Qusar rayon Suvacal kənd tam orta məktəbi

Qusar rayon Suvacal kənd tam orta məktəbi Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah Təhsildir.

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı barədə Xəzər...
03/06/2026

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi
açılış mərasimində çıxışı barədə

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.
Dünya faydalı qazıntı olmadan yaşaya bilməz.Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir.Hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.
Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır. Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.Azərbaycan qazını alan 16 ölkədən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir.Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək. Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik. Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər. Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik.Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir. Ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə “Arzular Ağacı” təşkil olundu.Bu gün şagirdlərimi...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə “Arzular Ağacı” təşkil olundu.
Bu gün şagirdlərimiz öz arzu və istəklərini rəngarəng yarpaqlara yazaraq “Arzular Ağacı”na əlavə etdilər. Hər bir yarpaq uşaqlarımızın saf düşüncələrini, gələcəyə olan ümidlərini və böyük hədəflərini əks etdirirdi.
Uşaqların arzularının gerçəkləşdiyi, sevgi, qayğı və xoşbəxtlik içində böyüdüyü bir dünya arzulayırıq. Onların təbəssümü bizim üçün ən böyük dəyər, uğurları isə ən böyük qürurdur.
🌿 Qoy bu ağacdakı bütün arzular çiçəklənsin və hər bir uşağın gələcəyi işıqlı olsun!





28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərə 28 May – Müstəqillik Günü ,bu günü...
27/05/2026

28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərə 28 May – Müstəqillik Günü ,bu günün tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir Tədbir şagirdlərin ifasında Vətənə,müstəqilliyə aid müxtəlif şeirlərlə davam etdirilmişdir .

Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın  – Prezident İlham ƏliyevM...
26/05/2026

Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın – Prezident İlham Əliyev
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə çıxış edərək bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılıb və regionların sosial-iqtisadi inkişafı proqramları bu sahənin inkişafında mühüm rol oynayıb. Prezident qeyd edib ki, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində bölgələrdə qaz, elektrik, su və yol təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradılıb.

Prezident İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyalar, güzəştli kreditlər, texnika təminatı və digər dövlət dəstəyi mexanizmləri tətbiq olunur. Bildirilib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, üzümçülük və digər sahələr üzrə qəbul edilmiş dövlət proqramları mühüm nəticələr verib.

Dövlətimizin başçısı qeyd edib ki, son illərdə kənd təsərrüfatı istehsalında müşahidə olunan durğunluq yeni Dövlət Proqramının hazırlanmasını zəruri edib. Bildirilib ki, 2026–2030-cu illəri əhatə edəcək proqram çərçivəsində məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi və kənd təsərrüfatına investisiyaların artırılması əsas prioritetlər olacaq.

Çıxış zamanı Prezident İlham Əliyev kəndlərin inkişafının vacibliyini xüsusi vurğulayaraq deyib: “Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”.

Müşavirədə həmçinin torpaqlardan səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, soyuducu anbarların yaradılması, aqrar sahədə innovativ texnologiyaların və süni intellekt imkanlarının tətbiqi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs olunub.
Qeyd olunub ki, kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, regionlarda məşğulluğun artırılması və qeyri-neft sektorunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

“Son zəng” tədbiri ilə bağlı təqdim olunmuş təlimata uyğun olaraq  məktəb rəhbərliyi tərədindən 11 ci sinif və 1 ci sini...
22/05/2026

“Son zəng” tədbiri ilə bağlı təqdim olunmuş təlimata uyğun olaraq məktəb rəhbərliyi tərədindən 11 ci sinif və 1 ci sinif şagird valideynlərin iştirakı ilə iclas keçirilmişdir. İclas zamanı tədbirin keçirilmə qaydaları ətraflı şəkildə müzakirə olundu, bütün tələblər diqqətə çatdırılmış, onlarla müvafiq maarifləndirici söhbətlər aparılmışdır.Məktəb rəhbərliyi tərəfindən tədbirin nizam-intizam çərçivəsində və təhlükəsiz şəkildə keçirilməsinin vacibliyi xüsusi vurğulanmışdır. İclas zamanı şagirdlərin təhlükəsizliyinə nəzarətin artırılması, məktəbin daxili qaydalarına əməl olunması və tədbir müddətində məsuliyyətli davranışın vacibliyi barədə tövsiyələr verilmişdir.

🌿 21.05.2026-cı iı tarixində “Memarlıq və Şəhərsalma ilinə” həsr olunmuş məktəbyanı ərazidə iməclik təşkil olunmuşdur.  ...
21/05/2026

🌿 21.05.2026-cı iı tarixində “Memarlıq və Şəhərsalma ilinə” həsr olunmuş məktəbyanı ərazidə iməclik təşkil olunmuşdur.
İməclik zamanı ərazi zibillərdən təmizlənmiş, yaşıllıqlara qulluq göstərilmiş, ağaclar əhənglənmiş, torpaq sahələri bellənmiş, abadlıq və səliqə-sahman işləri aparılmışdır. Görülən işlər məktəbin ətraf mühitinin daha təmiz, sağlam və estetik baxımdan cəlbedici olmasına xidmət etmişdir.
Bu cür təşəbbüslər kollektivdə birlik və məsuliyyət hissinin gücləndirilməsinə, eyni zamanda şagirdlər üçün daha sağlam və nümunəvi mühitin formalaşdırılmasına töhfə verir.

21.05.2026-cı il tarixində məktəbimizdə 8-ci sinif şagirdlərinin iştirakı ilə təbiətdə  Qəhvəyi mərmər bağacığının kənd ...
21/05/2026

21.05.2026-cı il tarixində məktəbimizdə 8-ci sinif şagirdlərinin iştirakı ilə təbiətdə Qəhvəyi mərmər bağacığının kənd təsərrüfatına vurduğu ziyan və ona qarşı mübarizə üsulları mövzusunda maarifləndirici dərs keçirildi.

