Quba rayonu Dağlı kənd tam orta ümumtəhsil məktəbi

Quba rayonu Dağlı kənd  tam orta ümumtəhsil  məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Quba rayonu Dağlı kənd tam orta ümumtəhsil məktəbi, Education Website, Quba rayonu Dağlı kəndi, Quba.

"Yeni tədris ilində bizi nə gözləyir və biz hansı addımları atmalıyıq ki, daha səmərəli nəticələr göstərək" ,həmçinin  "...
17/09/2026

"Yeni tədris ilində bizi nə gözləyir və biz hansı addımları atmalıyıq ki, daha səmərəli nəticələr göstərək" ,həmçinin " Şagird davranış qaydaları ilə tanışlıq" mövzusunda 1- b sinfində ilk sinif valideyn iclası keçirildi.

Tədris ilinin ilk həftəsində məktəbimizdə I A, I B və III B siniflərində şagirdlərin bilik və bacarıq səviyyəsini müəyyə...
16/09/2026

Tədris ilinin ilk həftəsində məktəbimizdə I A, I B və III B siniflərində şagirdlərin bilik və bacarıq səviyyəsini müəyyən etmək məqsədilə diaqnostik qiymətləndirmə təşkil olundu.

Qiymətləndirmənin əsas məqsədi şagirdlərimizin yay tətilindən sonra mövcud hazırlıq vəziyyətini öyrənmək, fərdi inkişaf ehtiyaclarını müəyyənləşdirmək və qarşıdakı tədris ili üçün tədris strategiyamızı daha səmərəli qurmaqdır.

Şagirdlərimiz qiymətləndirmədə böyük məsuliyyət və həvəslə iştirak etdilər. Əldə olunacaq nəticələr əsasında hər bir şagirdə fərdi yanaşma tətbiq olunacaq.

4A sinfində ilk dərs – “Şəhərsalma və Memarlıq İli”nə həsr olundu!Yeni tədris ilinə maraqlı və maarifləndirici dərslə ba...
15/09/2026

4A sinfində ilk dərs – “Şəhərsalma və Memarlıq İli”nə həsr olundu!
Yeni tədris ilinə maraqlı və maarifləndirici dərslə başladıq. Şagirdlərimiz şəhərsalmanın və memarlığın həyatımızdakı rolu, gözəl və müasir şəhərlərin qurulması, tarixi-mədəni irsimizin qorunması haqqında yeni məlumatlar öyrəndilər.

Təntənəli Bilik Günü və Mükafatlandırma Mərasimi Keçirildi.​Məktəbimizdə 2026-2027-ci tədris ilinin başlanğıcını bildirə...
15/09/2026

Təntənəli Bilik Günü və Mükafatlandırma Mərasimi Keçirildi.
​Məktəbimizdə 2026-2027-ci tədris ilinin başlanğıcını bildirən ilk zəng səsləndi. Şagirdlərin, müəllimlərin və valideynlərin iştirakı ilə keçirilən "Bilik Günü" tədbiri böyük təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd olundu.
​Tədbirin rəsmi hissəsində ötən tədris ilinin yekunlarına nəzər salındı, qazanılan uğurlar və əldə olunan nailiyyətlər xüsusi vurğulandı. Təhsil sahəsindəki səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə və fədakarlığına görə məktəbin bir sıra müəllimi və təhsil işçisi rəhbərlik tərəfindən Təşəkkürnamə ilə təltif edildi.
​ Səslənən ilk zənglə məktəblilər yeni dərs ilinə qədəm qoydular.
​Təltif olunan bütün pedaqoji heyəti təbrik edir, yeni tədris ilində müəllim və şagirdlərimizə uğurlar arzulayırıq!

