Quba rayonu Zülfi Məmmədov adına Mirzəqışlaq kənd tam orta üm.təh. məktəbi

  • Home
  • Azerbaijan
  • Quba
  • Quba rayonu Zülfi Məmmədov adına Mirzəqışlaq kənd tam orta üm.təh. məktəbi

Quba rayonu Zülfi Məmmədov adına Mirzəqışlaq kənd tam orta üm.təh. məktəbi Məktəb haqqında yenilik.

Bu gün məktəbimizin 2025-2026-cı tədris ili məzunları üçün "Son Zəng" tədbiri keçirildi.
13/06/2026

Bu gün məktəbimizin 2025-2026-cı tədris ili məzunları üçün "Son Zəng" tədbiri keçirildi.

10/06/2026

09.06.2026-cı il tarixdə məktəbimizdə növbəti beynəlxalq layihə olan “Kosmosa məktub” layihəsinin icrasına başlanılmışdır.
Layihənin məqsədi şagirdlərdə elmə, kosmosa, astronomiyaya və gələcəyin texnologiyalarına marağı artırmaq, onların yaradıcı təfəkkürünü, xəyal gücünü və yazılı ifadə bacarıqlarını inkişaf etdirməkdir.
Bu məqsədlə məktəbimizdə təşkilat komitəsi yaradılmış, layihənin icra mexanizmi müəyyən edilmişdir. Layihə çərçivəsində 5-8-ci sinif şagirdləri arasında hazırlanmış xüsusi poçt kartları şagirdlərə təqdim edilmişdir. Şagirdlər bu kartlar vasitəsilə öz arzularını, düşüncələrini, suallarını və gələcəyə dair ümidlərini kosmosa ünvanlayaraq yazılı şəkildə ifadə etmişlər.

01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, dünyanın ən saf təbəssümlərinib
bayramıdır.

01 iyun 2026-cı il tarixdə məktəbimizdə "Gənclər radikallaşmaya qarşı" mövzusunda terrorçuluq, zorakı ekstremizm, radika...
01/06/2026

01 iyun 2026-cı il tarixdə məktəbimizdə "Gənclər radikallaşmaya qarşı" mövzusunda terrorçuluq, zorakı ekstremizm, radikallaşma və zərərli ideoloji təsirlərlə bağlı maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsində məqsəd şagirdlərin bu təhlükəli halların mahiyyəti, onların cəmiyyətə və fərdlərə mənfi təsirləri barədə məlumatlandırılması olmuşdur.
Seminarda IX-XI sinif şagirdləri iştirak etmiş, onlara terrorçuluq, zorakı ekstremizm, radikallaşma və zərərli ideoloji təsirlərin yaratdığı risklər, bu cür təsirlərə qarşı mübarizə yolları, eləcə də sağlam düşüncə və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

2 may 2026-cı il tarixdə məktəbimizin kollektivi ilə birlikdə Nazlı Bulaq istirahət mərkəzində xoş və yaddaqalan bir gün...
30/05/2026

2 may 2026-cı il tarixdə məktəbimizin kollektivi ilə birlikdə Nazlı Bulaq istirahət mərkəzində xoş və yaddaqalan bir gün keçirdik. Kollektivimizə göstərdikləri diqqətə və bu gözəl günün təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsinin sədri Vüsalə Kərimovaya xanıma dərin təşəkkürümüzü bildiririk. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayır, göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımızı ifadə edirik.

25 may 2026-cı il tarixdə məktəbimizdə XI sinif şagirdlərinin iştirakı ilə “Son zəng günü təhlükəsizlik” mövzusunda semi...
26/05/2026

25 may 2026-cı il tarixdə məktəbimizdə XI sinif şagirdlərinin iştirakı ilə “Son zəng günü təhlükəsizlik” mövzusunda seminar keçirildi. Seminar zamanı şagirdlərə məktəbdaxili davranış qaydaları, ictimai yerlərdə təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi, eləcə də təhlükəli və arzuolunmaz davranışlardan uzaq olmaları barədə maarifləndirici söhbət aparıldı. Şagirdlərə “Son zəng” tədbirinin yüksək nizam-intizam və təhlükəsizlik şəraitində keçirilməsinin əhəmiyyəti izah edildi.

25.05.2026- cı il tarixində məktəbimizdə  növbədənkənar pedaqoji şura iclası keçirilmişdir. İclasda “Son zəng” tədbiri i...
26/05/2026

25.05.2026- cı il tarixində məktəbimizdə növbədənkənar pedaqoji şura iclası keçirilmişdir.
İclasda “Son zəng” tədbiri ilə bağlı təlimatlar müəllim kollektivinin diqqətinə çatdırıldı.

25 may 2026-cı il tarixdə məktəbimizdə 28 May – Müstəqillik Günü münasibətilə “Müstəqilliyə Aparan Yol” adlı tədbir keçi...
26/05/2026

25 may 2026-cı il tarixdə məktəbimizdə 28 May – Müstəqillik Günü münasibətilə “Müstəqilliyə Aparan Yol” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında ətraflı məlumat verildi. Şagirdlərə müstəqilliyimizin qorunmasının hər bir vətəndaşın müqəddəs borcu olduğu vurğulandı.

22 may 2026-ci il tarixdə məktəbimizdə XI sinif şagirdlərinin valideynlərinin iştirakı ilə valideyn seminarı keçirildi. ...
26/05/2026

22 may 2026-ci il tarixdə məktəbimizdə XI sinif şagirdlərinin valideynlərinin iştirakı ilə valideyn seminarı keçirildi. Seminar zamanı valideynlərə qarşıdan gələn “Son zəng” tədbiri ilə bağlı təhlükəsizlik qaydaları, təşkilati məsələlər və tədbirin keçirilməsi qaydaları haqqında ətraflı məlumat verildi. Həmçinin valideynlərin diqqətinə məktəbdaxili nizam-intizam qaydaları çatdırıldı, onları maraqlandıran suallar cavablandırıldı.

21 may 2026-cı il tarixdə məktəbimizdə II sinif rəhbəri və  şagirdlərinin iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəs...
22/05/2026

21 may 2026-cı il tarixdə məktəbimizdə II sinif rəhbəri və şagirdlərinin iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Mənim hüquqlarım” adlı tədbir keçirildi.

Address

Quba Rayonu Mirzəqışlaq Kənd
Quba

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu Zülfi Məmmədov adına Mirzəqışlaq kənd tam orta üm.təh. məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category