Quba şəhər Uşaq İncəsənət məktəbi

Quba şəhər Uşaq İncəsənət məktəbi Quba şəhər Uşaq İncəsənət məktəbi

Quba şəhər Uşaq İncəsənət məktəbində "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib İyunun 1-də Quba-Xaçmaz Region...
02/06/2026

Quba şəhər Uşaq İncəsənət məktəbində "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib

İyunun 1-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba şəhər Uşaq İncəsənət Məktəbində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər uşaqları təbrik edib və onlara göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Bildirilib ki, bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir şagirdlərin hazırladıqları bir-birindən maraqlı musiqi nömrələri, səhnəciklər, rəqslərlə davam edib. Uşaqların sevinc dolu çıxışları, rəngarəng proqram və bayram əhval-ruhiyyəsi tədbiri daha da yaddaqalan etdi.

Quba şəhər Uşaq İncəsənət Məktəbində “28 May – Müstəqillik Günü” qeyd edilibMayın 23-də Quba-Xaçmaz Regional Mədəniyyət ...
24/05/2026

Quba şəhər Uşaq İncəsənət Məktəbində “28 May – Müstəqillik Günü” qeyd edilib

Mayın 23-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba şəhər Uşaq İncəsənət Məktəbində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş buraxılış siniflərinin konserti keçirilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın dövlətçilik tarixində 28 May – Müstəqillik Gününün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb, milli-mənəvi dəyərlərimizin, o cümlədən musiqi irsimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar. Qeyd olunub ki, musiqimizin inkişafı və təbliği istiqamətində görülən işlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına və milli kimliyimizin yaşadılmasına mühüm töhfə verir.

Tədbir buraxılış siniflərinin hazırladıqları bir-birindən maraqlı musiqi nömrələri və ədəbi-bədii kompozisiyalarla davam edib. Bütün ifalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

24/05/2026

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə I sinfə qəbul müsabiqəsinin əyani imtahan mərhələsinin nəticələri elan olunub.

Nəticələr namizədlərin qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabinetləri, elektron poçt ünvanları və SMS bildiriş vasitəsilə təqdim edilib.

Qəbul müsabiqəsinin əyani imtahan mərhələsində topladıqları ballardan narazı qalan namizədlər 3 iş günü ərzində qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti üzərindən apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətlərinə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, apellyasiya müraciətlərinin baxılması yekunlaşdıqdan sonra növbəti mərhələ — ixtisas və məktəb seçiminin aparılmasına başlanılacaq.

22/05/2026
15/05/2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Qubanın mədəniyyət işçiləri tərəfindən ehtiramla qeyd e...
10/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Qubanın mədəniyyət işçiləri tərəfindən ehtiramla qeyd edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 10 may 2026-cı il tarixində Qubanın mədəniyyət işçiləri Ulu Öndərin abidəsini ziyarət edib. Quba Heydər Əliyev Mərkəzinin, Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, B.Səfəroğlu adıba Quba Rayon Mədəniyyət Mərkəzinin, Quba şəhər Uşaq Musiqi Məktəbinin, Quba şəhər Uşaq İncəsənət Məktəbinin və Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivləri Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərə olan dərin ehtiramlarını bildiriblər.

10/05/2026

10 may müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və milli mədəniyyətimizin inkişafı istiqamətində misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik.

Onun müəyyən etdiyi mədəniyyət siyasəti bu gün də Azərbaycanın mədəni inkişaf strategiyasının əsas ideoloji sütunlarından biri olaraq yaşayır və ölkəmizin zəngin irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Address

Quba şəhəri, Heydər Əliyev Prospekti 139
Quba

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994233352067

Website

Alerts

Be the first to know and let us send you an email when Quba şəhər Uşaq İncəsənət məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Quba şəhər Uşaq İncəsənət məktəbi:

Shortcuts

Share

Category