Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Quba-Xaçmaz Regional Təhsil İdarəsi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəsmi "Facebook" səhifəsi

Quba-Xaçmaz Regional Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında yaradılıb. Azərbaycan Respublikasının Təhsil nazirinin 11.04.2022-ci il tarixli F-184 nömrəli əmri ilə “Regional Təhsil İdarəsinin Nümunəvi əsasnaməsi” təsdiq edilib. Təhsil naziri Emin Əmrullayevin 19.12.2023-cü il tarixli 3-29/3-1511K/2023 nömrəli əmri ilə Coşqun Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri təyin olunub.

Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı başlayırAzərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhs...
24/08/2026

Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı başlayır

Azərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı həyata keçiriləcək.

Proqramın əsas məqsədi müəllimlərin peşəkar fəaliyyətə uğurlu adaptasiyasını dəstəkləmək, məktəb mühitinə uyğunlaşmalarını asanlaşdırmaq, müasir tədris metodları, sinif idarəetməsi və müəllimlik fəaliyyətində vacib olan digər istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Adaptasiya proqramı çərçivəsində AGMA-nın rəsmi Facebook səhifəsində canlı vebinarlar təşkil olunacaq. Vebinarlar hər həftənin 1-ci günü saat 16:00-da başlayacaq və iştirakçılara müxtəlif aktual mövzularda praktiki məlumatlar təqdim ediləcək.

Proqram çərçivəsində aşağıdakı mövzularda təlimlər keçiriləcək:

31 avqust 2026 – Müəllimin peşəkar adaptasiyası və məktəb mədəniyyəti
7 sentyabr 2026 – Müasir dərsin planlaşdırılması və effektiv tədris metodları
14 sentyabr 2026 – Sinif idarəetməsi və müsbət öyrənmə mühitinin yaradılması
21 sentyabr 2026 – Qiymətləndirmə, əks-əlaqə və şagird inkişafının izlənməsi
28 sentyabr 2026 – Müəllim üçün süni intellekt və rəqəmsal alətlər
5 oktyabr 2026 – Psixoloji dayanıqlıq və emosional rifah
12 oktyabr 2026 – Praktik müəllimlik laboratoriyası və mentorluq

Proqram yeni işə qəbul olunmuş müəllimlər üçün nəzərdə tutulmaqla yanaşı, peşəkar inkişafını davam etdirmək istəyən digər müəllimlər üçün də faydalı olacaq.

Adaptasiya proqramı iştirakçılara müəllimlik fəaliyyətinin ilk mərhələsində qarşılaşa biləcəkləri çağırışları daha düzgün idarə etmək, tədris prosesini səmərəli təşkil etmək və peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından yeni imkanlar yaradacaq.

Müəllimləri proqram çərçivəsində keçiriləcək canlı vebinarlarda iştirak etməyə dəvət edirik.

24/08/2026

Müsahibə mərhələsində namizədlərin hansı bacarıqları yoxlanacaq?

24/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq!
​Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
​Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
​Sizə Siyəzən şəhər Rasim Ramazanov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək Azərbaycan dili və ədəbiyyat müəllimi Rəcəbov Vüsalı təqdim edirik. Onun bilik və təcrübəsi şagirdlərin akademik inkişafına mühüm töhfə verəcək.
​📌 İki ali təhsillidir — Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
📌 2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.
📌 Sertifikasiya balı – 53
📌 İllərdir şagirdləri yüksək ballarla ali məktəblərə qəbul olublar.



Siyəzən rayonu üzrə təhsil sektoru
Siyəzən şəhər R.Ramazanov adına 5 nömrəli tam orta ümumtəhsil məktəb

24/08/2026

Yeni təmayül tədris modeli çərçivəsində məktəbimizə innovativ və nəticəyönümlü müəllimlər cəlb olunub. Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi: İsmixanova Günay Ağabala qızı
Təvəllüdü:02 oktyabr 1989-cu il
Təhsil : bakalavr, ADPU
İş stajı: 8 il
Diaqnostik bal: 53/60
MİQ balı: 81.50/ 100
SERTİFİKASİYA balı: 58/60
Nailiyyət: Azərbaycanın ən nüfüzlu ali məktəblərində tələbə adı qazanmış şagirdlər.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və s...
24/08/2026

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu müsabiqəsi elan edilir.
---
Müsabiqə iki mərhələdən (seçim və müsahibə) ibarət olacaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 🗓️24 avqust 2026-cı il saat 15:00 - 🗓️27 avqust 2026-cı il saat 15:00 tarixlərində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.

