Bərdə Rayonu Qazaxlar Kənd tam orta Məktəbi

Bərdə Rayonu Qazaxlar Kənd tam orta Məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bərdə Rayonu Qazaxlar Kənd tam orta Məktəbi, School, Qazaxlar.

14/08/2026

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və gələcək inkişaf perspektivləri ilə bağlı mühüm məsələlərə toxunulub.
Prezident İlham Əliyevin Naxçıvana Prezident kimi 17-ci səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı həyata keçirilən tədbirlər Naxçıvanın hərtərəfli inkişafının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarşıdakı dövrdə regionun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və əhalinin rifahının yüksəldilməsi istiqamətində işlər davam etdiriləcək.
Naxçıvanın təhlükəsizliyi və müdafiə imkanlarının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Səfər çərçivəsində Azərbaycan Ordusunun, o cümlədən Naxçıvandakı hərbi potensialın gücü bir daha nümayiş etdirilib.
Prezidentin Sərəncamı ilə yaradılmış Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsidir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması onun müdafiə imkanlarının daim diqqətdə saxlanılmasını zəruri edir. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir və Naxçıvanın hərbi imkanlarının bundan sonra da artırılması nəzərdə tutulur.
Naxçıvan Sənaye Parkının təməlinin qoyulması regionun iqtisadi inkişafı baxımından mühüm hadisədir. Ərazisinə görə bu sənaye parkı Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci böyük sənaye parkı olacaq.
Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Hazırda Naxçıvanın mövcud generasiya gücü təqribən 200 meqavatdır. Yeni stansiya həm regionun dayanıqlı enerji təminatını gücləndirəcək, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkan yaradacaq.
Naxçıvanın qazlaşdırılması isə artıq 100 faiz səviyyəsindədir. Azərbaycan və İran arasında qaz mübadiləsi əsasında həyata keçirilən layihələr nəticəsində Naxçıvanın qaz təminatı tam şəkildə təmin edilib. Bu, regionun enerji təhlükəsizliyi baxımından mühüm göstəricidir.
Naxçıvanda su, Günəş və modul tipli elektrik stansiyaları da yaradılıb. Hazırda 300 meqavatlıq istilik elektrik stansiyası ilə yanaşı, 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının yaradılması istiqamətində də işlər aparılır.
Naxçıvan Günəş enerjisinin istehsalı baxımından Azərbaycanın ən əlverişli ərazilərindən biridir. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır.
Naxçıvanda təkcə Günəş enerjisinin istehsal gücünün ən azı 500 meqavata, gələcəkdə isə daha yüksək göstəriciyə çatdırılması mümkündür. Burada əsas məqsədlərdən biri istehsal olunan elektrik enerjisinin ixrac imkanlarını genişləndirməkdir.
Bərpaolunan enerji layihələrində özəl sektorun iştirakı da artır. Bu, Azərbaycandakı investisiya mühitinin və dövlət dəstəyinin nəticəsidir. Naxçıvanın enerji ilə təminatı artıq tam sığortalanıb və qarşıdakı mərhələdə regionun enerji ixrac edən əraziyə çevrilməsi hədəflənir.
Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər çox gücə malik su elektrik stansiyasının layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.
Naxçıvan zəngin tarixə, mədəniyyətə və memarlıq irsinə malikdir. Qədim Atabəylər dövlətinin paytaxtı olmuş bu ərazidə çoxsaylı tarixi abidələr yerləşir.
Möminə xatun məqbərəsinin bərpası ilə yanaşı, digər tarixi-mədəni obyektlərin qorunması və bərpası istiqamətində də işlər aparılır. Naxçıvanın inkişafında sosial-iqtisadi layihələrlə yanaşı, milli kimliyin, dilin, ədəbiyyatın, tarixin və mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edib. Region həmçinin Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətlərinin vətənidir. Onun strateji coğrafi mövqeyi və zəngin tarixi irsi Naxçıvanın əhəmiyyətini daha da artırır.
