Qusar rayon Yuxarı Qələnxur kənd tam orta məktəbi

Qusar rayon Yuxarı Qələnxur kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qusar rayon Yuxarı Qələnxur kənd tam orta məktəbi, School, Qusar.

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir.U...
12/06/2026

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir.

Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermiş, bundan iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.
Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü.
AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdur. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar Azərbaycanı onlarla düşmən etmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.
Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Ümummilli Lider Heydər Əliyevdən imdad istədi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Ulu Öndər Heydər Əliyev demişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Ulu Öndər Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir.
1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayan Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Prezident cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş d...
12/06/2026

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə yüksəldilməsidir

Bəyannamənin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa bəyannəməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir olacağının mübarək imzalarla təsdiqlənmiş rəmzidir.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.
Şuşa Bəyannaməsi milli iradəsinin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir. Şuşa Bəyannaməsi haqqında söz açarkən, Azərbaycan-Türkiyə münasibətlərini indiki səviyyəyə çatdıran, misli görünməmiş qətiyyət və siyasi iradə nümayiş etdirən liderlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri haqqında söz açmamaq mümkün deyil. Azərbaycan-Türkiyə münasibətləri ortaq dil, tarix, mədəniyyət kimi mühüm əsaslara söykənir. Amma dünyada baş verən proseslər sübuta yetirir ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspektivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.
Heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk Dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir.
Şuşa Bəyannaməsi iki dövlət arasındakı strateji müttəfiqliyi ifadə edən sənəddən daha böyük, özündə Azərbaycan və Türkiyənin qardaş xalqlarının çoxəsrlik arzularını ifadə edən tarixi, siyasi, milli-mənəvi əhəmiyyətə malikdir. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Bu, tarixi həqiqətdir və ötən hər gün Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində oynadığı rolun tarixi əhəmiyyətini daha qabarıq şəkildə diqqətə çatdırır.
Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının Ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.
Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb.
Tarix isə - istər uzaq olsun, istərsə də yaxın - təkcə səlnaməçilərin keçilən yol kimi yaddaşa köçürmələri üçün gərəkli olan zaman kəsiyi deyil, həm də nəticə cıxarmaq üçün ən önəmli vasitədir. Bu baxımdan, ötən əsrin 90-cı illərində baş verən hadisələrin, ölkəni xaosa, qarşıdurmaya sürükləyən, parçalanma təhlükəsi qarşısında qoyan təcrübəsiz, bacarıqsız, siyasət və idarəetmə sahəsində istedadı olmayan insanların buraxdığı səhvlərin unudulmaması həm də ona görə vacibdir ki, oxşar hadisələr bir daha təkrarlanmasın, ölkəmiz, dövlətimiz nəticələrinin aradan qaldırılmasına uzun illər lazım olan təhlükələrlə qarşı-qarşıya qalmasın. Kimsəyə sirr deyil ki, Azərbaycan həmin dövrdə uçurumun bir addımlığında idi. Əgər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olmasaydı, bu gün bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğundan söhbət gedə bilməzdi.

Bakı Enerji Həftəsi: Azərbaycanın enerji strategiyasının qlobal təsdiqi2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həft...
02/06/2026

