Quba şəhər Uşaq Musiqi Məktəbi

Quba şəhər Uşaq Musiqi Məktəbi Quba şəhər Uşaq Musiqi Məktəbi 2004-cü ildən fəaliyyət göstərir.

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyini...
12/06/2026

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Ulu Öndər Heydər Əliyev

- Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı.

İyunun 1-də Quba şəhər Uşaq Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir...
05/06/2026

İyunun 1-də Quba şəhər Uşaq Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin şagirdləri bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. İfa olunan əsərlər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı barədə- Kənd təsərrüfatı sahəsinə ...
25/05/2026

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı barədə

- Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir.
Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.
2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi;

28 May - Müstəqillik Günü ilə əlaqədarŞərqdə və müsəlman dünyasında ilk demokratik dövlət - Şərqin ilk demokratik, hüquq...
22/05/2026

28 May - Müstəqillik Günü ilə əlaqədar

Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət

- Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.
Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb;

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi 20 mayda Quba şəhər Uşaq Musiqi Məktəbində dahi bəstəkar Volfqanq Amadey Motsart...
21/05/2026

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi
20 mayda Quba şəhər Uşaq Musiqi Məktəbində dahi bəstəkar Volfqanq Amadey Motsartın anadan olmasının 270 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin nəzəriyyə müəllimi Ülkər Həsənova açaraq bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, Motsartın dünya musiqi mədəniyyətindəki əvəzsiz rolundan danışmışdır.

Daha sonra məktəbin şagirdləri tərəfindən musiqi nömrələri təqdim olunmuş, dahi bəstəkarın əsərləri böyük maraqla dinlənilmişdir.

Qeyd edək ki, məktəbimizin IV sinif şagirdi Ayxan Məmmədov “Motsart dühası – 270” müsabiqəsində uğurla iştirak edərək diplomla təltif olunmuşdur. Bu münasibətlə şagirdimizi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

05 mayda keçirilən “Motsart Dühası – 270” Respublika müsabiqəsində Quba şəhər Uşaq Musiqi Məktəbininin klarnet ixtisası ...
14/05/2026

05 mayda keçirilən “Motsart Dühası – 270” Respublika müsabiqəsində Quba şəhər Uşaq Musiqi Məktəbininin klarnet ixtisası üzrə şagirdi Ayxan Məmmədov diplomla təltif olunub.

Şagirdimizi bu uğuru münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
Müəllim: Zəfər Məlikov
Konsertmeyster: Fidan Mürsəliyeva 🎶

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Qubanın mədəniyyət işçiləri tərəfindən ehtiramla qeyd e...
10/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Qubanın mədəniyyət işçiləri tərəfindən ehtiramla qeyd edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 10 may 2026-cı il tarixində Qubanın mədəniyyət işçiləri Ulu Öndərin abidəsini ziyarət edib. Quba Heydər Əliyev Mərkəzinin, Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, B. Səfəroğlu adıba Quba Rayon Mədəniyyət Mər
kəzinin, Quba şəhər Uşaq Musiqi Məktəbinin, Quba Uşaq İncəsənət Məktəbinin və Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivləri Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərə olan dərin ehtiramlarını bildiriblər.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Mayın 6-da Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ulu Öndər Heydər Əliyevin an...
08/05/2026

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi
Mayın 6-da Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Qərbi Azərbaycan” adlı tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl iştirakçılar Qərbi Azərbaycan İcmasının nümayəndəliyi ilə yaxından tanış olublar.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba şəhər Uşaq Musiqi Məktəbi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Ramiz Ramazanlı, Quba şəhər Uşaq Musiqi Məktəbinin direktoru İlqar Məmmədov və Qərbi Azərbaycan İcmasının məsul işçisi Ramiz Qusarçaylı çıxış edərək Heydər Əliyevin dövlətçilik xidmətlərindən, mədəniyyət və təhsilin inkişafındakı misilsiz rolundan bəhs ediblər.

Tədbirin bədii hissəsi musiqisi İradə Aslanovaya, sözləri Ramiz Qusarçaylıya məxsus olan “İrəvan” mahnısı ilə açılıb. Proqramın sonunda isə qubalı gənc bəstəkar Sevinc Əliyevanın bəstələdiyi və sözləri yenə Ramiz Qusarçaylıya aid olan “Azərbaycan bayrağı” adlı musiqi əsəri səsləndirilib.

08/05/2026

Address

Quba şəhəri, Heydər Əliyev Pr. 158
Quba

Alerts

Be the first to know and let us send you an email when Quba şəhər Uşaq Musiqi Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Quba şəhər Uşaq Musiqi Məktəbi:

Shortcuts

Share

Category