Naxçıvanın inkişafına dair Dövlət Proqramı regionun gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. Kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş Dövlət Proqramında da Naxçıvana xüsusi yer ayrılıb.
Suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması nəticəsində hazırda suvarılmayan torpaqların da su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Sosial xidmətlərin inkişafı da diqqət mərkəzindədir. Naxçıvanda DOST Mərkəzinin və “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərməsi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Müsahibədə Zəngəzur dəhlizinin yaradılması məsələsinə xüsusi diqqət yetirilib. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat bağlantısının yaradılması Azərbaycanın uzunmüddətli və prinsipial hədəflərindən biri olub.
İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması ilə bağlı müddəa öz əksini tapıb. Prezident İlham Əliyev bu məsələnin tarixi və siyasi əhəmiyyətini xüsusi vurğulayıb.
Bu baxımdan tarixi hadisələrin olduğu kimi öyrənilməsi və tarixin təhrifinə imkan verilməməsi xüsusi əhəmiyyət daşıyır.
Sonrakı dövrdə Zəngəzur dəhlizinin açılması istiqamətində müxtəlif səbəblərdən praktiki irəliləyişin təmin olunmadığı bildirilib. Daha sonra ABŞ-ın prosesə fəal qoşulması ilə yeni mərhələ başlayıb və 2025-ci il avqustun 8-də Vaşinqton Zirvə Görüşündə bu məsələnin həlli istiqamətində mühüm addım atılıb, TRIPP layihəsinin icrasına başlanılıb.
Horadiz–Ağbənd avtomobil yolu artıq demək olar ki, hazırdır. Azərbaycan ərazisində dəmir yolunun tikintisi də sürətlə davam etdirilir. Növbəti il dəmir yolunun Ermənistan sərhədinə çatdırılması gözlənilir.
Naxçıvan ərazisində də dəmir yolunun bərpası və tikintisi həyata keçiriləcək. Ordubad və Sədərək istiqamətlərində mövcud olmayan hissələrin yenidən qurulması nəzərdə tutulur.
Hazırkı dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon ton təşkil edir. Lakin Azərbaycanın qarşıya qoyduğu məqsəd bu göstəricini ən azı 15 milyon tona çatdırmaqdır. Bunun üçün dəmir yolu yenidən qurulmalı və müasir tələblərə uyğunlaşdırılmalıdır.
Naxçıvan dəmir yolu layihəsinə beynəlxalq maraq da artır. Layihənin reallaşdırılmasında beynəlxalq investorların iştirakı mümkündür. Bununla belə, əsas şərt nəzarət paketinin Azərbaycan dövlətinə məxsus olmasıdır.
Naxçıvan ərazisində yeni texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq dəmir yolunun uzunluğunun 194 kilometr olacağı bildirilir. Ermənistan ərazisində isə dəmir yolu hissəsinin uzunluğu 42 kilometr təşkil edir.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın İranla ikinci dəmir yolu bağlantısının yaranmasına imkan verəcək. Naxçıvan üzərindən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi regionun əhəmiyyətini daha da artıracaq.
Dəhlizdən ildə 15 milyon ton və daha artıq yükün keçməsi Naxçıvanda iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaranmasına və regionun mühüm nəqliyyat mərkəzinə çevrilməsinə şərait yaradacaq.
Azərbaycanın məqsədi Naxçıvanı yalnız nəqliyyat deyil, həm də enerji baxımından mühüm regional mərkəzə çevirməkdir.
Zəngəzur dəhlizi artıq yalnız avtomobil və dəmir yolu layihəsi kimi nəzərdən keçirilmir. Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana elektrik xətlərinin çəkilməsi də planlaşdırılır.