Bakı Enerji Həftəsi: Azərbaycanın enerji strategiyasının qlobal təsdiqi

2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, enerji siyasətinin və beynəlxalq əməkdaşlıq modelinin geniş mənzərəsini təqdim etdi. Dövlət başçısının çıxışında təkcə enerji sektoru ilə bağlı məsələlər deyil, həm də Azərbaycanın iqtisadi müstəqilliyi, geosiyasi rolu, regional əməkdaşlıq təşəbbüsləri və gələcək inkişaf prioritetləri əhatəli şəkildə öz əksini tapdı. Bu baxımdan çıxış enerji forumunda səsləndirilən adi bir nitqdən daha çox Azərbaycanın strateji inkişaf konsepsiyasının təqdimatı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın müasir enerji tarixinin əsas mərhələlərinə nəzər salaraq vurğuladı ki, bu gün “Bakı Enerji Həftəsi” adı ilə tanınan tədbirin əsası hələ 1994-cü ildə keçirilən Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Həmin dövrdə iqtisadi böhran, siyasi qeyri-sabitlik və Ermənistanın işğalçılıq siyasəti ilə üzləşən Azərbaycan üçün enerji resursları ölkənin müstəqilliyini qorumaq və inkişafını təmin etmək baxımından həyati əhəmiyyət daşıyırdı. “Əsrin müqaviləsi”, ardınca isə 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə saziş Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirdi və ölkənin gələcək inkişafının əsasını formalaşdırdı.

Çıxışın diqqət çəkən məqamlarından biri enerji siyasətinin beynəlxalq müstəvidə qiymətləndirilməsi ilə bağlı idi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın enerji sektoruna münasibətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illər neft və qaz istehsalçısı olan ölkələrə qarşı formalaşdırılan əsassız ittihamlar və siyasi təzyiqlər enerji təhlükəsizliyi məsələlərinin obyektiv dəyərləndirilməsinə mane olurdu. Dövlət başçısının fikrincə, neft və qaz təbii sərvətlərdir və ölkələr bu resurslara malik olduqları üçün deyil, onlardan necə istifadə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycanın təcrübəsi göstərir ki, enerji gəlirləri düzgün idarə olunduqda iqtisadi inkişafın, sosial rifahın və milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev Azərbaycanın son otuz ildə əldə etdiyi iqtisadi nəticələri məhz bu strateji yanaşmanın uğuru kimi təqdim etdi. Vaxtilə enerji idxal edən, yoxsulluğun 50 faizdən çox olduğu ölkə bu gün investisiya dərəcəli kredit reytinqinə malikdir. Xarici borcun ümumi daxili məhsuldakı payı cəmi 6 faiz səviyyəsindədir və ölkənin strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir. Bu göstəricilər enerji gəlirlərinin səmərəli idarə olunmasının, uzunmüddətli iqtisadi strategiyanın və maliyyə müstəqilliyinin nəticəsi kimi qiymətləndirilir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan beynəlxalq maliyyə institutlarından asılı olmayan nadir ölkələrdən birinə çevrilib.

Çıxışda enerji siyasəti ilə milli təhlükəsizlik arasında əlaqə də xüsusi vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın güclü ordu quraraq torpaqlarını işğaldan azad etməsi iqtisadi potensialın və enerji gəlirlərinin yaratdığı imkanlarla sıx bağlıdır. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər yalnız hərbi uğur deyil, həm də illərlə həyata keçirilən iqtisadi və enerji strategiyasının nəticəsi kimi təqdim edildi. Bu yanaşma göstərir ki, enerji təhlükəsizliyi və milli təhlükəsizlik bir-birini tamamlayan anlayışlardır və müasir dövlət quruculuğunda ayrılmaz əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq enerji bazarındakı rolu da çıxışın əsas istiqamətlərindən biri oldu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin yaratdığı enerji infrastrukturu bu gün Avrasiyanın ən mühüm enerji dəhlizlərindən birini formalaşdırır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu fakt Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş olduğunu göstərir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, qlobal enerji xəritəsində Azərbaycanın rolu hər il daha da güclənir və yeni yataqların işlənməsi bu mövqeyi daha da möhkəmləndirəcək.