Məktəbimizin müəllimləri  və pedaqoji işciləri  tərəfindən şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə təşkil ...
30/06/2026

Məktəbimizin müəllimləri və pedaqoji işciləri tərəfindən şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə təşkil olunmuş “Yay məktəbi” düşərgəsi uğurla başa çatıb. Bu münasibətlə keçirilən təntənəli bağlanış mərasimi rəngarəng görüntülərlə yadda qalıb.
​Həm əyləncəli, həm də öyrədici proqramı ilə seçilən yay məktəbində şagirdlər bir neçə həftə ərzində həm biliklərini artırıb, həm də yeni dostlar qazanaraq unudulmaz yay xatirələri toplayıblar.

Məktəbimizin Müəllimlərindən Sertifikatlaşdırma İmtahanında Yüksək Nəticə!​Azərbaycan Respublikası Elm və Təhsil Nazirli...
24/06/2026

Məktəbimizin Müəllimlərindən Sertifikatlaşdırma İmtahanında Yüksək Nəticə!
​Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2026-cı il üzrə keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi uğurla başa çatmışdır. Sevindirici haldır ki, bu mühüm bilik qiymətləndirilməsində məktəbimizi təmsil edən 3 pedaqoq yüksək peşəkarlıq nümayiş etdirərək əla nəticələr qazanmışdır.
​İmtahanın nəticələrinə əsasən, müəllimlərimiz topladıqları ballarla öz yüksək ixtisas hazırlıqlarını və peşə kompetensiyalarını bir daha sübut ediblər:
​Vasif Qəribov Tarix müəllimi – 55 bal
​Lamiyə İlyasova İnformatika müəllimi – 53 bal
​Ravid Ağamalıyev Musiqi müəllimi – 49 bal
Müəllimlərimizin əldə etdiyi bu uğur təkcə onların fərdi nailiyyəti deyil, bütövlükdə məktəbimizin təhsil keyfiyyətinin və kollektivimizin əzmli fəaliyyətinin göstəricisidir. Hər üç pedaqoqumuzun qazandığı bu yüksək ballar gənc nəslin yetişdirilməsində göstərdikləri fədakarlığın bariz nümunəsidir.
​Məktəb rəhbərliyi və kollektivi adından yüksək nəticə göstərərək sertifikatlaşdırma mərhələsini uğurla keçən müəllimlərimizi ürəkdən təbrik edir, onlara şərəfli və məsuliyyətli gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər və yeni-yüzi uğurlar arzulayırıq!

24/06/2026

23/06/2026

Quba rayon Dağlı kənd tam orta ümumtəhsil məktəbinin 4-cü sinif şagirdləri Yay məktəbi çərçivəsində maraqlı və yaddaqalan tədbir təşkil ediblər. Şagirdlər Azərbaycan xalq nağılları əsasında hazırlanmış “Ağca və 7 Cırtdan” tamaşasını səhnələşdirərək öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Tamaşa şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

Dağlı kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Peşə təmayüllü siniflərin həyata keçirdiyi bir çox fəaliyyə...
23/06/2026

Dağlı kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Peşə təmayüllü siniflərin həyata keçirdiyi bir çox fəaliyyətlər "Həkəri" qəzetində dərc olunmuşdur. Bu layihənin uğurlarını cəmiyyətə tanıtmaq və şagirdlərin əl işlərini nümayiş etdirmək üçün mühüm addımdır.
"Həkəri" qəzetinin korrektə və redaktə şöbəsinin müdiri Şıxməmmədova Ülkər müəllimə dərin təşəkkürümüzü bildiririk.

Bu gün 116 550 şagird üçün “Son zəng” çalınır. Əziz məzunlar, sizi təbrik edirik!
13/06/2026

Bu gün 116 550 şagird üçün “Son zəng” çalınır.

Əziz məzunlar, sizi təbrik edirik!

Address

Quba Rayonu Dağlı Kəndi
Quba
AZ4000

Opening Hours

Monday 08:00 - 17:10
Tuesday 08:00 - 17:10
Wednesday 08:00 - 17:10
Thursday 08:00 - 17:10
Friday 08:00 - 17:10

Telephone

+994504430863

Website

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu Dağlı kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Quba rayonu Dağlı kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share