18/03/2026
BU gün məktəbimizdə Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirildi.
Tədbir milli-mənəvi dəyərlərimizin təbliği və şagirdlərdə bayram ruhunun aşılanması məqsədilə yüksək səviyyədə təşkil olunmuşdur. Proqram çərçivəsində şagirdlərin iştirakı ilə maraqlı viktorinalar və intellektual yarışlar təşkil edilmiş, onların bilik və bacarıqları nümayiş etdirilmişdir. Eyni zamanda milli rəqslər, mahnılar və bədii qiraət nümunələri təqdim olunaraq tədbirə xüsusi rəng qatmışdır.
Tədbirin gedişində müəllimlərin çıxışları dinlənilmiş, Novruz bayramının tarixi, mahiyyəti və xalqımızın həyatındakı rolu haqqında ətraflı məlumat verilmişdir. Şagirdlərin fəallığı, yaradıcılığı və səhnə bacarıqları tədbirin daha da yaddaqalan olmasına səbəb olmuşdur.
Belə tədbirlər gənc nəslin milli ruhda tərbiyə olunmasına, adət-ənənələrimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Novruz bayramınız mübarək!