Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbi

Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbi Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbinin rəsmi səhifəsi

16 iyun 2026-cı il tarixdə IX sinif şagirdlərinin buraxılış imtahanı nəticələri ilə bağlı Pedaqoji Şuranın iclası keçiri...
17/06/2026

16 iyun 2026-cı il tarixdə IX sinif şagirdlərinin buraxılış imtahanı nəticələri ilə bağlı Pedaqoji Şuranın iclası keçirilmişdir.

13 iyun tarixində məktəbimizdə "Son Zəng" tədbiri keçirildi. Dövlət Himni və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli...
13/06/2026

13 iyun tarixində məktəbimizdə "Son Zəng" tədbiri keçirildi. Dövlət Himni və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla sonra tədbir açıq elan edildi. Tədbirdə şagird və müəllimlərlə yanaşı rayon təhsil sektorunun əməkdaşları və valideynlər də iştirak etdi. Tədbir zamanı birinci və məzun sinfin sinif rəhbərləri çıxış etdilər. Həmçinin, buraxılış imtahanında, RFO, RFM, tarix və coğrafiya yarışlarında yüksək nəticə göstərən şagirdlər və müəllimləri məktəb rəhbərliyi tərəfindən təltif edildilər. Sonda məktəbin direktor əvəzi İntiqam Mərdanlı çıxış edərək tədbiri bağlı elan etdi.

15 iyun - Milli Qurtuluş Günü münasibətilə  Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbinin və Saatlı rayon...
10/06/2026

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbinin və Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin V-VI sinif şagirdləri arasında futbol matçı keçirilib. Oyunda "Novruzlu" komandası "Yeni Novruzlu" komandasını 8:4 hesabı ilə məğlub edib.

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbinin və Saatlı rayonu...
09/06/2026

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbinin və Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin VII-IX sinif şagirdləri arasında futbol matçı keçirilib. Oyunda "Novruzlu" komandası "Yeni Novruzlu" komandasını 4:1 hesabı ilə məğlub edib.

08/06/2026

📢Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən yeni təmayül tədris modelinin tətbiq edildiyi təhsil müəssisələrinə 2026–2027-ci tədris ili üzrə şagird qəbulu elan edilir.

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu başlayır. Layihəyə X və XI sinif şagirdləri müraciət edə bilərlər.

Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.

Aşağıdakı ümumi təhsil müəssisələrində X siniflər üzrə şagird qəbulu elan edilir və məktəb adlarının yanında qeydiyyat üçün müvafiq linklər yerləşdirilib:

▶️Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/e/1FAIpQLScvP5CihaMDTEXWL7wM869vUCA7RNxxBjlsKrJzXyL3aqgWyA/viewform?usp=publish-editor

▶️İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/uw6E57xmaqnXV5EPA

▶️Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
https://docs.google.com/forms/d/e/1FAIpQLSfwyK3GVPc7C1Y6j27eBYjdkl0Xpf3WKqBjEcCce6sTBxXa6A/viewform?usp=header

▶️Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/e/1FAIpQLSftg05yX5xr1hvfnvuzC8_d9ztkdADuekpCVtpIhfPItwjpOA/viewform?usp=header

▶️Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/forms/d/1amdhafyBohodmFf2PiSje8GSYgVRPwyZBNU5pRGXfCY/edit

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

▶️Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
🟢Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
🟢Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
🟢Səriştəli müəllim kollektivi;
🟢Aylıq sınaq imtahanlarının təşkili;
🟢Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

▶️Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🟢Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Məktəbimizlə Novruzlu Kend Diyarşünasliq Klubunun birgə təşkilatçılığı ilə müstəqilliyimizin 108-ci illiyi münasibətilə ...
28/05/2026

Məktəbimizlə Novruzlu Kend Diyarşünasliq Klubunun birgə təşkilatçılığı ilə müstəqilliyimizin 108-ci illiyi münasibətilə "Müstəqillik Günü" adlı tədbir keçirilib.

Məktəbdə mülki müdafiə üzrə məsul şəxs İntiqam Mərdanlının rəhbərliyi ilə 5z sinfində yanğın təhlükəsizliyi və mülki müd...
25/05/2026

Məktəbdə mülki müdafiə üzrə məsul şəxs İntiqam Mərdanlının rəhbərliyi ilə 5z sinfində yanğın təhlükəsizliyi və mülki müdafiə ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbir zamanı şagirdlərə yanğından müdafiə qaydaları, məktəbdəki təhlükəsizlik sistemləri, ehtiyat çıxışlar haqqında məlumat verilib.

22 may 2026-cı il tarixində Saatlı rayonu Vüqar Əzimov adına Qıraqlı kənd tam orta ümumtəhsil məktəbində VI sinif şagird...
22/05/2026

22 may 2026-cı il tarixində Saatlı rayonu Vüqar Əzimov adına Qıraqlı kənd tam orta ümumtəhsil məktəbində VI sinif şagirdləri arasında Müstəqillik Gününə həsr olunmuş coğrafiya fənni üzrə bilik yarışı təşkil edilmişdir. Yarışda məktəbimizi təmsil edən "Novruzlu" komandası 2-ci olmuşdur.

Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

8z sinfində musiqi müəllimi Ülviyyə Məmmədlinin tədimatında tanınmış şəxsiyyətlər silsiləsindən Fikrət Əmirov haqqında m...
21/05/2026

8z sinfində musiqi müəllimi Ülviyyə Məmmədlinin tədimatında tanınmış şəxsiyyətlər silsiləsindən Fikrət Əmirov haqqında məlumat verilib.

İbtidai sinif şagirdləri arasında "Ayın oyunu" çərçivəsində qaçış yarışı keçirilib.
21/05/2026

İbtidai sinif şagirdləri arasında "Ayın oyunu" çərçivəsində qaçış yarışı keçirilib.

Address

Saatlı

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Saatlı rayonu Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share