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunu özünə qaytardı.  “Şərqdə və müsəlman aləmində ilk demokratik dö...
21/05/2026

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunu özünə qaytardı.
“Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Baxmayaraq ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olub, o, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb: “Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytarıb. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib”.

“Yetmiş il sonra – 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, satqın AXC-Müsavat cütlüyü Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildəki taleyini yaşamaq təhlükəsi ilə üz-üzə qoyduğu bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruyub: “Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Respublikasının bayrağının bu gün işğaldan azad olunmuş Şuşada, Xankəndidə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.Əsası Ulu Öndər Heydər Ə...
21/05/2026

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Qürurverici haldır ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider və dünyada söz sahibi olan müstəqil dövlətdir. Hazırda ölkəmizin hər yerində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyasnı yenidənqurma və bərpa - tikinti işləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Əvvəlki illərlə müqayisədə indi ölkəmizə gələn xarici turistlərin sayı da xeyli artıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə əsaslı yeniliklərə imkan verəcək. Dövlətimizin başçısının bu Sərəncamı təkcə yeni tikililərin deyil, bütöv bir inkişaf fəlsəfəsinin təqdimatıdır. Ölkəmizdə əsrlərin yaddaşını yaşadan tarixi abidələrin qorunması ilə yanaşı, müasir şəhərsalma modeli də formalaşdırılır. Bu, eyni zamanda, çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması və bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların tətbiqində mühüm rol oynayacaq.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Müdrik şəxsiyyətin memarlıq və dizaynına şəxsən nəzarəti altında tikilmiş, bu gün də dövlət və beynəlxalq tədbirlərin məkanına çevrilmiş Gülüstan sarayı, beynəlxalq idman yarışlarının keçirilməsi üçün çox əlverişli hesab edilən Bakı İdman-Konsert Kompleksinin tikintisində milli üslubların qorunmasına, modern və ənənəvi elementlərin birləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Belə tikililər paytaxtımızın simasının əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rol oynayıb. Ulu Öndərin ölkəmizə ilk rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma sistemlərinin qorunması və müasirləşdirilməsi ilə bağlı vacib qərarlar qəbul edilmiş, çoxsaylı tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, şəhərsalma və memarlıq fəaliyyətinin davamlılığını təmin edən əsaslı tədbirlər həyata keçirilmişdir.

Ulu Öndərin siyasi kursunu yeni dövrə, müasir çağırışlara uyğun layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrikliyi şəhərsalma və memarlığın daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Məhz dövlət başçımızın diqqət və qayğısı sayəsində şəhər quruculuğu sahəsindəki yeni təzahürlər, ölkədə inşa edilən monumental komplekslərin memarlıq həlli yeni mərhələyə qədəm qoydu. Xalqımız dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsində də bunun şahidi oldu. Son illər yaradılan şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələr şəhərimizə gələn turistlər tərəfindən də heyranlıqla qarşılanır. Belə orjinal nümunələr sırasına daim yeniləşmə rəmzi olan möhtəşəm Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələri, Ağ şəhər kompleksi daxildir. Bunlarla yanaşı, regionların memarlıq siması da zənginləşərək yeni şəkil almışdır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə təsadüfi qərar deyil. Bu addım 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə başlanan ideoloji xəttin məntiqi davamıdır. Dövlət bu qərarla göstərir ki, suverenlik yalnız siyasi və hüquqi kateqoriya deyil, eyni zamanda, məkanın, şəhərin və yaşayış mühitinin milli iradəyə uyğun qurulmasıdır. Bu təşəbbüs şəhərsalma və memarlığı milli kimliyin qorunması, mədəni irsin yaşadılması və dayanıqlı gələcəyin təmin edilməsi kontekstində birləşdirir. Şəhər mühiti sadəcə yaşayış sahəsi olmaqla yanaşı, sosial ədalətin, ekoloji tarazlığın və ictimai rifahın reallaşdığı məkan kimi təqdim olunur.

Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Dünya Şəhərsalma Forumunun (WUF-13) Bakıda keçirilməsi ölkənin qlobal şəhərsalma gündəliyində artan rolunu təsdiqləyir. Azərbaycan bu proseslərdə təcrübə təqdim edən və təşəbbüs irəli sürən tərəfdaş kimi çıxış edir. Beləliklə, Azərbaycanın şəhərsalma və memarlıq irsi tarixdən müasirliyə uzanan davamlı xətt təşkil edir. Bu xətt XX əsrdə dövlət planlaşdırmasına, müstəqillik dövründə milli identiklik və modernləşməyə, postmünaqişə mərhələsində isə bərpa və dayanıqlı inkişaf modelinə çevrilmişdir.

🏫MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR  👫15 May Beynəlxalq Ailə Günü münasibətilə məktəbin şagirdlərin  iştirakı ilə  “Mənim ailəm güllə...
18/05/2026

🏫MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR
👫15 May Beynəlxalq Ailə Günü münasibətilə məktəbin şagirdlərin iştirakı ilə “Mənim ailəm güllər obrazında” aslı layihə həyata keçirildi. Layihənin məqsədi
Ailə üzvlərini güllərin xüsusiyyətləri ilə müqayisə edərək:
• ailə dəyərlərini təbliğ etmək,
• uşaqlarda sevgi və hörmət hissini gücləndirmək,
• yaradıcı düşüncəni inkişaf etdirmək,
• ailənin cəmiyyətdə rolunu vurğulamaqdır.

Address

Qusar

Telephone

+994233896203

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar rayon Suvacal kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qusar rayon Suvacal kənd tam orta məktəbi:

Shortcuts

Share

Category