Sabirabad rayonu Qaratəpə kənd O.Mirzəyev adına tam orta ümumtəhsil məktəbi

Sabirabad rayonu Qaratəpə kənd O.Mirzəyev adına tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sabirabad rayonu Qaratəpə kənd O.Mirzəyev adına tam orta ümumtəhsil məktəbi, High School, Yalcin Qəhrəmanov, Sabirabad.

Məktəbimizin Coğrafiya müəllimi Qəzənfərli Gülsüm sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək 54 bal toplamı...
24/06/2026

Məktəbimizin Coğrafiya müəllimi Qəzənfərli Gülsüm sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək 54 bal toplamışdır.
Müəlliməni təbrik edir, gələcək fəaliyyətində uğurlar diləyirəm❤❤❤

24/06/2026

Məktəbimizin Tarix müəllimi Mehdiyev İlkin sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək 44 bal toplayıb. Bütün kollektiv adından təbrik edirik, gələcək fəaliyyətində uğurlar diləyirik!

🔷️Məktəbimizin Tarix müəllimi 🔹️Əhmədzadə İlahə sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək 52 bal toplayıb....
24/06/2026

🔷️Məktəbimizin Tarix müəllimi 🔹️Əhmədzadə İlahə sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək 52 bal toplayıb.
🎯 Bütün kollektiv adından İlahəni təbrik edir, gələcək fəaliyyətində uğurlar diləyirik!

Məktəbimizin informatika müəllimi İlahə Şükürova sertifikasiyadan uğurla keçmişdir! Təbrik edirik!
23/06/2026

Məktəbimizin informatika müəllimi İlahə Şükürova sertifikasiyadan uğurla keçmişdir!
Təbrik edirik!

🥉 V-ci sinif şagirdlərimizin  gimnastikada  uğuru!_____“Gimnastika hamı üçün” növü üzrə IV Bakı Beynəlxalq Festivalı 13 ...
15/06/2026

🥉 V-ci sinif şagirdlərimizin gimnastikada uğuru!
_____
“Gimnastika hamı üçün” növü üzrə IV Bakı Beynəlxalq Festivalı 13 iyun tarixində keçirilmişdir.Festivalda məktəbimizin V-ci sinif şagirdi Şabanli Emilya Əlikram qızı çıxış edərək 🥉 II yerə layiq görülmüşlər.

V-ci sinif şagirdimzi və onların müəllimləri komandanın baş məşqçisi Reyhan Məmmədzadəni ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!

15/06/2026
14/06/2026

🔷️Sabirabad rayonu Qaratəpə kənd Osman Mirzəyev adina tam orta ümumtəhsil məktəbində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirı keçirilib. Tədbirdə məktəb rəhbəri, müəllimlər, valideynlər, məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
🔹️Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxış edənlər məzunları həyatlarının ən əlamətdar günlərindən biri münasibətilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Bildirilib ki, məktəb illəri insan həyatının ən yaddaqalan dövrüdür və bu illər ərzində əldə olunan bilik və bacarıqlar gənclərin gələcək uğurlarının əsasını təşkil edir.
Məktəb direktoru və müəllimlər məzunların əldə etdikləri nailiyyətlərdən danışaraq onların ali məktəblərə qəbul imtahanlarında və gələcək fəaliyyətlərində yüksək nəticələr qazanacaqlarına inandıqlarını ifadə ediblər. Valideynlər isə övladlarının təhsilində əməyi olan müəllimlərə minnətdarlıqlarını bildiriblər.
🔹️Tədbir çərçivəsində şagirdlərin hazırladığı bədii kompozisiyalar, şeirlər, mahnılar və rəqs nömrələri nümayiş olunub. Məzunların məktəb həyatını əks etdirən çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda isə məktəblərdə ənənəvi “Son zəng” səsləndirilərək məzunlar üçün yeni həyat mərhələsinin başlanğıcı elan olunub. Məzunlar müəllimləri və məktəb kollektivləri ilə xatirə şəkilləri çəkdirərək bu əlamətdar günü yaddaşlarına həkk ediblər.
🔹️“Son zəng” tədbirləri məzunların sevinc və qürur hissləri ilə müşayiət olunaraq unudulmaz anlarla yadda qalıb.

13/06/2026
“Son Zəng” tədbiri keçirildi._____🔹️13 iyun 2026-cı il tarixində Sabirabad şəhəri O.Mirzəyev adına Qaratəpə kənd tam ort...
13/06/2026

“Son Zəng” tədbiri keçirildi.
_____
🔹️13 iyun 2026-cı il tarixində Sabirabad şəhəri O.Mirzəyev adına Qaratəpə kənd tam orta ümumtəhsil məktəbində məzunlar üçün “Son Zəng” tədbiri keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru G.Hüseynova çıxış edərək məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Çıxış edən qonaqlar məzunlara öz tövsiyələrini verərək, onların gələcək təhsil və peşə həyatlarında yüksək nailiyyətlər qazanacaqlarına inandıqlarını bildiriblər. Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar, mahnılar və rəqs nömrələri ilə davam edib.
Sonda ən həyəcanlı an yaşanıb – məktəbdə sonuncu zəng səslənərək məzunların məktəb həyatı ilə vidalaşdıqları unudulmaz gün yaddaşlarda xoş xatirə kimi qalıb.
Məktəb kollektivi adından bütün məzunlara gələcək həyatlarında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq.

12/06/2026

13.06.2026-ci il məktəbin 11-ci sinif şagirdlərin "Son zəng " tədbiri kecirilir.

Address

Yalcin Qəhrəmanov
Sabirabad
54

Alerts

Be the first to know and let us send you an email when Sabirabad rayonu Qaratəpə kənd O.Mirzəyev adına tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sabirabad rayonu Qaratəpə kənd O.Mirzəyev adına tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category