Dövlət başçısının çıxışında diqqət çəkən digər mühüm məqam bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr oldu. Azərbaycan ənənəvi enerji resurslarına malik olmasına baxmayaraq, yaşıl enerji keçidinə böyük önəm verir. Gələn ilin sonuna qədər ölkədə günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı, Qara dəniz Enerji Kabeli layihəsi və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı Azərbaycanın gələcək enerji siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu layihələr ölkənin həm enerji ixracatçısı, həm də yaşıl enerji mərkəzi kimi mövqeyini gücləndirir.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi mənfəət əldə etmək məqsədi daşımır. Bu siyasət ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və logistika imkanlarının artırılmasına, həmçinin qlobal enerji təhlükəsizliyinə töhfə verməyə xidmət edir. Azərbaycanın son otuz ildə keçdiyi yol sübut edir ki, milli maraqlara söykənən strateji baxış, beynəlxalq tərəfdaşlıq və resursların səmərəli idarə olunması istənilən ölkəni regional güc mərkəzinə çevirə bilər. Bakı Enerji Həftəsi isə bu uğurlu modelin dünyaya təqdim olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi öz əhəmiyyətini daha da artırır.

Şagirdlərimizlə "Ailə dəyərləri" mövzusunda söhbət aparılıb
27/05/2026

Şagirdlərimizlə "Ailə dəyərləri" mövzusunda söhbət aparılıb

Məktəbimizdə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir
27/05/2026

Məktəbimizdə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir

Məktəbimizin biologiya müəllimi Novruzov Novruz tərəfindən şagirdlərə Narkotik vasitələrin zərərləri barədə məlumat veri...
27/05/2026

Məktəbimizin biologiya müəllimi Novruzov Novruz tərəfindən şagirdlərə Narkotik vasitələrin zərərləri barədə məlumat verilmişdir

Məktəbimizin tarix müəllimi Məhərrəmli Natiq IX-X sinif şagirdləri ilə "İnsan hüquqları" mövzusunda maarifləndirici söhb...
27/05/2026

Məktəbimizin tarix müəllimi Məhərrəmli Natiq IX-X sinif şagirdləri ilə "İnsan hüquqları" mövzusunda maarifləndirici söhbət aparmışdır.

Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həsənzadə Səbinə VIII sinif şagirdləri ilə "Oxu dəqiqələri" keçirib....
27/05/2026

Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həsənzadə Səbinə VIII sinif şagirdləri ilə "Oxu dəqiqələri" keçirib. Bu dəfə oxunan əsər Daniel Defonun "Robinzon Kruzo" əsəridir.

Kənd təsərrüfatında yeni mərhələ: Dövlət Proqramı iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilir Prezident İlham ...
26/05/2026

