Vətəndaşlar Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbər vəzifəli şəxslərinin qəbuluna yazılmaq üçün Çağrı Mərkəzinin "146-0-6" nömrəli telefonuna zəng edə və ya aşağıdakı link vastəsi ilə yazıla bilərlər. Vətəndaşlar Elm və Təhsil Nazirliyinin və Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbər vəzifəli şəxslərinin qəbuluna yazılmaq üçün Çağrı Mərkəzinin "146-0-6" nömrəli telefonuna zəng edə, Elm və Tə

hsil Nazirliyinin (+9940512067848) “Whatsapp” nömrəsinə və ya aşağıdakı link vastəsi ilə yazıla bilərlər.

Dövlət məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır.10 sentyabr 2026-cı il, saat 15:00-dan et...
09/09/2026

Dövlət məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır.

10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Məzunlara qızıl və gümüş nişanlar təqdim olunub.---Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 2025–2026-cı tədris ilini xüsu...
09/09/2026

Məzunlara qızıl və gümüş nişanlar təqdim olunub.
---
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 2025–2026-cı tədris ilini xüsusi nailiyyətlərlə başa vuran məzunlardan 2 nəfər qızıl, 2 nəfər isə gümüş nişana layiq görülüb. Bu münasibətlə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirib.

Görüşdə Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının müdirləri, məzunların təhsil aldığı məktəblərin direktorları, onların uğurlarında xüsusi əməyi olan müəllimlər və valideynlər iştirak ediblər.

Görüş zamanı məzunların təhsil həyatında əldə etdikləri yüksək nəticələr, bu nailiyyətlərin formalaşmasında müəllim və valideynlərin rolu, eləcə də gənclərin gələcək təhsil və karyera hədəfləri barədə fikir mübadiləsi aparılıb.

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili məzunları qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edib. İdarə müdiri qeyd edib ki, qızıl və gümüş nişanla təltif olunmaq məzunların illər ərzində göstərdikləri əzmkarlığın, məqsədyönlü fəaliyyətin və davamlı əməyin nəticəsidir. O, bu uğurun eyni zamanda məzunların təhsil aldığı məktəblərin pedaqoji kollektivlərinin və valideynlərin birgə səylərinin göstəricisi olduğunu vurğulayıb.

Bəhruz Nəbili məzunlara qarşıdakı təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, onların əldə etdikləri nailiyyətləri yeni hədəflər üçün möhkəm başlanğıc kimi dəyərləndirib. Gənclərə seçdikləri istiqamətdə inamla irəliləmələri, bilik və bacarıqlarını daim inkişaf etdirmələri tövsiyə olunub.

Səmimi söhbət şəraitində davam edən görüşdə məzunlar da öz təhsil həyatları, qazandıqları uğurlar və gələcəklə bağlı planlarından danışıblar. Onlar əldə etdikləri nəticənin qarşıya qoyulan məqsədə inamla və ardıcıl şəkildə çalışmaqla mümkün olduğunu qeyd edib, bundan sonrakı mərhələdə də yüksək nəticələr əldə etmək üçün səylə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir və Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilir.

Sabirabadda 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə ilə bağlı metodik toplantı keçirilib.---Mülki müdafiə...
08/09/2026

Sabirabadda 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə ilə bağlı metodik toplantı keçirilib.
---
Mülki müdafiə tədbirləri planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mil-Muğan Regional Mərkəzi və Sabirabad rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumi təhsil müəssisələrinin 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün metodik toplantı keçirilib.

Toplantının əsas məqsədi müəllimlərin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, fövqəladə hallar zamanı düzgün davranış vərdişlərinin formalaşdırılması, eləcə də bu istiqamətdə şagirdlərlə aparılan maarifləndirici işlərin daha səmərəli təşkili olub.

Tədbir zamanı bildirilib ki, fövqəladə hallara hazırlıq yalnız nəzəri biliklərin öyrədilməsi ilə məhdudlaşmamalı, həm də müəllim və şagirdlərdə real təhlükə zamanı düzgün qərar qəbul etmək və çevik davranmaq bacarığı formalaşdırmalıdır. Bu baxımdan məktəblərdə mülki müdafiə mövzusunda maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

İştirakçılara məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin təşkili, müxtəlif mövzular üzrə sərgilərin keçirilməsi, şagirdlərə fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsi ilə bağlı metodik tövsiyələr verilib.

Toplantıda, həmçinin fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər barədə ətraflı məlumat verilib. Müəllim heyətinin və şagirdlərin belə hallarda atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən düzgün istifadə qaydaları diqqətə çatdırılıb.

Bununla yanaşı, güclü zəhərli, radioaktiv, bioloji və bakterioloji maddələrlə zəhərlənmə hallarında, infeksion xəstəliklər zamanı, eləcə də sınıq, yanıq və digər bədbəxt hadisələr baş verdikdə özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr dinlənilib.

Sonda toplantıda müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, müəllimlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə mütəxəssislər tərəfindən ətraflı izahat verilib.

08/09/2026

PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı | CANLI

8 sentyabr saat 11:30-da PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr ...
08/09/2026

8 sentyabr saat 11:30-da PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbir keçiriləcək.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələri ilə bağlı çıxış edəcək.

Təqdimatı Elm və Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsindən və "Youtube" kanalından canlı izləyə bilərsiniz.

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində təhsil alan şagi...
07/09/2026

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün 2026–2027-ci tədris ilində istifadə olunacaq dərsliklərin paylanılması davam edir.

