Qusar rayon Nəcəfkəndoba kənd ibtidai məktəbi

Qusar rayon Nəcəfkəndoba kənd ibtidai məktəbi İbtidai məktəb

Məktəbimizdə "Ay ana,bir nağıl de!" layihəsi çərçivəsində 3-cü sinif şagirdi Mustafayeva Aminanın valideyni Mustafayeva ...
07/06/2024

Məktəbimizdə "Ay ana,bir nağıl de!" layihəsi çərçivəsində 3-cü sinif şagirdi Mustafayeva Aminanın valideyni Mustafayeva Amalya məktəbimizin qonağı olmuşdur.Şagirdlərə maraqlı nağıllar oxumuş,müzakirələr aparmışdır.

Qusar rayonu Nəcəfkəndoba kənd ibtidai məktəbində "Yaşıl dünya naminə həmrəylik ili"  layihəsi  çərçivəsində "Bitkilərə ...
06/06/2024

Qusar rayonu Nəcəfkəndoba kənd ibtidai məktəbində "Yaşıl dünya naminə həmrəylik ili" layihəsi çərçivəsində "Bitkilərə qulluq qaydası"mövzusunda tədbir keçirilmişdir.

̧ıldünyanaminəhəmrəylikili

"Uşaqların müdafiəsi günü"nə həsr olunmuş tədbirdən...
31/05/2024

"Uşaqların müdafiəsi günü"nə həsr olunmuş tədbirdən...

Məktəbimizdə Ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev yaddaşlarda necə qalıb?" adlı tədbi...
08/05/2024

Məktəbimizdə Ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev yaddaşlarda necə qalıb?" adlı tədbir keçirilimişdir.

# ̈ndər

İdman həftəsinə aid tədbirlər silsiləsindən...         ̧ma
07/03/2024

İdman həftəsinə aid tədbirlər silsiləsindən...

̧ma

Unutmadıq və unutmayacağıq!26 fevral-Xocalı soyqırımı günü            ̧ımız
26/02/2024

Unutmadıq və unutmayacağıq!
26 fevral-Xocalı soyqırımı günü

̧ımız

1992-ci il  ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı tör...
23/02/2024

1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib.Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, “bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından hesab olunur”.

̧ımız

20/02/2024
Bu gün məktəbimizdə ilk dərs "Beynəlxalq Ana Dili Günü"nə həsr olundu.Şagirdlərə ana dilinin qorunub saxlanılmasının vac...
20/02/2024

Bu gün məktəbimizdə ilk dərs "Beynəlxalq Ana Dili Günü"nə həsr olundu.Şagirdlərə ana dilinin qorunub saxlanılmasının vacibliyi haqqında məlumat verildi.Şagirdlərin düşüncələri və fikirləri dinlənildi.

06/02/2024
Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan ...
19/01/2024

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.



1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.
20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi də qiymətləndirilməlidir. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.
20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür.

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.Azərbaycan Re...
10/12/2023

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi.

Dövlət başçıları əsgərləri salamladılar.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi.

̧mazRegionalTəhsilİdarəsi

Address

Qusar

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994704044128

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar rayon Nəcəfkəndoba kənd ibtidai məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qusar rayon Nəcəfkəndoba kənd ibtidai məktəbi:

Shortcuts

Share

Category