Füzuli Rayonu 31 nömrəli tam orta məktəb

Füzuli Rayonu 31 nömrəli tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Füzuli Rayonu 31 nömrəli tam orta məktəb, School, Sabirabad.

11/05/2025

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə dahi liderimizi böyük ehtiramla anırıq!

Heydər Əliyev - görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi, müasir Azərbaycan dövlətçiliyinin qurucusudur. O, 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1969-cu ildən etibarən Azərbaycan SSR-ə rəhbərlik edən Heydər Əliyev, qısa zamanda ölkənin inkişafına böyük töhfələr verib.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, ölkəmizi vətəndaş müharibəsi və dağılmaq təhlükəsindən xilas etmiş, müstəqil Azərbaycan Respublikasının əsasını möhkəmləndirmişdir. Onun rəhbərliyi ilə qəbul olunan 1995-ci il Konstitusiyası, iqtisadi islahatlar və xarici siyasət uğurları ölkənin gələcək inkişafının təməlini qoydu.

Heydər Əliyev təhsil, mədəniyyət, ordu quruculuğu və gənclərin inkişafı sahələrində dərin və davamlı siyasət aparmışdır. Onun zəngin siyasi irsi bu gün də Azərbaycan dövlətçiliyinin əsas dayaqlarındandır.

🕊️ Bu əlamətdar gündə Ulu Öndəri dərin hörmət və minnətdarlıqla xatırlayırıq. Onun ideyaları yaşayır və yaşayacaq!


Füzuli rayonu 31 nömrəli tam orta məktəbdə Xocalı soyqrımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə ...
27/02/2025

Füzuli rayonu 31 nömrəli tam orta məktəbdə Xocalı soyqrımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə məktəbimizin direktoru Nəciməddin Muxtarov açılış verərək Xocalı soyqrımında dinc vətəndaşlarımızın başlarına gətirilən müsibətlər, məşaqqətlər barədə şagirdlərimizi məlumatlandırmışdır. Tariximizi unutmamağın vacibliyini şagirdlərə bildirmişdir. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi "Tarixini bilməyən xalqın gələcəyi yoxdur". Artıq Xocalı azaddır və sakinlər öz dədə baba torpaqlarında məskunlaşmışlar.

Qisasını almışıq,
Xocalı qurbanları.
Yeni tarix yazmışıq,
Xocalı qurbanları.

Düşmənlərə çəkdik dağ,
Daha deyil həmin çağ,
Azad olub Qarabağ
Xocalı qurbanları.

Düşmən vəhşi düşməndi,
Eşidənlər üşəndi,
Qarabağ təmizləndi,
Xocalı qurbanları.

Heç zaman unutmarıq,
Nə qədər ki, biz varıq,
Daim sizi anarıq,
Xocalı qurbanları.

Müəllif: Nicat İsmayılov




10/02/2025
Füzuli rayonu 31 nömrəli tam orta məktəbdə "Dini Radikalizm", "Erkən Nigah Problemləri", "Yol Hərəkəti Qaydaları", "Nark...
08/02/2025

Füzuli rayonu 31 nömrəli tam orta məktəbdə "Dini Radikalizm", "Erkən Nigah Problemləri", "Yol Hərəkəti Qaydaları", "Narkomaniyaya Yox Deyək", "Tütün Məmulatlarından İstifadənin İnsan Sağlamlığına Zərəri" mövzuları üzrə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə məktəbin direkoru Nəciməddin Muxtarov və Daxili İşlər Nazirliyinin əməkdaşı Polis Leytenantı İsmayılov Abutalıb mövzu ilə əlaqədar ümumi çıxış etmişdir. Gündəlikdəki hər iki məsələnin zərərli tərəfləri, onların törətdiyi fəsadlar barədə şagirdlərə məlumat verilmiş, şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.


07 noyabr 2024-cü  il tarixdə Füzuli rayon 31 saylı tam orta məktəbində 8 noyabr Zəfər Günü ilə əlaqədar "Şanlı Zəfər Ta...
08/11/2024

07 noyabr 2024-cü il tarixdə Füzuli rayon 31 saylı tam orta məktəbində 8 noyabr Zəfər Günü ilə əlaqədar "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərimiz ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər, şeirlər söylədilər.
Tədbirdə məktəbin direktoru Nəciməddin Muxtarov 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin qəhrəmanlığından danışıb. Qeyd edib ki , 44 gün davam edən və işğal altında olan ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir.
Bu gün Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik mesajları ölkəmizin yalnız regionda deyil, eyni zamanda, beynəlxalq müstəvidə də problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirilib.




Füzuli rayonu 31 nömrəli tam orta məktəbində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdən görüntü...
05/11/2024

Füzuli rayonu 31 nömrəli tam orta məktəbində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdən görüntülər:
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2023 cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Yaşıl enerji ilə yaşıl dünya.
̧ıldünyanaminə
̧ılDünya


17 oktyabr 2024-cü il tarixində Füzuli 31 saylı tam orta məktəbində Füzuli şəhərinə həsr olunan tədbir keçirilmişdir. Tə...
19/10/2024

17 oktyabr 2024-cü il tarixində Füzuli 31 saylı tam orta məktəbində Füzuli şəhərinə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Nəciməddin Muxtarov çıxış edərək müəllim və şagird heyətinə bu əlamətdar günün tarixi haqqında ətraflı məlumat verərək tədbirə açılış vermişdir.
Füzuli şəhəri 2020-ci il oktyabrın 17-də Müzəffər Azərbaycan Ordusunun səyi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib. İşğal dövründə vandalizmə məruz qalan Füzulidə bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər və şəhər ətrafı ərazilərdə infrastruktur bərpa olunur.



27/09/2024

“27 Sentyabr – Vətən Müharibəsi Şəhidlərinin Anım Günü: Qəhrəmanlıq, Zəfər və Unudulmaz Xatirələr Günü”

Bu gün, Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş igidlərimizin xatirəsinə ithaf olunur. Xalqımız bu tarixdə torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anır.

22.06.2024 - cü il tarixində keçirilən müəllimlərin sertifikasiya imtahanında məktəbin ingilis dili müəllimi İbişova Ağg...
22/06/2024

22.06.2024 - cü il tarixində keçirilən müəllimlərin sertifikasiya imtahanında məktəbin ingilis dili müəllimi İbişova Ağgül Sevindik qızı 54 bal toplayıb.

🔔 Bu gün onların günüdür...
14/06/2024

🔔 Bu gün onların günüdür...

Address

Sabirabad

Telephone

+994555091716

Website

Alerts

Be the first to know and let us send you an email when Füzuli Rayonu 31 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Füzuli Rayonu 31 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category