Qusar rayonu Zindan Muruq kənd tam orta məktəbi

Qusar rayonu Zindan Muruq kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qusar rayonu Zindan Muruq kənd tam orta məktəbi, School, Zindanmuruq kəndi, Qusar.

Biologiya fənn aylığı ilə əlaqədar olaraq 18.03.2026-cı il tarixində məktəbimizin 8-ci sinfində biologiya fənni üzrə dər...
18/03/2026

Biologiya fənn aylığı ilə əlaqədar olaraq 18.03.2026-cı il tarixində məktəbimizin 8-ci sinfində biologiya fənni üzrə dərs dinlənilmişdir.

XIII Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzindədirXIII Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və dayanıq...
14/03/2026

XIII Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzindədir

XIII Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayır.
Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir. Ölkəmizdə XIII Qlobal Bakı Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mərkəz kimi statusunu gücləndirir. Məlumdur ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir.
XIII Qlobal Bakı Forumu da dünya ictimaiyyətini düşündürən çox aktual mövzuya həsr olunub. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda həsr olunmuş Forumda çıxış edən dünyanın nüfuzlu ictimai-siyasi xadimləri çıxış edərək problemlərdən çıxış yolları üçün öz fikir və təkliflərini bölüşürlər. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısıının dediyi kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.
Forumdakı çıxışında ölkə rəhbəri qeyd edib ki, bu forumun gündəliyi genişdir, bir çox məsələləri əhatə edir. Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda, dünyadakı vəziyyətə yönələcəkdir. Dövlətimizin başçısı deyib ki, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu, olmadan bütün başqa səylər mənasızdır.
Ölkə başçısının çıxışında təklükəsizlik məsələlərinə xüsusi toxunularaq qeyd edilib ki, təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub. Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını söyləyən dövlətimizin başçısı qeyd edib: “Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Bu, bir daha onu göstərir ki, güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir sadiqlik var”.
Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübə olduğunu bildiriən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faizi işğal altında oldu. “Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik”, - deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.
Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.
Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir. Təbii ki, belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır.

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ: enerji, ticarət və sülh gündəliyiAzərbaycan ilə Avropa İttifaq...
14/03/2026