Cəbrayıl rayonunda inşa edilmiş böyük yarımstansiya bu enerji dəhlizinin yaradılmasına hesablanıb. Gələcəkdə bu marşrutla elektrik enerjisi ilə yanaşı, fiber-optik kabellərin, zərurət yaranarsa neft və qaz kəmərlərinin də keçirilməsi mümkün ola bilər.
Beləliklə, Zəngəzur dəhlizi nəqliyyat, enerji və kommunikasiya imkanlarını özündə birləşdirən genişmiqyaslı regional layihəyə çevrilə bilər.
Azərbaycan həm elektrik enerjisi istehsal edən, həm onu ötürən, həm də ixrac edən ölkə kimi mövqeyini daha da gücləndirir.
Naxçıvandan İrana və Türkiyəyə mövcud elektrik xətləri gələcəkdə enerji ixracının daha geniş coğrafiyaya çıxarılmasına imkan verə bilər. Azərbaycan-Türkiyə və Azərbaycan-İran enerji əməkdaşlığı ilə yanaşı, Avropaya elektrik enerjisi ixracının artırılması da strateji məqsədlərdəndir.
Qara dəniz enerji kabeli layihəsi, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı razılaşma Azərbaycanın enerji imkanlarının daha geniş coğrafiyaya çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvanda da batareya saxlanc sistemlərinin yaradılması planlaşdırılır. İlkin mərhələdə ən azı 100 meqavatlıq belə sistemin yaradılması nəzərdə tutulur. Bu, bərpaolunan enerji mənbələrindən əldə edilən enerjinin daha səmərəli istifadəsinə imkan verəcək.
Naxçıvanda yeni sənaye komplekslərinin yaradılması və iş yerlərinin artırılması qarşıda duran əsas vəzifələrdəndir. Sənaye Parkı bu baxımdan mühüm rol oynayacaq.
Naxçıvan şəhərində yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsi istiqamətində mühüm addımdır. Şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması məqsədilə 217 müasir avtobusun alınması nəzərdə tutulur.
Yol infrastrukturu da yenilənəcək. Ümumilikdə 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri planlaşdırılır. Bu layihələr 26 yaşayış məntəqəsində təxminən 160 min insanın yol infrastrukturundan istifadəsini yaxşılaşdıracaq.
Naxçıvanın turizm potensialı da böyükdür. Zəngin tarixi abidələr, təbiət və əlverişli iqlim turizmin inkişafı üçün geniş imkanlar yaradır. Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməli qoyulub və onun təxminən 2028-ci ildə istifadəyə verilməsi gözlənilir.
Dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafı üçün indiyədək böyük həcmdə işlər görülüb və bu siyasət bundan sonra da davam etdiriləcək. Son 20 il ərzində Naxçıvanda həyata keçirilən tikinti və infrastruktur layihələrinin əsas hissəsi dövlət büdcəsi hesabına maliyyələşdirilib.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulduğu bir vaxtda Zəngilanla Ordubad arasındakı məsafənin aradan qaldırılması da xüsusi əhəmiyyət daşıyır. Tarixi və coğrafi baxımdan Zəngəzur, Naxçıvan və Qarabağ arasında əlaqələrin olması bu ərazilərin gələcək inkişafına vahid yanaşmanı şərtləndirir.
Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edildiyi kimi, Naxçıvan da böyük yaşıl enerji potensialına malik ərazi kimi inkişaf etdirilir. Bərpaolunan enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial infrastruktur üzrə həyata keçirilən layihələr Naxçıvanın yeni inkişaf mərhələsinin əsasını təşkil edir.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri nəzərə alınaraq, Naxçıvanda da idarəetmənin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bu proses Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusunun qorunması şərti ilə həyata keçiriləcək.
Bütün bu layihələrin əsas məqsədi Naxçıvanın inkişafını sürətləndirmək, onun iqtisadi potensialını artırmaq, enerji və nəqliyyat imkanlarını genişləndirmək, yeni iş yerləri yaratmaq və insanların daha təhlükəsiz, rahat və firavan şəraitdə yaşamasını təmin etməkdir.

