Danışmaqdan utanma-ictimai natiqlik müsabiqəsi

Danışmaqdan utanma-ictimai natiqlik müsabiqəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi

09/04/2024
09/04/2024

Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan, Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elməddin Ələsgərli tərəfindən icra edilən “Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinin yekun müsabiqə və bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalib...
09/04/2024

Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan, Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elməddin Ələsgərli tərəfindən icra edilən “Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinin yekun müsabiqə və bağlanış mərasimi keçirilib.

Quba rayonu Küpçal kənd tam orta məktəbində təşkil olunan tədbirdə Quba rayonunun Üçgün, Qımıl, Küpçal və Qələdüz kənd ərazilərində yaşayan və təhsil alan 30 nəfər 8-10-cu sinif şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri Elməddin Ələsgərli bildirib ki, 4 ay davam edən layihənin əsas məqsədi şagirdlərdə şifahi nitq və təqdimat bacarıqlarının inkişaf etdirilməsi, araşdırma, təhliletmə qabiliyyətlərinin yüksəldilməsidir. Layihə çərçivəsində qeyd olunan məktəblərin şagirdlərinin iştirakı ilə ictimai natiqlik, debat, təqdimat bacarıqları mövzularında təlimlər keçirilib. Təlimlərin yekununda natiqlik müsabiqəsi üçün şagirdlərə “Yaşıl dünya naminə həmrəy olaq!” adlı mövzu təqdim edilib.
Layihənin eksperti Ramin Mahmudov bildirib ki, müsabiqədə şagirdlər verilən mövzu üzrə 3 meyar əsasında 5 ballıq şkala üzrə qiymətləndiriləcək və yekunda qalib və mükafatçılar müəyyən olunacaq.
Layihənin təlimçisi Etiram Sadıqzadə çıxışında bildirib ki, bu kimi layihənin kənd məktəblərində təhsil alan şagirdləri əhatə etməsi böyük önəm kəsb edir və belə layihələrin şagirdlərin özünüifadə bacarıqlarının inkişaf etdirilməsində müstəsna rolu vardır.
Rəsmi hissə başa çatdıqdan sonra müsabiqəyə start verilib.
Münsiflər heyyətinin yekun qərarına əsasən Quba rayonu Qımıl kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Seyidməmmədova Aytən Pərvin qızı 28 balla birinci, Küpçal kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Nəzirova Şahnaz Samir qızı 27 xalla ikinci, Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin 9-cu sinif şagirdi Mirzəliyeva Filiz Azad qızı 25 xalla üçüncü yeri tutub.
Yekunda qalib və mükafatçılar kubok, medal və diplomlarla, bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.

Layihəmizin natiqlik müsabiqəsindən FOTOLAR...
09/04/2024

Layihəmizin natiqlik müsabiqəsindən FOTOLAR...

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Danışmaqdan Utanma - İctimai Natiqlik Müsabi...
29/02/2024

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Danışmaqdan Utanma - İctimai Natiqlik Müsabiqəsi" layihəsinin təlimləri davam edir. Təlimlərin 6-cı günündə layihəmizin növbəti "Natiqliyin dünəni, bu günü və sabahı" mövzusunda təlimi keçirilib...

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Danışmaqdan Utanma - İctimai Natiqlik Müsabi...
28/02/2024

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Danışmaqdan Utanma - İctimai Natiqlik Müsabiqəsi" layihəsinin təlimləri davam edir. Təlimlərin 5-ci günündə layihəmizin növbəti "Debat və natiqliyin əsasları" mövzusunda təlimi keçirilib...

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Danışmaqdan Utanma - İctimai Natiqlik Müsabi...
27/02/2024

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Danışmaqdan Utanma - İctimai Natiqlik Müsabiqəsi" layihəsinin təlimləri davam edir. Təlimlərin 4-cü günündə layihəmizin növbəti "Ünsiyyət bacarıqları - bədən dili" mövzusunda təlimi keçirilib...

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Danışmaqdan Utanma - İctimai Natiqlik Müsabi...
26/02/2024

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Danışmaqdan Utanma - İctimai Natiqlik Müsabiqəsi" layihəsinin təlimləri davam edir. Təlimlərin 3-cü günündə layihəmizin növbəti "Karyerada natiqlik bacarığının əhəmiyyəti" mövzusunda təlimi keçirilib...

Address

Quba

Website

Alerts

Be the first to know and let us send you an email when Danışmaqdan utanma-ictimai natiqlik müsabiqəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category