19/06/2026
17 iyun 2026-cı il tarixində Quba rayonu İqrığ kənd tam orta ümumtəhsil məktəbində növbəti Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak edərək 2025–2026-cı tədris ilinin yekunlarına dair bir sıra mühüm məsələləri müzakirə etdilər.
Əvvəlcə məktəbdə fəaliyyət göstərən dərnəklərin illik hesabatları dinlənildi, il ərzində əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı. Daha sonra ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri təhlil edilərək şagird nailiyyətləri və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər müzakirə olundu.
İclasda həmçinin müəllim və şagirdlərin daxili nizam-intizam qaydalarına əməl etmə vəziyyəti, dərsə davamiyyət göstəriciləri, məktəbdaxili növbətçiliyin təşkili, məktəbin illik Fəaliyyət Planının icrası və II yarımilin yekun nəticələri barədə hesabatlar dinlənildi.
Məktəbin direktoru Babayeva Nərgiz öz çıxışında təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, sağlam məktəb mühitinin qorunması və qarşıdakı tədris ilində qarşıya qoyulan hədəflərin uğurla həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Sonda I-X sinif şagirdlərinin sinifdən-sinfə keçirilməsi, ümumi orta və tam orta təhsil səviyyəsini başa vurmuş məzunlara müvafiq attestatların verilməsi ilə bağlı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.
Pedaqoji Şura iclası qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş, növbəti tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirilmişdir.