Əniğoba kənd tam orta məktəbi.

Əniğoba kənd tam orta məktəbi. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Əniğoba kənd tam orta məktəbi., Education Website, Əniqoba kənd, Qusar.

20/01/2026
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilmişdir.
08/01/2026

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilmişdir.

Yeni iliniz mübarək! Bu yeni il sizlərə bol-bol sevgi və xoşbəxtlik gətirsin!
30/12/2025

Yeni iliniz mübarək! Bu yeni il sizlərə bol-bol sevgi və xoşbəxtlik gətirsin!

🇦🇿 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü31 Dekabr – bütün dünya azərbaycanlılarını bir amal, bir məqsəd ə...
29/12/2025

🇦🇿 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü
31 Dekabr – bütün dünya azərbaycanlılarını bir amal, bir məqsəd ətrafında birləşdirən əlamətdar gündür. Bu gün milli birliyimizin, həmrəyliyimizin, dilimizə, mədəniyyətimizə və dövlətçiliyimizə bağlılığımızın rəmzidir.
Harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən Azərbaycan sevgisi, milli kimliyimiz və ortaq dəyərlərimizdir.
🤝 Birliyimiz gücümüzdür!
🇦🇿 Dünya azərbaycanlıları, həmrəy olaq!

Şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə dəstək məqsədilə məktəbimizdə “Oxu dəqiqələri” fəaliyyəti...
29/12/2025

Şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə dəstək məqsədilə məktəbimizdə “Oxu dəqiqələri” fəaliyyətinin tətbiqinə başlanılıb. Bu fəaliyyət şagirdlərdə mütaliə vərdişlərinin formalaşmasına, söz ehtiyatının zənginləşməsinə və mətnlə işləmə bacarıqlarının gücləndirilməsinə xidmət edir.
Müntəzəm oxu uşaqların tənqidi düşünmə qabiliyyətini artırır, diqqət və yaddaşı möhkəmləndirir, tədrisdə uğurlarına müsbət təsir göstərir.
📖 Oxuyaq, anlayaq, inkişaf edək!

Məktəbimizdə fənn aylıqları çərçivəsində Azərbaycan dili fənnindən nümunəvi dərslər keçirilmişdir.
24/12/2025

Məktəbimizdə fənn aylıqları çərçivəsində Azərbaycan dili fənnindən nümunəvi dərslər keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə əlaqədar“Bu prezident seçkilərinin əsas əlamət...
23/12/2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
fəaliyyəti ilə əlaqədar

“Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
Prezident İlham Əliyev
14 fevral 2024

Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist siyasətinin təzahürüdürAzərbaycan Respublikasında “Konstitusiya və Su...
19/12/2025

Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist siyasətinin təzahürüdür
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü müasir dövlətçilik fəlsəfəsinin, hüquqi dövlət quruculuğunun və humanist idarəçilik modelinin parlaq nümunəsi kimi dəyərləndirilməlidir. Bu təşəbbüs müstəqil Azərbaycanın siyasi iradəsini, sosial məsuliyyətini və insan amilinə verdiyi ali dəyəri əks etdirən mühüm ictimai-siyasi hadisədir. Amnistiya institutu Azərbaycan dövlətinin gücünün, özünəinamının və vətəndaşına olan etimadının göstəricisi kimi çıxış edir.
Azərbaycan dövlətçiliyinin möhkəm və sarsılmaz təməlləri Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində formalaşıb. Məhz Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını müəyyən edib, ölkədə demokratik, hüquqi və dünyəvi dövlət modelinin bərqərar olmasına yol açıb. Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, məqsədyönlü və qətiyyətlə davam etdirilir, Konstitusiyanın ali hüquqi qüvvəsi ölkənin bütün ərazisində tam təmin olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizmdir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Bu yanaşma cinayət-hüquq siyasətində də öz aydın ifadəsini tapır.
Suverenliyimizin tam bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması Azərbaycan xalqının tarixi Zəfərinin nəticəsidir. Məhz bu tarixi reallığı və ümumbəşəri humanizm dəyərlərinə sadiqliyi rəhbər tutaraq Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Dövlət başçısı humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad edilmənin cəmiyyət üçün müsbət sosial nəticələr verəcəyinə, həmin şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inam ifadə edib.
Amnistiya aktının layihəsinə əsasən bu humanist qərar geniş sosial əhatə dairəsinə malikdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə həmin əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları amnistiyadan yararlana biləcəklər. Eyni zamanda Ermənistanın hərbi təxribatları nəticəsində mülki əhaliyə qarşı törədilmiş cinayətlər zamanı əlil olmuş şəxslər də bu siyahıya daxildir.
Layihədə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların, eləcə də böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması nəzərdə tutulur. Həmçinin ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər üçün də humanist yanaşma tətbiq edilir. Bu, Azərbaycan dövlətinin hüquqi ədaləti sosial ədalətlə uzlaşdırmaq bacarığını bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə təqdim edilən bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya olacaq. Proqnozlara əsasən, sənəd ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən artıq məhkum azadlıqdan məhrum etmə cəzasından azad ediləcək, 3 mindən çox şəxsin cəzası azaldılacaq, 7 mindən artıq məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti cəzalardan azad olunacaq. Bundan əlavə, mindən çox şəxs cinayət məsuliyyətindən azad ediləcək.

Ümumilikdə, 1995-ci ildən etibarən Azərbaycanda qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunub. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 mindən çox məhkum əfv olunub. Milli Məclisin deputatı olduğu dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları da bu humanist siyasətin mühüm tərkib hissəsidir.
Nəticə etibarilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi gücünü, siyasi müdrikliyini və insanpərvər mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu addım bir daha sübut edir ki, müasir Azərbaycan dövləti gücünü yalnız sərt mexanizmlərdə deyil, humanizm, mərhəmət və sosial ədalət prinsiplərində görür və məhz bu yanaşma ölkəmizin dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir.

12/12/2025

Dahi Heydər Əliyev. Xatirimizdədir, sevgi ilə anırıq.

The Great Heydar Alıyev. In Remembrance and Tribute.

Великий Гейдар Алиев. Помним, любим, чтим.

12/12/2025

Ulu Öndərin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik.

Allah rəhmət eləsin!

Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilmişdir.
12/12/2025

Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilmişdir.

Məktəbimizdə əlçatan öyrədici resurslardan səmərəli istifadə,şagirdlərin nüfuzu olmayan, kommersiya xarakterli yerli və ...
10/12/2025

Məktəbimizdə əlçatan öyrədici resurslardan səmərəli istifadə,şagirdlərin nüfuzu olmayan, kommersiya xarakterli yerli və beynəlxalq olimpiada, müsabiqə, yarış və s. tədbirlərdə iştiraka təşviq edilməsinin yolverilməzliyi mövzusunda maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə həmçinin dövlət təhsil standartlarına və təhsil proqramlarına əsasən hazırlanmış dərslik və dərs vəsaitlərinin bütün təhsilalanlara ödənişsiz əsasda təqdim eildiyi, əlavə olaraq, həmin nəşrlərin rəqəmsal versiyalarının açıq istifadədə olması bir daha vurğulanmışdır.

Address

Əniqoba Kənd
Qusar

Website

Alerts

Be the first to know and let us send you an email when Əniğoba kənd tam orta məktəbi. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share