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ: enerji, ticarət və sülh gündəliyi
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsində inkişaf edərək yeni məzmun qazanıb. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ticarət əlaqələri və regional sabitlik məsələləri tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Avropanın enerji bazarında baş verən dəyişikliklər və qlobal geosiyasi proseslər fonunda Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş kimi öz rolunu daha da möhkəmləndirib. Bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlər tərəfdaşlığın növbəti mərhələsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Birgə mətbuat bəyanatında Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırda fəal mərhələdə olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, tərəflər arasında müxtəlif səviyyələrdə intensiv dialoq aparılır və Avropa Komissiyasının üzvləri son illər ərzində dəfələrlə Azərbaycana səfər ediblər. Bu, münasibətlərin institusional səviyyədə sistemli şəkildə inkişaf etdiyini göstərir. Prezidentin sözlərinə görə, iqtisadi göstəricilər də bu əməkdaşlığın miqyasını açıq şəkildə nümayiş etdirir. Belə ki, 2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb ki, bu da Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı statusunu qoruduğunu təsdiqləyir.
Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” bu sahədə əməkdaşlığın yeni mərhələsini müəyyən edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropa ölkələrinə qaz ixracı həm həcmi, həm də coğrafiyası baxımından əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır, ümumilikdə isə Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 16-ya çatıb.
Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artdığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu gün boru kəmərləri vasitəsilə qaz təchiz edən əsas ölkələrdən biridir. Eyni zamanda yaxın illərdə yeni qaz yataqlarının istismara verilməsi hesabına hasilatın daha da artırılması planlaşdırılır. Dövlət başçısı qeyd edib ki, növbəti iki-üç il ərzində Azərbaycanın mövcud qaz həcmlərinə əlavə olaraq minimum 10 milyard kubmetr əlavə qaz ehtiyatı bazara çıxarılacaq. Bu isə Avropa bazarında Azərbaycanın mövqeyini daha da gücləndirəcək.
Enerji əməkdaşlığının mühüm istiqamətlərindən biri də bərpaolunan enerji layihələridir. Azərbaycan külək, günəş və hidroenerji sahəsində geniş potensiala malikdir və bu sahədə irimiqyaslı investisiyalar həyata keçirilir. Prezident İlham Əliyev bildirib ki, qarşıdakı 5–6 il ərzində Azərbaycan ixraca yönəlmiş 6–8 giqavat gücündə bərpaolunan enerji potensialı formalaşdırmağı planlaşdırır. Bu istiqamətdə Avropa tərəfdaşları ilə dənizaltı elektrik kabellərinin çəkilməsi, yeni ötürücü xətlərin yaradılması və enerji infrastrukturu layihələri üzərində iş aparılır.
Azərbaycanın Avropa ilə əməkdaşlığında nəqliyyat və logistika sahəsi də mühüm yer tutur. Xüsusilə Orta Dəhlizin genişləndirilməsi istiqamətində görülən işlər Avropa ilə Asiya arasında yeni iqtisadi əlaqələrin formalaşmasına töhfə verir. Prezident İlham Əliyev bildirib ki, regionda sülh və sabitliyin möhkəmlənməsi bu nəqliyyat layihələrinin daha sürətli inkişafına imkan yaradır. Ermənistanla əldə edilmiş sülh razılaşması fonunda yeni iqtisadi və nəqliyyat imkanlarının açılması regional əməkdaşlığın genişlənməsi üçün əlavə stimul yaradır.
Dövlət başçısı çıxışında Azərbaycanın regionda sülh gündəliyinə sadiqliyini də xüsusi vurğulayıb. Prezident qeyd edib ki, ölkəmiz artıq yeddi aydır sülh şəraitində yaşayır və bu proses real addımlarla müşayiət olunur. Azərbaycan tərəfindən Ermənistana neft məhsullarının tədarükünə başlanması və digər ölkələrdən Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması sülhün praktik müstəvidə həyata keçirildiyini göstərir.
Prezident İlham Əliyev vurğulayıb ki, əgər hər iki tərəf siyasi iradə nümayiş etdirərsə və sülhə sadiq qalsa, bu proses xalqlar arasında barışığa aparan ən doğru yol olacaq. Azərbaycanın mövqeyinə görə, regionda davamlı sabitliyin təmin edilməsi həm iqtisadi əməkdaşlığın genişlənməsinə, həm də beynəlxalq layihələrin daha effektiv həyata keçirilməsinə şərait yaradır. Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan geniş əməkdaşlıq gündəliyi enerji, iqtisadiyyat, nəqliyyat və regional təhlükəsizlik kimi strateji sahələri əhatə etməklə tərəfdaşlığın uzunmüddətli və dayanıqlı xarakter daşıdığını bir daha təsdiqləyir.

Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşında...
11/03/2026

Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir.

Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Beynəlxalq statistikaya görə hər il dünyada 10 milyona yaxın uşaq erkən nikaha məruz qalır. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal bəsəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. Erkən nikah adətən 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsədə dünya praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur.

Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər demək olar ki daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailə daxili münaqişələr, qız uşaqlarına təzyiqin olmağı da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır.

Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır.

Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olur. Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə, şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikahlar zamanı həmin şəxslər təhsildən uzaqlaşır. Erkən nikah qurbanlarının daha çox qız uşaqları olduğundan, həmin qızların həyat yoldaşlarından bağlı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına səbəb olur. Dünya statistikasına əsasən erkən yaşda evləndirilən qızlar, normal hala nisbətən iki dəfə artıq şiddətə məruz qalırlar. Erkən yaşda evlilik qadınların təhsilinində və maddi vəziyyətinin məhdudluğu, tərəflər arasında yaş fərqi, güc balansının olmamağı, qadının azadlığının əlindən alınması bu cür evliliklərin mexanizminin əsasıdır. Adətən erkən evlilik halları ailələrin razılığı ilə baş tutduğundan təxminən evlənəcək şəxslərin 71% evlənməmişdən öncə bir birlərini görmürlər. Ailə planlaşdırılmasını dərk etmirlər və beləliklə dünyaya gətirilən uşaqların sayında və sağlamlığında problemlər meydana çıxır. Dünya ədəbiyyatında depressiyaya düşənlərin statistikasnda 10-17 yaş arasında evlənənlərin daha çox intihara meyillilki müşahidə olunur.

Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.

Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.

