Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbi

  • Home
  • Azerbaijan
  • Quba
  • Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbi

Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbi Quba rayonu

18/09/2026
Musiqi Günü məktəbimizdə qeyd olundu!Bu gün məktəbimizdə musiqi sənətinin gözəlliyini və mənəvi-estetik əhəmiyyətini təb...
18/09/2026

Musiqi Günü məktəbimizdə qeyd olundu!

Bu gün məktəbimizdə musiqi sənətinin gözəlliyini və mənəvi-estetik əhəmiyyətini təbliğ etmək məqsədilə Musiqi Günü keçirildi.

Tədbir məktəbimizin musiqi müəllimi Tahirə Hacıyevanın təşkilatçılığı ilə baş tutdu. Tədbir zamanı şagirdlərin ifasında musiqi nömrələri təqdim olundu, onların istedad və bacarıqları nümayiş etdirildi.

Musiqinin insan həyatındakı rolu, milli musiqimizin zənginliyi və onun gənc nəslin estetik zövqünün formalaşmasındakı əhəmiyyəti vurğulandı.

Tədbirin hazırlanmasında əməyi olan Tahirə Hacıyevaya və iştirak edən bütün şagirdlərimizə təşəkkür edirik!

Musiqi ruhun qidası, duyğuların ən gözəl ifadəsidir!

15 Sentyabr – Bilik Günü15 Sentyabr – Bilik Günü münasibətilə məktəbimizdə yeni tədris ilinin başlanğıcına həsr olunmuş ...
15/09/2026

15 Sentyabr – Bilik Günü

15 Sentyabr – Bilik Günü münasibətilə məktəbimizdə yeni tədris ilinin başlanğıcına həsr olunmuş tədbir keçirildi.

Tədbirin açılışını məktəbin direktoru Könül Həsənova edərək şagirdləri, müəllimləri və valideynləri yeni tədris ili münasibətilə təbrik etdi, onlara təhsildə uğurlar və yüksək nailiyyətlər arzuladı.

Tədbirdə qəsəbəmizin şəhidi, leytenant Səttər Piriyevin anası Ofeliya Piriyeva və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Təhsilin keyfiyyət sektorunun müdiri Aynurə Dadaşova iştirak edərək şagirdləri təbrik etdilər və onlara yeni tədris ilində uğurlar arzuladılar.

Yeni tədris ilinin ilk günü məktəbimizdə xoş və səmimi ab-hava ilə yadda qaldı. Şagirdlərimizin sevinc dolu baxışları, müəllimlərimizin böyük həvəsi və məktəbimizin doğma ab-havası yeni uğurlara inamımızı daha da artırdı.

Yeni tədris ilimiz uğurlu, bol nailiyyətli və yaddaqalan olsun!

Bütün şagird və müəllimlərimizi Bilik Günü münasibətilə təbrik edirik!

Pedaqoji Şura iclası keçirildi14 sentyabr 2026-cı il tarixində Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil...
15/09/2026

Pedaqoji Şura iclası keçirildi

14 sentyabr 2026-cı il tarixində Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində yeni tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirildi.

İclasda məktəbin direktoru Könül Həsənova çıxış edərək qarşıdan gələn tədris ili ilə bağlı qarşıda duran vəzifələr, təlim-tədris prosesinin səmərəli təşkili, şagird nailiyyətlərinin yüksəldilməsi və təhsil keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat verdi.

Pedaqoji Şura iclasında yeni tədris ilinin təşkili, müəllimlərin qarşısında duran əsas vəzifələr, tədris prosesinin planlaşdırılması və məktəbdaxili fəaliyyətlə bağlı bir sıra məsələlər müzakirə edildi.

İclas zamanı qarşıda duran hədəflər müəyyənləşdirildi, təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili istiqamətində fikir mübadiləsi aparıldı.

Yeni tədris ilinin məktəb kollektivi üçün uğurlu və məhsuldar olacağına inam ifadə edildi.

01/09/2026
Keçən ilin məzunları – bu ilin tələbələri!      Ötən tədris ilində məktəbimizi uğurla başa vuran məzunlarımızdan bu il a...
30/08/2026

Keçən ilin məzunları – bu ilin tələbələri!

Ötən tədris ilində məktəbimizi uğurla başa vuran məzunlarımızdan bu il ali məktəblərə qəbul olaraq tələbə adını qazanan şagirdlərimizi böyük qürur və sevinc hissi ilə təqdim edirik!


2025–2026-cı tədris ili üzrə Ali Məktəbə Qəbul NəticələriQuba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümum...
28/08/2026

2025–2026-cı tədris ili üzrə Ali Məktəbə Qəbul Nəticələri

Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin kollektivi olaraq, 2025–2026-cı tədris ilində ali məktəbə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanan məzunlarımızla qürur duyuruq.

Bu il məktəbimizi bitirən gənclərimiz gərgin əməyin, müəllim və valideyn dəstəyinin bəhrəsini alaraq ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinə daxil olmuşlar. Onların əldə etdikləri bu uğur təkcə şəxsi nailiyyət deyil, həm də bütün məktəbimiz və qəsəbəmiz üçün böyük fəxr mənbəyidir.

Məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatında və elmi fəaliyyətlərində yeni-yeni zirvələr, tükənməz uğurlar arzulayırıq. Yolunuz açıq olsun, əziz məzunlar!



02/07/2026

İyulun 2-si – Azərbaycan Polisi Günüdür.

İctimai asayişin qorunması, eyni zamanda təhsil müəssisələrində təhlükəsizliyin təmin olunmasına xidmət edən bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Address

Zərdabi Qəsəbə
Quba

Website

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbi:

Shortcuts

Share

Category