Kənd təsərrüfatında yeni mərhələ: Dövlət Proqramı iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilir
Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkə iqtisadiyyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu proqram təkcə aqrar sahənin inkişafını deyil, regionların iqtisadi fəallığının artmasını, yeni investisiya axınının formalaşmasını və qeyri-neft sektorunun daha da güclənməsini təmin edəcək strateji sənəddir.
Son 20 ildə həyata keçirilən regional inkişaf proqramları artıq öz nəticəsini verib. Bu gün Azərbaycanın regionlarında qazlaşdırmanın 96 faizə çatması, yeni yolların, su anbarlarının, elektrik və meliorasiya sistemlərinin qurulması kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradıb. Vaxtilə məhsul istehsalına mane olan əsas problemlər – su çatışmazlığı, logistika çətinlikləri və enerji təminatı artıq böyük ölçüdə həll olunub. Bu infrastruktur olmadan kənd təsərrüfatında bugünkü göstəricilərə nail olmaq mümkün olmazdı.
Prezidentin müşavirədə xüsusi vurğuladığı məsələlərdən biri ərzaq təhlükəsizliyi idi. Dünyada davam edən müharibələr, logistika zəncirlərinin qırılması və iqlim dəyişiklikləri göstərir ki, hər bir ölkə daxili istehsal imkanlarını artırmalıdır. Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsinin 55 faiz olması ciddi siqnaldır. Dövlət Proqramının əsas məqsədlərindən biri məhz idxaldan asılılığı azaltmaq, yerli istehsalı genişləndirmək və strateji məhsullar üzrə daxili tələbatı təmin etməkdir.
Bu baxımdan aqroparkların yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illərdə aqropark modeli kənd təsərrüfatında müasir idarəetmə, innovativ texnologiyalar və məhsuldarlığın artması baxımından mühüm rol oynayıb. Lakin yeni mərhələdə aqroparkların yalnız xammal istehsalçısı kimi deyil, həm də emal və ixracyönümlü sənaye mərkəzləri kimi fəaliyyət göstərməsi vacibdir. Prezidentin pambıqçılıqla bağlı səsləndirdiyi fikir – mahlıc deyil, hazır məhsul ixrac etmək – məhz əlavə dəyər yaradan iqtisadi modelə keçidin göstəricisidir.
Müşavirədə diqqət çəkən mühüm istiqamətlərdən biri də gübrə istehsalı ilə bağlı idi. Azərbaycanda fəaliyyət göstərən artıq ölkənin azot gübrəsinə olan tələbatının böyük hissəsini ödəməklə yanaşı, ixrac potensialı da formalaşdırıb. Lakin Prezidentin də qeyd etdiyi kimi, aqrar sektor üçün yalnız karbamid kifayət deyil. Fosforlu və qarışıq gübrələrin istehsalı istiqamətində yeni investisiyalar vacibdir. Bu sahədə yeni zavodların yaradılması həm idxaldan asılılığı azaldacaq, həm də kənd təsərrüfatı məhsuldarlığını artıracaq. Xüsusilə Sumqayıt Kimya Sənaye Parkının bu istiqamətdə yeni layihələr üçün böyük potensiala malik olduğu görünür.
Dövlət Proqramında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinə xüsusi önəm verilməsi də mühüm iqtisadi yanaşmadır. Torpaq sahələrinin “elektron pasportlaşdırılması”, peyk nəzarəti və məhsuldarlığın rəqəmsal analiz sistemi fermerlərə daha düzgün qərar verməyə imkan yaradacaq. Bu, həm subsidiya siyasətinin daha çevik qurulmasına, həm də torpaqdan səmərəli istifadəyə səbəb olacaq. Əslində aqrar sahənin gələcəyi artıq yalnız ənənəvi əkinçiliklə deyil, texnologiya əsaslı idarəetmə ilə müəyyən olunur.
Prezident İlham Əliyevin “şəhərlərdən kəndlərə qayıdış” tezisi də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Əgər kənddə yüksək gəlir, müasir infrastruktur, keyfiyyətli təhsil və səhiyyə xidmətləri təmin edilərsə, urbanizasiya təzyiqi azalacaq. Bu isə həm regionların balanslı inkişafına, həm də böyük şəhərlərdə sosial yükün azalmasına səbəb olacaq. Kənd təsərrüfatının inkişafı təkcə aqrar məsələ deyil, həm də sosial sabitlik, məşğulluq və demoqrafik balans məsələsidir.
2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı üçün dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya nəzərdə tutulur. Bu, Azərbaycanın aqrar sektor tarixində ən böyük investisiya proqramlarından biridir. Əgər proqram çevik idarəetmə, düzgün subsidiya siyasəti və güclü özəl sektor əməkdaşlığı ilə icra olunarsa, yaxın illərdə Azərbaycan yalnız özünü təmin edən ölkəyə deyil, həm də regionun əsas aqrar və ərzaq ixracatçılarından birinə çevrilə bilər.

Məktəbimizin coğrafiya müəllimi Bəhman Sultaliyev IX sinif şagirdləri ilə Peşə məktəblərin istiqamətləri barədə maariflə...
26/05/2026

Məktəbimizin coğrafiya müəllimi Bəhman Sultaliyev IX sinif şagirdləri ilə Peşə məktəblərin istiqamətləri barədə maarifləndirici söhbət aparıb

Address

Qusar

Telephone

+994772700793

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar rayon Yuxarı Qələnxur kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category