Kimya fənn aylığı ilə əlaqədar olaraq 11.03.2026-cı il tarixində məktəbimizin 8-ci sinfində kimya müəllimi Azayev Fəhmi ...
11/03/2026

Kimya fənn aylığı ilə əlaqədar olaraq 11.03.2026-cı il tarixində məktəbimizin 8-ci sinfində kimya müəllimi Azayev Fəhmi tərəfindən açıq dərs təşkil olunmuşdur. Dərs zamanı fəal təlimin pripsipləri qorunaraq təlim nəticələrinin reallaşdırılması üzrə həm nəzəri, həm də praktiki biliklərin öyrənilməsi həyata keçirilmişdir.

5 mart - Bədən Tərbiyəsi və İdmanGünü ilə əlaqədar tədbirlər çərçivəsində məktəbimizdə volleybol yarışları təşkil olunmu...
11/03/2026

5 mart - Bədən Tərbiyəsi və İdman
Günü ilə əlaqədar tədbirlər çərçivəsində məktəbimizdə volleybol yarışları təşkil olunmuşdur.

8 Mart – qadınların cəmiyyətdəki rolunu, əməyini və fədakarlığını ifadə edən xüsusi bir gündür.Qadınlar ailənin, təhsili...
10/03/2026

8 Mart – qadınların cəmiyyətdəki rolunu, əməyini və fədakarlığını ifadə edən xüsusi bir gündür.
Qadınlar ailənin, təhsilin və cəmiyyətin inkişafında mühüm yer tutur. Onların bilik, qayğı və zəhməti gələcək nəsillərin formalaşmasına böyük töhfə verir.
Məktəbimizin bütün müəllim və əməkdaş xanımlarının fəaliyyəti də bu dəyərli missiyanın bir parçasıdır.
Bu münasibətlə 06.03.2026-cı il tarixində bu münasibətlə tədbir keçirilmişdir.


Fizika fənn aylığı ilə əlaqədar mart ayının birinci həftəsində məktəbimizin 7, 10 və 11-ci siniflərində fizika fənni üzr...
07/03/2026

Fizika fənn aylığı ilə əlaqədar mart ayının birinci həftəsində məktəbimizin 7, 10 və 11-ci siniflərində fizika fənni üzrə açıq dərslər keçirilmişdir. Dərs zamanı şagirdlər həm nəzəri, həm də praktiki bilik və bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif təcrübələr aparmışlar.

Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz payı varDövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Az...
07/03/2026

Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz payı var

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Azərbaycan Respublikası əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. 2026-cı il yanvarın 1-nə ümumi işçi qüvvəsinin sayında qadınların payı 48,4 faiz, məşğul olanların ümumi sayında qadınların payı 48,1 faiz olmuşdur. Fərdi sahibkarların ümumi sayında qadın sahibkarların xüsusi çəkisi son beş ildə ilbəil artaraq 2026-cı il yanvarın 1-nə 23,7 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 2004-cü ildəki 4 faizdən 2025-ci ildə 39,34 faizə yüksəlmiş, dövlət qulluqçuları arasında qadınların payı son dörd ildə 27,5 faizdən 29,7 faizə çatmış, həmçinin hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər arasında qadınların sayı artmışdır.
Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. Milli Məclisin I çağırışında 15, II çağırışında 13, III çağırışında 14, IV çağırışında 20, V çağırışında 20, VI çağırışında 21, VII çağırışında 26 qadın deputat seçilmişdir. 2020-ci il martın 10-dan Milli Məclisə qadın deputat sədrlik edir.

Biz 12 ölkəyə qaz tədarük edirikBiz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkəl...
04/03/2026

Biz 12 ölkəyə qaz tədarük edirik

Biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
Bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.

04.02.2026-cı il tarixində məktəbimizdə Səməd Vurğunun 120 illiyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbir zaman...
04/03/2026

04.02.2026-cı il tarixində məktəbimizdə Səməd Vurğunun 120 illiyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərə görkəmli şairimizin keçdiyi həyat yolu və yaradıcılığı haqqında ətraflı məlumat verilmişdir.

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar 27.02.2026-cı il tarixində məktəbimizdə fövqəladə hallarla bağlı şagi...
28/02/2026

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar 27.02.2026-cı il tarixində məktəbimizdə fövqəladə hallarla bağlı şagirdlərə məlumat verilmiş, yanğın təhlükəsizliyi ilə əlaqədar təlimlər keçirilmişdir.

Address

Zindanmuruq Kəndi
Qusar
AZ3839

Telephone

+994705016796

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar rayonu Zindan Muruq kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qusar rayonu Zindan Muruq kənd tam orta məktəbi:

Shortcuts

Share

Category