🔗Qeydiyyat üçün link:
https://forms.gle/bKnuwQzJkmxrmrdv6

Müsabiqədə iştirak etmək üçün namizəd paylaşılmış elanda qeyd edilən məlumat linkinə daxil olaraq vakant müəssisələrlə tanış olur, daha sonra müraciət linkinə keçid edərək işə qəbul üzrə vakant yerləri seçməklə qeydiyyatdan keçir. Müraciət zamanı aşağıdakı sənədlər mütləq əlavə edilir:

🔹namizədin ali təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
🔹namizədin əmək kitabçasının surəti.

🔗Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:
https://docs.google.com/spreadsheets/d/1OY8MGLBPMQRXCDk5kWCUfBymB43P5F6-38URQnrdy3M/edit?usp=sharing

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:

✅pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;

✅3 (üç) ildən az olmayaraq pedaqoji staj;

✅təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;

✅digər təhsil müəssisələri üzrə – namizədlərin müsabiqə üçün müraciət etdiyi tarixə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.
Namizədin məlumatları yoxlanılır və namizədin əlaqə nömrəsinə ərizəsinin qəbul edilib-edilməməsinə dair mesajlar göndərilir. Ərizəsi müsbət qəbul edilmiş namizədlərlə müsahibə həyata keçirilir.

Namizədlərin müsahibə mərhələsinə dəvəti aşağıdakı ardıcıllıq əsasında aparılır:

🔸vakansiyanın mövcud olduğu müəssisədə çalışan müəllimlər;
🔸vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
🔸vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;
🔸vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
🔸vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimləri;
🔸müvafiq tələblərə cavab verən digər şəxslər.

Bir vakant yer üzrə iki və daha artıq sayda eyni nəticə göstərmiş namizəd seçildikdə aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

🔹təhsilverənlərin sertifikatlaşdırılmasının və müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində daha yüksək nəticə göstərən;
🔹pedaqoji sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsinə malik olan;
🔹pedaqoji staj müddəti daha çox olan;
🔹daha əvvəl rəhbər vəzifədə işləyən və ya rəhbər vəzifədə stajı daha çox olan.

Müsabiqədə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

23/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimlərimizi tanıyaq
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu modelin uğurla həyata keçirilməsində peşəkar və təcrübəli müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır.
3 nömrəli məktəbinin kimya fənn üzrə müəllimi Əmirxanova Gülşən.
🔹Bakalavr təhsili: Sumqayıt Dövlət Universiteti- Kimya müəllimliyi
🔹Magistr təhsili: Bakı Dövlət Universiteti-Ekoloji kimya
🔹Fənn: Kimya

🔹Nailiyyət: Son 3 ildə [Y] sayda şagirdi yüksək bal toplayaraq tələbə adını qazanıb.

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təli...
23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

22/08/2026

Yeni təmayül tədris modeli çərçivəsində məktəbimizə innovativ və nəticəyönümlü müəllimlər cəlb olunub. Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi : Dəmirova Günel Mirzə qızı.
Təvəllüddü: 15.01.1984
Təhsil: Bakı Dövlət
Universiteti (fərqlənmə diplomu ilə)
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
İş stajı: 20 il
Sertifikasiya balı 51/60
Nailiyyət: Azərbaycanın ən nüfüzlu ali məktəblərində tələbə adı qazanmış şagirdlər.
2026-cı ildə RFO üzrə bürünc medal.

Address

Quba şəhər Əliqulu Nərimanov Küçəsi 56
Quba
AZ4000

Telephone

+994233353400

Alerts

Be the first to know and let us send you an email when Quba-Xaçmaz Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Quba-Xaçmaz Regional Təhsil İdarəsi:

Shortcuts

Share