Quba rayonu İsmət İbadullayev adına Məckəxacə kənd tam orta ümumtəhsil məkt

  • Home
  • Azerbaijan
  • Quba
  • Quba rayonu İsmət İbadullayev adına Məckəxacə kənd tam orta ümumtəhsil məkt

Quba rayonu İsmət İbadullayev adına Məckəxacə kənd tam orta ümumtəhsil məkt Məktəb 1957-ci ildən fəaliyyət göstərir
2025-2026-cı tədris ilində müəllim heyəti 21 nəfər,
şagird sayı isə 204 nəfərdən ibarətdir.

Yay məktəbi ilə bağlı təşkil olunmuş dərslərimiz davam edir...Məktəbimizin ingilis dili müəllimi Səkinə Yusifovanın 19 i...
19/06/2026

Yay məktəbi ilə bağlı təşkil olunmuş dərslərimiz davam edir...
Məktəbimizin ingilis dili müəllimi Səkinə Yusifovanın 19 iyun 2026-cı il tarixində beşinci sinifdə tədris etdiyi mövzu sinif şagirdləri arasında ingilis dilində aparılan maraqlı sorğu və dialoqlarla yadda qaldı.





13 iyun 2026-cı il tarixində məktəbimizin Uşaq Birliyi Təşkilatının rəhbəri Esmira Şirinova və XI sinfin rəhbəri Aygün M...
16/06/2026

13 iyun 2026-cı il tarixində məktəbimizin Uşaq Birliyi Təşkilatının rəhbəri Esmira Şirinova və XI sinfin rəhbəri Aygün Musayevanın təşkilatçılığı ilə buraxılış sinif şagirdləri üçün "Son zəng" tədbiri keçirilib.
Tədbirdə I və XI sinif şagirdləri və onların valideynləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları, qazilər, kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir nümunəvi ssenarinin tələbləri əsasında təşkil edilib(Milli-mənəvi dəyərlərin qorunması və təbliği diqqət mərkəzində saxlanılmaqla)
Tədbirin sonunda 2025-2026-cı tədris ilində nailiyyətləri ilə fərqlənən müəllim və şagirdlər məktəb rəhbərliyi tərəfindən rəğbətləndirilib.
Məktəbi bitirən hər bir şagirdimizi pedaqoji kollektivimiz adından səmimi qəlbdən təbrik edir, onlara gələcək həyat yollarında və təhsillərində uğurlar arzulayırıq!





2025-2026-cı tədris ilini əla qiymətlərlə başa vuran məktəbimizin şagirdləri 12 iyun 2026-cı il tarixində məktəb rəhbərl...
12/06/2026

2025-2026-cı tədris ilini əla qiymətlərlə başa vuran məktəbimizin şagirdləri 12 iyun 2026-cı il tarixində məktəb rəhbərliyi tərəfindən təltif olunub.
Şagirdlərimizə növbəti təhsil illərində də dərslərini əla qiymətlərlə oxumağı, daha çox nailiyyətlər əldə etmələrini arzulayırıq!





10 iyun 2026-cı il tarixində məktəbimizdə 2025-2026-cı tədris ilinin yekununa dair Pedaqoji Şuranın planında nəzərdə tut...
11/06/2026

10 iyun 2026-cı il tarixində məktəbimizdə 2025-2026-cı tədris ilinin yekununa dair Pedaqoji Şuranın planında nəzərdə tutulmuş sayca doqquzuncu-sonuncu iclas keçirilib.





"İnsan Hüquqları Aylığı"(18 may-18 iyun) çərçivəsində 05 iyun 2026-cı il tarixində məktəbimizin VIII sinif şagirdləri üç...
06/06/2026

"İnsan Hüquqları Aylığı"(18 may-18 iyun) çərçivəsində 05 iyun 2026-cı il tarixində məktəbimizin VIII sinif şagirdləri üçün sinif rəhbəri Elgün Nəbiyev tərəfindən "Balaca uşaqların böyük hüquqları!" adlı sinif tədbiri keçirilib.
Tədbir zamanı şagirdlərə insanların, xüsusən də, uşaqların hüquqları haqqında ətraflı məlumat verilib, mövzu ilə bağlı videomateriallar izlənilib.





"İnsan Hüquqları Aylığı" (18 may-18 iyun ) çərçivəsində 1 iyun-Uşaqların  Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar məktəbi...
03/06/2026

"İnsan Hüquqları Aylığı" (18 may-18 iyun ) çərçivəsində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar məktəbimizin ibtidai sinif müəllimi Zəka Nuriyev tərəfindən ibtidai siniflərin şagirdləri üçün "Uşaqlar bizim gələcəyimizdir!" adlı tədbir keçirilib.
Tədbir zamanı uşaqların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici videomateriallar nümayiş etdirilib, şeirlər, mahnılar ifa edilib, səhnəciklər nümayiş etdirilib.






28 May- Müstəqillik Günü ilə əlaqədar 26 may 2026-cı il tarixində məktəbimizin Uşaq Birliyi Təşkilatının rəhbəri Esmira ...
27/05/2026

28 May- Müstəqillik Günü ilə əlaqədar 26 may 2026-cı il tarixində məktəbimizin Uşaq Birliyi Təşkilatının rəhbəri Esmira Şirinovanın təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir!" adlı məktəb tədbiri keçirilib.
Tədbirdə çıxış edən müəllim və şagirdlər müstəqilliyin əldə olunmasında Azərbaycan xalqının keçdiyi keşməkeşli yollardan, mürəkkəb tarixi proseslərdən ətraflı söz açıb, mövzu ilə bağlı videomateriallar izləyiblər. Tədbir məktəb şagirdlərinin hazırladığı bədii hissə ilə davam etdirilib.






"Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar 20 may 2026-cı il tarixində məktəbimizdə Milli Məclisin şimal bölgəsi üzrə dep...
20/05/2026

"Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar 20 may 2026-cı il tarixində məktəbimizdə Milli Məclisin şimal bölgəsi üzrə deputatı Müşfiq Məmmədli tərəfindən vətəndaşlarla görüş keçirilib.





Reproduktiv sağlamlıqla əlaqədar 18 may 2026-cı il tarixində məktəbimizin IX sinif şagirdləri üçün sinif rəhbəri Töhfə O...
19/05/2026

Reproduktiv sağlamlıqla əlaqədar 18 may 2026-cı il tarixində məktəbimizin IX sinif şagirdləri üçün sinif rəhbəri Töhfə Orucova tərəfindən "Qohumlararası nikahın fəsadları" mövzusunda bir saatlıq maarifləndirici məşğələ keçirilib.





18 may 2026-cı il tarixində məktəbimizdə Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclas zamanı 2025-2026-cı tədris ili...
18/05/2026

18 may 2026-cı il tarixində məktəbimizdə Pedaqoji Şuranın növbəti iclası keçirilib.
İclas zamanı 2025-2026-cı tədris ili üçün Pedaqoji Şuranın planında nəzərdə tutulmuş mövzularla bağlı məruzələr dinlənilib, cari məsələlərlə bağlı geniş müzakirələr aparılıb.





Address

Məckəxacə Kəndi
Quba
4000

Opening Hours

Monday 08:00 - 15:00
Tuesday 08:00 - 15:00
Wednesday 08:00 - 15:00
Thursday 08:00 - 15:00
Friday 08:00 - 15:00

Telephone

+994233342402

Website

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu İsmət İbadullayev adına Məckəxacə kənd tam orta ümumtəhsil məkt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Quba rayonu İsmət İbadullayev adına Məckəxacə kənd tam orta ümumtəhsil məkt:

Shortcuts

Share