13/06/2026
13 iyun 2026-cı il tarixdə məktəbdə "Son zəng" tədbiri təşkil edilmişdir. Tədbir müəyyən edilmiş təlimata uyğun keçirilmiş, tədbirə açılış Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə məktəbin direktoru Hikmət Quliyev çıxış edərək məzunları təbrik etmiş, gələcək təhsil sahəsində uğurlar arzulamışdır.
Bütün məzunları təbrik edirik, hər birinə uğurlar arzulayırıq!