15/07/2026

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları

IV Şuşa Qlobal Media Forumu müasir dövrdə beynəlxalq media nümayəndələrini, ekspertləri, analitikləri və müxtəlif ölkələrin informasiya siyasəti sahəsində fəaliyyət göstərən şəxsləri bir araya gətirən mühüm beynəlxalq platformalardan biri kimi növbəti dəfə Azərbaycanda keçirildi. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunan Forum, qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklərin, yeni texnologiyaların və geosiyasi proseslərin mediaya təsirinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun iştirakçıları qarşısında çıxış edərək, həmçinin beynəlxalq media nümayəndələrinin çoxsaylı suallarını cavablandıraraq Azərbaycanın xarici siyasəti, regional proseslər, sülh gündəliyi, enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq, postmünaqişə dövrünün reallıqları, rəqəmsal transformasiya və qlobal informasiya mühitində baş verən dəyişikliklərlə bağlı ölkəmizin mövqeyini geniş şəkildə diqqətə çatdırdı.
Prezident İlham Əliyev çıxışında Şuşanın artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq və fikir mübadiləsinin aparıldığı nüfuzlu mərkəzlərdən birinə çevrildiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Şuşada beynəlxalq tədbirlərin təşkili üçün bütün zəruri infrastruktur yaradılıb.
Forumun məhz Şuşada keçirilməsi Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və bölgədə formalaşan yeni inkişaf mərhələsinin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında informasiya məkanında etibarlılığın qorunmasının müasir dövrün əsas çağırışlarından biri olduğunu bildirdi. O qeyd etdi ki, rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, saxta xəbərlərin, manipulyativ məlumatların və dezinformasiyanın yayılması da qlobal problemə çevrilib.
Dövlətimizin başçısı vurğuladı ki, peşəkar jurnalistika cəmiyyətlərin düzgün məlumatlandırılmasında mühüm rol oynayır. Obyektivlik, qərəzsizlik, faktlara əsaslanan informasiya və beynəlxalq jurnalist etikası müasir medianın əsas prinsipləri olmalıdır.
Prezident həmçinin süni intellekt texnologiyalarının media sahəsinə təsirindən bəhs edərək bildirdi ki, bu texnologiyalar informasiyanın hazırlanması və yayılmasında yeni imkanlar yaratsa da, eyni zamanda saxta məzmunların hazırlanması riskini də artırır. Buna görə media savadlılığının gücləndirilməsi və etibarlı informasiya mənbələrinin rolunun artırılması mühüm əhəmiyyət daşıyır.
Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan və çoxşaxəli xarici siyasət kursu həyata keçirdiyini diqqətə çatdırdı. O qeyd etdi ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı hörmət, beynəlxalq hüquq və daxili işlərə qarışmamaq prinsipləri əsasında əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edir, çoxtərəfli əməkdaşlığa töhfə verir və müxtəlif regionlar arasında etibarlı tərəfdaş kimi tanınır.
Forumda geniş yer verilən mövzulardan biri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan postmünaqişə dövründə sülh sazişinin imzalanmasının tərəfdarıdır və regionda uzunmüddətli sabitliyin təmin edilməsini vacib hesab edir.
Dövlətimizin başçısı vurğuladı ki, davamlı sülh yalnız dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini qarşılıqlı şəkildə tanıması əsasında mümkündür. O qeyd etdi ki, regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və etimad mühitinin formalaşdırılması bütün Cənubi Qafqaz üçün yeni inkişaf imkanları yarada bilər.
Prezident İlham Əliyev çıxışında azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma proqramları barədə ətraflı məlumat verdi. Bildirildi ki, qısa müddət ərzində yüzlərlə kilometr avtomobil yolu çəkilib, hava limanları istifadəyə verilib, elektrik enerjisi, su, rabitə və digər infrastruktur layihələri həyata keçirilib.
"Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd edən dövlətimizin başçısı vurğuladı ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışaraq qeyd etdi ki, ölkəmiz uzun illərdir etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuz qazanıb. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması istiqamətində həyata keçirilən layihələr regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır.
Bununla yanaşı, dövlətimizin başçısı yaşıl enerji layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyini, külək və günəş enerjisi potensialından səmərəli istifadə istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirildiyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyini bildirdi. Orta Dəhlizin əhəmiyyətinin artdığını qeyd edən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz tranzit imkanlarının genişləndirilməsi üçün iri infrastruktur layihələrini uğurla həyata keçirir.
Bu siyasət Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, regional əməkdaşlığın inkişafına və beynəlxalq yükdaşımaların artmasına mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın COP29-a ev sahibliyinin ölkəyə göstərilən beynəlxalq etimadın göstəricisi olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, iqlim dəyişiklikləri ilə mübarizə bütün dövlətlərin ortaq məsuliyyətidir və Azərbaycan bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə davam edir.
Yaşıl enerji, ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələrin Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğu diqqətə çatdırıldı.
Forumun əsas mövzularından biri olan süni intellekt texnologiyalarına toxunan Prezident İlham Əliyev bildirdi ki, yeni texnologiyalar media sektorunun inkişafına ciddi töhfələr verir. Bununla yanaşı, süni intellektdən etik qaydalara uyğun istifadə olunması, dezinformasiyanın qarşısının alınması və informasiya təhlükəsizliyinin qorunması beynəlxalq əməkdaşlıq tələb edən məsələlərdəndir.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu, regional sülh və əməkdaşlıq təşəbbüslərinə sadiqliyini, enerji təhlükəsizliyinə verdiyi töhfəni və qlobal informasiya məkanında etibarlı medianın əhəmiyyətinə dair baxışlarını əhatə edən geniş siyasi çıxış kimi qiymətləndirilir.
Dövlətimizin başçısının Forum çərçivəsində səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlıq siyasətini davam etdirir, Cənubi Qafqazda davamlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunmasını dəstəkləyir, eyni zamanda rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və süni intellekt dövründə medianın dayanıqlılığının gücləndirilməsi istiqamətində beynəlxalq dialoqun inkişafına mühüm töhfə verməyə hazırdır.
IV Şuşa Qlobal Media Forumu bir daha təsdiq etdi ki, Şuşa artıq təkcə tarixi və mədəni irsin simvolu deyil, həm də qlobal fikir mübadiləsinin, media əməkdaşlığının və beynəlxalq dialoqun mühüm mərkəzlərindən birinə çevrilmişdir.

