Üzdənoba kənd ümumi orta məktəbi

Üzdənoba kənd ümumi orta məktəbi Qusar rayonu Üzdənoba kənd ümumi orta məktəbi

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı barədə- Azər...
02/06/2026

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı barədə
- Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı.
Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.
Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.
- Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir.
Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.


01.06.2026-cı il tarixində Qusar rayon Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin lX və Vlll sinif şagirdləri və val...
01/06/2026

01.06.2026-cı il tarixində Qusar rayon Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin lX və Vlll sinif şagirdləri və valideynləri ilə Səfərbərlik və Hərbi xidmətə çağırış mövzusu üzrə maarifləndirici tədbir keçirilib. Tədbir əsnasında valideyn və şagirdlər Hərbi xidmətə çağırış ilə bağlı müəyyən olunmuş əməliyyatların "mygov" onlayn platforması üzrə həyata keçirilməsi prosesi ilə tanış olublar.


Bu gün Qusar rayonu Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbində 1 İyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti...
01/06/2026

Bu gün Qusar rayonu Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbində 1 İyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə ibtidai sinif şagirdləri ilə məktəbin həyətində rəsmlər çəkilib. Bu fəaliyyət şagirdlər tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.



!

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

01/06/2026
26.05.2026-cı il tarixində Qusar rayon Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin rəhbərliyi tərəfindən lX sinif şag...
26/05/2026

26.05.2026-cı il tarixində Qusar rayon Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin rəhbərliyi tərəfindən lX sinif şagirdləri ilə buraxılış imtahanlarında aşağı nəticə göstərmiş şagirdlərin peşə məktəblərinə yönləndirilməsi məqsədi ilə maarifləndirici tədbir təşkil olunub.


25.05.2026-cı il tarixində Qusar rayon Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin lX sinfində "Erkən və qohumlararas...
25/05/2026

25.05.2026-cı il tarixində Qusar rayon Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin lX sinfində "Erkən və qohumlararası nikahların fəsadları" mövzusu üzrə maarifləndirici dərs təşkil olunub.


Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı barədəHələ ilk dəfə prezident vəzi...
25/05/2026

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı barədə
Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.
2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi.
Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var.
Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi.


Bu gün Qusar rayonu Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin Vll sinif şagirdləri dünya ədəbiyyatınin ən maraqlı n...
25/05/2026

Bu gün Qusar rayonu Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin Vll sinif şagirdləri dünya ədəbiyyatınin ən maraqlı nümunələrindən biri olan "Şerlok Holms və doktor Vatson" əsəri ilə tanış olublar
Oxu dəqiqələri zamanı şagirdlər əsəri mütaliə edərək həvəslə təhlil etdilər.Xüsusilə Şerlok Holmsun məntiqi düşünmə bacarığı və müşahidə qabiliyyəti və şagirdlərin böyük marağına səbəb oldu.Doktor Vatsonun isə sadiqliyi vurğulandi.


22.05.2026-cı il tarixində Qusar rayon Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin V sinfində Musiqi fənnindən "Fikrə...
24/05/2026

22.05.2026-cı il tarixində Qusar rayon Üzdənoba kənd ümumi orta ümumtəhsil məktəbinin V sinfində Musiqi fənnindən "Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı" mövzusu üzrə maarifləndirici dərs təşkil olunub. Müəllim tərəfindən şagirdlərə görkəmli bəstəkarın həyat yolu və Azərbaycan musiqisinə verdiyi töhfələrindən danışılıb.


Address

Qusar Rayon Üzdənoba Kəndi
Qusar

Telephone

+994707331123

Website

Alerts

Be the first to know and let us send you an email when Üzdənoba kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Üzdənoba kənd ümumi orta məktəbi:

Shortcuts

Share

Category