Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəb

  • Home
  • Azerbaijan
  • Qusar
  • Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəb

Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəb Tam orta ümumtəhsil məktəbi

📌 Məktəbimizdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş sonuncu pedaqoji şura iclası keçirilmişdir.İclasda aş...
23/06/2026

📌 Məktəbimizdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş sonuncu pedaqoji şura iclası keçirilmişdir.
İclasda aşağıdakı məsələlər müzakirə olunmuşdur:
🔹 Məktəbdə keçirilmiş “Son zəng” tədbirinin təhlili;
🔹 Məktəb direktorunun illik hesabatının dinlənilməsi;
🔹 Məktəbin inkişaf istiqamətləri və mövcud zəif tərəflərinin müzakirəsi;
🔹 Şagirdlərin sinifdən-sinfə keçirilməsi ilə bağlı sənədləşmə işlərinin aparılması;
🔹 Tədris ilinin yekun nəticələrinin təhlili;
🔹 Məktəb sənədlərinin qaydaya salınması və hesabatların hazırlanması;
🔹 Dərsliklərin şagirdlərdən toplanaraq kitabxanaya təhvil verilməsi;
🔹 Cari təşkilati məsələlərin müzakirəsi.
İclasın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmiş, tədris ilinin yekunları dəyərləndirilmiş və qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilmişdir. 📚🏫

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zam...
23/06/2026

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat barədə
- Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim.
O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.
Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik;
- Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.
Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.
Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq;
- Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim.
Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq;
- Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi.
Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq;
- Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik.
Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.
Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.

Bu gün bütün orta ümumtəhsil məktəblərində olduğu kimi E.Güləliyev adına 2 saylı tam orta məktəbində də "Son zəng" tədbi...
13/06/2026

Bu gün bütün orta ümumtəhsil məktəblərində olduğu kimi E.Güləliyev adına 2 saylı tam orta məktəbində də "Son zəng" tədbiri keçirilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel xanım Hacıyeva rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar və şagirdlərin əldə etdiyi nailiyyətlər haqqında danışıb. O,məzunlari "Son zəng " münasibətilə təbrik edib,onlara yeni həyat yollarinda nailiyyətlər arzulayıb.Tədbirdə çıxış edən digər qonaqlar,valideynlər,müəllimlər də məzunları təbrik edərək onlara xoş arzularını bildiriblər və məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar arzulayıblar.
Tədbir məktəblilərinin hazirladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Məzunların həyacanla gözlədikləri an yetişdi və onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.Məzunlar onlara on bir il doğma qucağını acdığı məktəblə vidalaşdilar.Bütün məzunları təbrik edirik onlara gələcəkdə uğurlar arzulayırıq.

İyun Azərbaycan xalqının müasir tarixində ən əlamətdar və taleyüklü günlərdən biridir. Bu tarix ölkəmizdə Milli Qurtuluş...
13/06/2026

İyun Azərbaycan xalqının müasir tarixində ən əlamətdar və taleyüklü günlərdən biridir. Bu tarix ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş və bununla da ölkəmizin siyasi həyatında yeni mərhələnin əsası qoyulmuşdur.
1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üzləşmiş, ölkədə hökm sürən qeyri-sabitlik dövlət müstəqilliyini ciddi təhlükə altına almışdı. Hakimiyyət böhranı, daxili qarşıdurmalar, iqtisadi tənəzzül və separatçılıq meyilləri ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Belə bir ağır şəraitdə xalqın çağırışına cavab verən Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.
Milli Qurtuluş Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qanunçuluq və dövlət idarəçiliyi gücləndirildi, iqtisadi inkişafın təməli qoyuldu. Sonrakı illərdə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, demokratik dövlət quruculuğuna və davamlı inkişafına geniş imkanlar yaratdı.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində ölkəmiz daha da qüdrətlənmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Azərbaycanın qazandığı uğurların əsasında məhz Milli Qurtuluşun yaratdığı möhkəm təməl dayanır.
15 İyun – Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçiliyə sədaqət rəmzidir. Bu əlamətdar gün müstəqil Azərbaycanın qorunub saxlanılmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini bir daha xatırladır və gələcək nəsillərə çatdırır.

Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ölkəmizə daim sülh, əmin-amanlıq və tərəqqi arzulayırıq! 🇦🇿


