Sabirabad rayonu Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbi

Sabirabad rayonu Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbi Elm və Tehsil

Məktəbin kimya müəllimi Sevinc Bağırova növbəti sertifikasiya imtahanında 52-bal toplayaraq uğur qazanmışdır.Bu yüksək n...
19/06/2026

Məktəbin kimya müəllimi Sevinc Bağırova növbəti sertifikasiya imtahanında 52-bal toplayaraq uğur qazanmışdır.
Bu yüksək nəticə həm müəllimimizin gərgin əməyinin, həm də elmə olan sevgisinin bariz göstəricisidir. Kimya elminin sirlərini şagirdlərinə aşılayan dəyərli müəllimimizi ürəkdən təbrik edir, ona cansağlığı və gələcək pedaqoji fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq! 💐👏Uğurlarınız daimi olsun, Sevinc müəllim! 🌟

Məktəbdə Son Zəng tədbiri duyğulu anlarla keçirildi. Tədbirdə Dövlət Himnimizin sədaları ucaldı, müstəqilliyimiz və əraz...
13/06/2026

Məktəbdə Son Zəng tədbiri duyğulu anlarla keçirildi.
Tədbirdə Dövlət Himnimizin sədaları ucaldı, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru P.Qarayev çıxış edərək ürək sözlərini çatdırdı: əziz məzunlar hər biriniz savadlı, tərbiyəli və vətənpərvər bir gənc olaraq məktəbi bitirirsiniz. Unutmayın ki, müstəqil həyatın astanasında qazanacağınız hər bir uğur həm də bu məktəbin, sizə gecəsini gündüzünə qatıb elm öyrədən müəllimlərinizin uğurudur.Siz müstəqil, güclü və qalib Azərbaycanın gələcəyisiniz! İnanıram ki, atacağınız hər addımda dövlətimizə, millətimizə xeyirli bir vətəndaş olacaq, məktəbimizin adını hər zaman uca tutacaqsınız. Qarşıdan gələn ali məktəb imtahanlarında və həyat yollarında hər birinizə sonsuz uğurlar arzulayıram.
Sonra müəllimlərdən S.Hadıyevin, T.Qurbanovun, direktor müavini M.Əmişovanın, valideynlərdən şəhid valideyni Hacı Əlbaxış Qarayevin və R.Əliyevanın çıxışları və duaları, dəyərli tövsiyələri məzunlarımızın yoluna işıq tutdu və gənclərin qəlbində vətənə sevgi, dürüstlük və fədakarlıq duyğularını bir daha alovlandırdı, onlara müstəqil həyatın astanasında böyük motivasiya və gələcəyə inam hissi bəxş etdi,bu unudulmaz gündə hər bir şagirdin yaddaşına əbədi xatirə kimi həkk olundu.
11-cilərin vida çıxışları, 1-ci sinif şagirdlərinin şirin təbrikləri duyğulu anlar yaşatdı.
Şagirdlərimizin hazırladığı milli-mənəvi dəyərlərə uyğun musiqi və rəqs nömrələri tədbirə xüsusi zəriflik qatdı.
🔔
Məktəb illərini uğurla başa vuran bütün məzunlarımızı ürəkdən təbrik edirik! Bu gün səslənən son zəng sizin müstəqil həyata atdığınız ilk addımın müjdəçisidir.
Yolunuz açıq, gələcəyiniz parlaq olsun, əziz məzunlar! 🌟


Məktəbimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə möhtəşəm və rəngarəng tədbir keçirildi!Şən musiqi...
01/06/2026

Məktəbimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə möhtəşəm və rəngarəng tədbir keçirildi!
Şən musiqiləri və Rəqs nömrələri nümayiş olundu.
Uşaqlar bizim gələcəyimiz, ən böyük sərvətimizdir. Onların üzündəki təbəssüm, gözlərindəki sevinc dünyanı daha da gözəlləşdirir. Məktəb kollektivi olaraq əsas məqsədimiz hər bir uşağın xoşbəxt, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsinə dəstək olmaqdır.Tədbirin gedişatında nümunəvi şagirdlər mükafatlandırıldı. Uşaqlarımızın bayramı mübarək! Qoy onların dünyası həmişə rəngarəng və sülh dolu olsun! 🎈✨

🏆 Məktəbimizin növbəti möhtəşəm qələbəsi!Gənc idmançılarımız Respublika səviyyəsində keçirilən müxtəlif yarışlarda məktə...
29/05/2026

🏆 Məktəbimizin növbəti möhtəşəm qələbəsi!Gənc idmançılarımız Respublika səviyyəsində keçirilən müxtəlif yarışlarda məktəbimizin adını ən yüksək zirvəyə ucaldıblar! 🇦🇿🥇 Şagirdlərimiz Güləş, Cüdo və Taekvondo idman növləri üzrə Respublika Çempionu adını qazanıblar! Bu böyük uğur münasibətilə qalib şagirdlərimizi, onların valideynlərini və məşqçilərini ürəkdən təbrik edirik. Sizinlə qürur duyuruq! Məktəbimizin fəxrsiniz! 💪✨

̇daresi

Məktəbimizdə ibtidai sinif müəllimlərindən olan peşəkar inkişafı və təcrübə mübadiləsi məqsədilə ustad dərsləri dinlənil...
29/05/2026