Məktəbimizin ibtidai sinif müəllimi Mahmudova Aygül Mirsətdar qızı təhsilverənlərin sertifikatlaşdırılması imtahanında b...
25/06/2026

Məktəbimizin ibtidai sinif müəllimi Mahmudova Aygül Mirsətdar qızı təhsilverənlərin sertifikatlaşdırılması imtahanında böyük nailiyyət əldə etmiş, 55 bal toplamışdır. Qazandığı bu yüksək nəticə münasibətilə məktəbin bütün rəhbər və pedaqoji heyəti adından Aygül müəllimi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

Müəllimlərinin sevimlisi, həm yüksək akademik göstəriciləri, həm də nümunəvi davranışı ilə fərqlənən məktəbimizin bu ilk...
18/06/2026

Müəllimlərinin sevimlisi, həm yüksək akademik göstəriciləri, həm də nümunəvi davranışı ilə fərqlənən məktəbimizin bu ilki məzunu Nəbili Gülüm Şəhriyar qızı hər iki imtahan mərhələsinin cəminə əsasən yüksək nəticə - 602 bal toplamışdır.
Belə ki, XI sinif üzrə buraxılış imtahanında mümkün 300 baldan 230, III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında mümkün 400 baldan 371,6 bal əldə etmişdir.
Məktəbin bütün rəhbər və pedaqoji heyəti adından Gülümü təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
Bundan sonrakı həyatında da yolun açıq və işıqlı olsun. Uğurlarını daim eşidək və fəxrlə Gülüm bizim məzunumzdur deyək hər zaman!

18.06.2026-cı il tarixində, 2025-2026-cı tədris ilinin son Pedaqoji Şura iclası keçirildi. İclasda ilin yekunlarına dair...
18/06/2026

18.06.2026-cı il tarixində, 2025-2026-cı tədris ilinin son Pedaqoji Şura iclası keçirildi. İclasda ilin yekunlarına dair məsələlər müzakirə edilərək tədris ili rəqəmlər üzərindən təhlil edildi, rəhbər vəzifələrdə çalışanların hesabatları dinlənildi, cari məsələlər üzrə direktorun tapşırıqları şura iştirakçılarının diqqətinə çatdırıldı.

13/06/2026

2026-cı ilin məzunları sinif rəhbərləri Qənurə Quliyeva ilə.

Bu gün ölkəmizin bütün ümumtəhsil məktəblərində Son Zəng qeyd edilir. Məktəb həyatını başa vuran on birincilər simvolik ...
13/06/2026

Bu gün ölkəmizin bütün ümumtəhsil məktəblərində Son Zəng qeyd edilir.

Məktəb həyatını başa vuran on birincilər simvolik olaraq elm açarını birincilərə təqdim edib, estafeti onlara ötürür.
Yolunuz açıq və uğurlu olsun əziz məzunlar! Həyatınız doğru qərarlarınızın nəticəsi olsun.

Çalışmanın yaş həddinə çatan məktəbimizin dəyərli müəllimlərindən Siyafət Məmmədova yolunuz açıq olsun! Məktəb rəhbərliy...
12/06/2026

Çalışmanın yaş həddinə çatan məktəbimizin dəyərli müəllimlərindən Siyafət Məmmədova yolunuz açıq olsun! Məktəb rəhbərliyi və şagirdləriniz adından sizə sağlam can, uzun ömür arzulayırıq.

1 iyun bütün dünyada, o cümlədən Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd edilir. Gün münasibətilə mək...
01/06/2026

1 iyun bütün dünyada, o cümlədən Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd edilir.
Gün münasibətilə məktəbimizin I və II sinif şagirdləri UBTR Yasəmən Hüseynovanın bədii rəhbərliyi ilə təşkil olunmuş kompazisiyada şeir və musiqilərlə çıxış etdi.

Məktəbimizin nəzdində fəaliyyət göstərən icma qrupu uşaqlarının 2025-2026-cı tədris ili üçün son məşğələ günü.Məktəbin h...
27/05/2026

Məktəbimizin nəzdində fəaliyyət göstərən icma qrupu uşaqlarının 2025-2026-cı tədris ili üçün son məşğələ günü.
Məktəbin həyətyanı sahəsindəki yaşıllıqlar içərisində balacaların piknik sevinci.
İcma qrupunun rəhbəri: Əzizli Fəxriyyə.

Address

Qazaxlar

Website

Alerts

Be the first to know and let us send you an email when Bərdə Rayonu Qazaxlar Kənd tam orta Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bərdə Rayonu Qazaxlar Kənd tam orta Məktəbi:

Shortcuts

Share

Category