2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb T...
13/06/2026

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu tarixi sənəd Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək mərhələyə yüksəldiyini təsdiqləmiş və iki qardaş dövlət arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir.
Şuşa Bəyannaməsi siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Sənəddə dövlətlərin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı şəkildə dəstəklənməsi xüsusi vurğulanmışdır. Bəyannaməyə əsasən, tərəflərdən hər hansı birinin təhlükəsizliyinə və ya müstəqilliyinə qarşı təhdid yarandığı halda, qarşılıqlı məsləhətləşmələr aparılması və zəruri dəstəyin göstərilməsi nəzərdə tutulur.
Bu mühüm sənəd, xüsusilə, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra imzalanması baxımından böyük siyasi və strateji əhəmiyyət daşıyır. Şuşa şəhərinin seçilməsi isə rəmzi məna daşıyaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını və Türk dünyasının birliyini nümayiş etdirmişdir.
Şuşa Bəyannaməsi iki ölkə arasında müdafiə sənayesi, hərbi təlimlər, təhlükəsizlik sahəsində əməkdaşlıq, enerji layihələrinin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və regional inkişaf məsələlərində birgə fəaliyyətin gücləndirilməsinə xidmət edir. Bununla yanaşı, sənəd Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə, regionda sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycan və Türkiyə xalqları tarix, dil, din, mədəniyyət və milli-mənəvi dəyərlərlə bir-birinə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən səsləndirilmiş “Bir millət, iki dövlət” kəlamı bu münasibətlərin əsasını təşkil edir. Şuşa Bəyannaməsi məhz bu qardaşlıq münasibətlərinin hüquqi və siyasi ifadəsi olmaqla, iki dövlətin gələcək əməkdaşlığının möhkəm təməlini formalaşdırmışdır.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və strateji müttəfiqliyinin ən mühüm simvollarından biri hesab edilir. Sənəd iki ölkənin ortaq maraqlar naminə birlikdə hərəkət etmək əzmini nümayiş etdirir və gələcək nəsillər üçün möhkəm əməkdaşlıq modeli yaradır. Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf edərək regionun tərəqqisinə və təhlükəsizliyinə xidmət edəcəkdir.


🥇 Təbrik edirik!Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Abdullah İsa...
10/06/2026

🥇 Təbrik edirik!
Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Abdullah İsabalayev “Kenquru Riyaziyyat” müsabiqəsinin bütün mərhələlərini uğurla keçərək qızıl medala layiq görülmüşdür.
Abdullaha gələcək uğurlar arzulayırıq! 🎉📚🌟

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı barədə Xəzər...
02/06/2026

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi
açılış mərasimində çıxışı barədə

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.
Dünya faydalı qazıntı olmadan yaşaya bilməz.Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir.Hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.
Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır. Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.Azərbaycan qazını alan 16 ölkədən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir.Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək. Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik. Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər. Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik.Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir. Ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır.

🌟 1 İyun – Beynəlxalq Uşaqlar Günü Məktəbimizdə Coşqu ilə Qeyd Olundu! 👧🏻👦🏻Məktəbimizdə 1 İyun Beynəlxalq Uşaqlar Günü m...
02/06/2026

🌟 1 İyun – Beynəlxalq Uşaqlar Günü Məktəbimizdə Coşqu ilə Qeyd Olundu! 👧🏻👦🏻
Məktəbimizdə 1 İyun Beynəlxalq Uşaqlar Günü münasibətilə rəngarəng bayram tədbiri keçirildi! 🎉
Məktəbimizin direktoru Günel xanım Haciyeva uşaqları bayram münasibətilə təbrik etdi və onlara parlaq gələcək arzuladı.
Şagirdlərimiz rəqs və şən mahnıları ilə tədbirə xüsusi rəng qatdılar. 🎤💃
Sonda **"Şəhərsalma və Memarlıq İli"**nə həsr olunmuş, uşaqların böyük fantaziyası ilə hazırlanan əl işlərindən ibarət möhtəşəm sərgi nümayiş etdirildi. 🏢📐
Gələcəyimiz olan bütün uşaqları ürəkdən təbrik edir, onlara sağlam və xoşbəxt ömür arzulayırıq! ✨🎈

Şagirdimizi təbrik edirik, ona gələcək təhsil həyatında yeni-yeni uğurlar arzu edirik!
30/05/2026

Şagirdimizi təbrik edirik, ona gələcək təhsil həyatında yeni-yeni uğurlar arzu edirik!

Qusarlı şagird “Əlaçı” televiziya müsabiqəsinin qalibi olub

Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi İsabalayeva Samirə Tehran qızı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya müsabiqəsinin qalibi adını qazanıb.
Gənc istedad müsabiqənin bütün mərhələlərini uğurla adlayaraq rayonumuzu layiqincə təmsil edib.
Samirə İsabalayeva təhsil sahəsində digər nailiyyətləri ilə də seçilir. O, 2025-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 289 bal toplayaraq yüksək nəticə göstərmişdir. Eyni zamanda, müxtəlif intellektual yarışmaların fəal iştirakçısı olmuşdur.
Qusar Rayon İcra Hakimiyyəti adından savadlı gəncimizi, onun valideynlərini və müəllimlərini təbrik edir, ona gələcək təhsil həyatında yeni-yeni uğurlar arzu edirik.

📚 Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə Teams platforması üzərindən BSQ -lərin keçiri...
30/05/2026

📚 Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə Teams platforması üzərindən BSQ -lərin keçirilməsinə start verilib.
Qiymətləndirmə prosesinin daha səmərəli və müasir şəkildə təşkili məqsədilə BSQ-lər Microsoft Teams platforması vasitəsilə keçirilir. Şagirdlərə uğurlar arzulayır, yüksək nəticələr əldə etmələrini diləyirik! ✨📖

Address

Qusar

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəb:

Shortcuts

Share