Yeni tədris ili başlamazdan əvvəl şagirdlərin zəruri dərsliklərlə təmin olunması məqsədilə kitablar ümumi təhsil müəssisələrinə çatdırılır və müəyyən olunmuş qaydada şagirdlərə təqdim olunur.

Şagirdlər və onların valideynləri dərslikləri əldə etmək üçün təhsil aldıqları dövlət ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər. Dərsliklərin əvvəlcədən əldə olunması şagirdlərə yeni tədris ili başlamazdan əvvəl kitablarla tanış olmaq və tədris prosesinə hazırlıqlı başlamaq imkanı yaradır.

Şagird və valideynlərin diqqətinə çatdırılır ki, mövcud qaydalara əsasən, dərsliklərdən istifadə müddəti 4 ildir. Bu müddət ərzində dərsliklərdən istifadənin mümkünlüyü təmin edilir və yalnız istifadə müddətini başa vurmuş, habelə müəyyən olunmuş qaydada yenilənməsi zəruri hesab edilən dərsliklər yeniləri ilə əvəz olunur.

Qeyd edək ki, 2026–2027-ci tədris ilində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin I–XI sinif şagirdləri üçün ümumilikdə 330 563 nüsxə dərslik təhsil müəssisələrinə paylanılması üçün çatdırılıb.

Dərsliklərin vaxtında məktəblərə çatdırılması və şagirdlərə təqdim olunması yeni tədris ilinin təşkilinə hazırlıq çərçivəsində həyata keçirilən əsas tədbirlərdən biridir.

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunubMüəllimlərin işə qəbulu üzrə müsa...
05/09/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

📌 Müsahibə mərhələsində uğur qazanan namizədlər *10 sentyabr saat 18:00-dək* zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 4 ədəd 3x4 formatında fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

❗️ Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

📍 Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 7 sentyabr saat 11:00-dan 8 sentyabr saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətləri yalnız elektron formada qəbul ediləcək.

📌 Müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulur. Bununla əlaqədar namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanını müvafiq xanaya qeyd etməli və iştiraklarını təsdiqləməlidirlər. Elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

🤝 Müsabiqənin müsahibə mərhələsində uğur qazanan namizədləri təbrik edir, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib🗓️ ...
04/09/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.

📌 Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər
10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 3x4 formatında 4 ədəd fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

❗️ Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

🤝 Vakansiya seçimində uğur qazanan bütün namizədləri təbrik edir, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!

“Müasir metodist” layihəsi çərçivəsində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib.---Mil-Muğan Regional Təhsil İd...
04/09/2026

“Müasir metodist” layihəsi çərçivəsində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib.
---
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində seçilərək Mil-Muğan Regional Təhsil İdarəsi üzrə fəaliyyətə cəlb olunmuş metodistlərlə görüş keçirib.

Görüşün məqsədi metodistlərin qarşısında duran vəzifələrin, fəaliyyət istiqamətlərinin və yeni tədris ilində həyata keçiriləcək işlərin müzakirə olunması, eləcə də onların fəaliyyətinin təşkili ilə bağlı məsələlərin nəzərdən keçirilməsi olub.

Bəhruz Nəbili müasir təhsil mühitində metodistlərin rolunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, metodistlərin fəaliyyəti yalnız müəllimlərə metodiki dəstək göstərməklə məhdudlaşmamalı, eyni zamanda tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, innovativ və qabaqcıl təcrübələrin öyrənilməsi və geniş tətbiqinin təşviqi istiqamətində sistemli fəaliyyətlə müşayiət olunmalıdır.

O, bildirib ki, təhsildə keyfiyyət göstəricilərinin artırılması, müasir təlim metodlarının tətbiqi və müəllimlərin peşəkar potensialının inkişaf etdirilməsi istiqamətində metodistlərin üzərinə mühüm vəzifələr düşür. Onların təhsil müəssisələri ilə sıx əməkdaşlığı və müəllimlərə göstərdikləri metodiki dəstək tədrisin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

Bildirilib ki, Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi metodiki xidmətin daha səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və tədris prosesinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Layihə çərçivəsində fəaliyyət göstərən metodistlərin əsas istiqamətlərindən biri ümumi təhsil müəssisələrində tədris prosesinin birbaşa müşahidəsi və metodiki təhlilinin aparılmasıdır.

Qeyd olunub ki, bu istiqamətdə metodistlər tərəfindən məktəblərdə dərslərin dinlənilməsi, təlim prosesinin metodiki baxımdan təhlil edilməsi, müəllimlərə fərdi və peşəkar inkişaflarını dəstəkləyəcək tövsiyələrin verilməsi, eləcə də müəyyən edilmiş ehtiyaclara uyğun metodiki dəstəyin göstərilməsi nəzərdə tutulur. Həmçinin əldə olunan nəticələrin təhlili əsasında müəllimlərin peşəkar inkişafına yönəlmiş fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.

Müzakirələr zamanı metodistlərin məktəblərdə fəaliyyətinin təşkili, müəllimlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin qurulması, dərs müşahidələrinin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi, müşahidə nəticələrinin təhlili və tədris prosesinin təkmilləşdirilməsinə xidmət edən metodiki yanaşmaların tətbiqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

İştirakçılar yeni tədris ilində qarşıda duran prioritet istiqamətlər, məktəblərdə metodiki xidmətin gücləndirilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi ilə bağlı təkliflərini səsləndiriblər.

04/09/2026

📊 PISA: Bilikdən tətbiqə, öyrənmədən real həyata

Address

Sabirabad şəhəri 20 Yanvar Küçəsi 9
Sabirabad
AZ5400

Alerts

Be the first to know and let us send you an email when Mil - Muğan Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mil - Muğan Regional Təhsil İdarəsi:

Shortcuts

Share