Məktəbimizdə ibtidai sinif müəllimlərindən olan peşəkar inkişafı və təcrübə mübadiləsi məqsədilə ustad dərsləri dinlənilib. Dərslər Mətanət Cəfərovanın IV sinfində təşkil olundu. Həm öyrəndik, həmdə təcrübəmizi bölüşdük. Dərslər zamanı müəllimlərin yaradıcı yanaşması, müasir təlim metodları, şagirdyönümlü yanaşmalar nümayiş etdirilib. Qabaqcıl pedaqoqlarımızın təqdim etdiyi innovativ üsullar dinləyici müəllimlər tərəfindən böyük maraqla qarşılanıb.Məqsədimiz təhsilin keyfiyyətini daha da yüksəltmək və hər bir azyaşlı məktəblinin potensialını maksimum üzə çıxarmaqdır.

Ümumtəhsil müəssisəsində Müstəqillik Gününə həsr olunmuş Bilik yarışı keçirildi.
28/05/2026

Ümumtəhsil müəssisəsində Müstəqillik Gününə həsr olunmuş Bilik yarışı keçirildi.

Təhsil müəssisəsində 5-ci sinif şagirdləri üçün Təbiət fənnindən təşkil olunmuş ustad dərsləri dinlənilib.Dərslər Günay ...
25/05/2026

Təhsil müəssisəsində 5-ci sinif şagirdləri üçün Təbiət fənnindən təşkil olunmuş ustad dərsləri dinlənilib.Dərslər Günay müəllimin sinfində təşkil olundu. Dərsdə innovativ metodlar, maraqlı resurslar və şagird aktivliyi yadda qalan oldu. Dərs zamanı şagirdlər nəzəri bilikləri birbaşa praktika və vizual materiallarla mənimsəyiblər.

Ümumtəhsil müəssisəsində şagirdlər üçün Azərbaycan tarixini, qəhrəmanlarını, vətənpərvərlik və milli birlikideyalarını ə...
25/05/2026

Ümumtəhsil müəssisəsində şagirdlər üçün Azərbaycan tarixini, qəhrəmanlarını, vətənpərvərlik və milli birlik
ideyalarını əks etdirən "Sehrli xalat" filmi nümayiş olundu.
Ekrana çıxdığı gündən nəsillərin sevimlisinə çevrilən bu film, şagirdlərə sadəcə xəyali bir səyahət təqdim etmir. O, keçmişimizə — ulu babalarımızın qəhrəmanlıq tarixinə hörməti, milli köklərimizə bağlılığı və ən əsası, gələcəyi elmlə, birliklə qurmağın vacibliyini aşılayır. Film bizə öyrədir ki, əsl "sehr" xalatda deyil, Azərbaycan gəncliyinin ağlında, cəsarətində və vətən sevgisindədir! 🇦🇿

24/05/2026

Ümumdünya Şəhərsalma Formunun Bakı konfransı.

Məktəbimizdə  Valideyn Konfransı böyük coşqu ilə baş tutdu! 🌟Konfransda Məktəb rəhbəri P.Qarayev çıxış edərək il ərzində...
22/05/2026

Məktəbimizdə Valideyn Konfransı böyük coşqu ilə baş tutdu! 🌟
Konfransda Məktəb rəhbəri P.Qarayev çıxış edərək il ərzində görülən işlər barədə ətraflı danışaraq məlumat verdi.
Kənd İcra Nümayəndəsi Cavad müəllim çıxış edərək müəllim və valideynlərə öz tövsiyyələrini çatdırdı.
Kənd ziyalılarından olan Mirqəfər Mənsimov tədbirdə iştirak edərək bir ziyalı müəllim kimi öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Müəllim və sinif rəhbərləri, direktor müavini görüş zamanı şagirdlərimizin təlim nailiyyətləri, nizam-intizam qaydaları və gələcək hədəflər ətraflı şəkildə məlumat verildi. Müəllimlərimiz hər bir şagirdin fərdi inkişaf dinamikası barədə valideynləri məlumatlandırdı və onlara faydalı tövsiyələrini çatdırdı. 📈✨
Təhsildə uğurun açarı məktəb və valideyn tərəfdaşlığıdır. Bu mühüm dialoqda fəal iştirak edən, övladlarının gələcəyinə işıq tutan bütün müəllim və valideynlərimizə təşəkkür edirik!
Bu mühüm görüşdə təhsildə, nizam-intizamda və nümunəvi davranışı ilə fərqlənən şagirdlərimizin valideynləri məktəb rəhbərliyi tərəfindən xüsusi təşəkkürnamələrlə təltif olundu. 📜✨
Hər bir uğurlu şagirdin arxasında fədakar bir valideyn dayanır. Övladlarına verdikləri gözəl tərbiyə və məktəbimizlə qurduqları sıx əməkdaşlığa görə bütün valideynlərimizə dərin təşəkkürümüzü bildiririk! 🤝👏
Sonda videoçarxlar nümayiş olundu.
Birlikdə daha böyük uğurlara! 🚀📚

Address

Sabirabad

Alerts

Be the first to know and let us send you an email when Sabirabad rayonu Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sabirabad rayonu Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbi:

Shortcuts

Share