Qazax rayonu Rəsul Mirzəliyev adına Alpout kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Qazax
  • Qazax rayonu Rəsul Mirzəliyev adına Alpout kənd tam orta ümumtəhsil məktəbi

Qazax rayonu Rəsul Mirzəliyev adına Alpout kənd tam orta ümumtəhsil məktəbi məktəb

14/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

06/08/2026
20/07/2026

🏆 Tarix müəllimlərindən yüksək MİQ nəticələri

📚 Qazax rayonunun Alpout kənd tam orta məktəbinin tarix müəllimi Gülnar Xəmmədzadə MİQ imtahanında 98,75 bal toplayıb. O, uğurunun sirrini peşəsinə sevgi, davamlı özünüinkişaf və sistemli hazırlıqla əlaqələndirir.

📚 Tovuz rayonunun Əyyublu kənd 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Gülnaz Cəfərova isə 93,75 bal toplayıb. O bildirib ki, sertifikatlaşdırma imtahanında səhhətində yaranan problem səbəbindən 49 bal toplasa da, ruhdan düşməyib və MİQ-ə daha böyük əzmlə hazırlaşaraq yüksək nəticə əldə edib.

Ətraflı: https://muallim.edu.az/meqsedyonlu-hazirliq-ugurun-esas-sertidir-miq-de-yuksek-bal-toplayan-muellimler

13/07/2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu yeni təmayül tədris modelinin tətbiqinin zərurəti, şagirdlərin maraq və potensialına uyğun təhsil imkanlarının genişləndirilməsi, ali təhsilə hazırlığın məktəb daxilində daha səmərəli təşkili və bu istiqamətdə həyata keçirilən yeniliklər barədə “Azərbaycan müəllimi” qəzetinə geniş müsahibə verib.

Ətraflı: https://muallim.edu.az/vefa-yaqublu-meqsedimiz-sagirdlerin-ali-mektebe-hazirligini-mekteb-daxilinde-temin-etmekdir-musahibe

13/07/2026

📢Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı məlumat

ℹ️ 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı tarixlər elan edildi. Sabah gün ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.

📍 Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

13/07/2026

📢 Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi tam orta təhsil müəssisələrinə müəllimlərin qəbuluna başlanılır.

Qazax–Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərəcək yeni təmayül tədris modelinin tətbiq ediləcəyi aşağıdakı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin qəbuluna başlanılır:

📍 Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
📍 Qazax rayonu Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta ümumtəhsil məktəbi
📍 Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbi
📍 Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbi
📍 Tovuz şəhəri Aleksandr Puşkin adına tam orta ümumtəhsil məktəbi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi bu təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə və peşəkar səriştəyə malik müəllimlər tərəfindən həyata keçiriləcək.

📌 Gələcək nəslin keyfiyyətli təhsil almasına töhfə vermək və bu layihənin bir hissəsi olmaq istəyən müəllimlər aşağıdakı qeydiyyat linki vasitəsilə müsahibədə iştirak üçün müraciət edə bilərlər:

🔗 https://forms.gle/cvKoLxdSeAi54DGF9

ℹ️ Müsahibədə MİQ, diaqnostik qiymətləndirmə (DQ) və ya sertifikatlaşdırma üzrə qiymətləndirmə göstəricisi 85% və daha yüksək olan ali təhsilli müəllimlər iştirak edə bilərlər.

Məktəbin texnologiya müəllimi Süleymanova Xalidə Fərhad qızı 25.06.2026 cı il tarixində keçirilmiş müəllimlərin sertifik...
25/06/2026

Məktəbin texnologiya müəllimi Süleymanova Xalidə Fərhad qızı 25.06.2026 cı il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanında 51 bal toplamışdır. Müəllimi təbrik edirik, gələcək pedoqoji fəaliyyətində uğurlar arzulayırıq!

Məktəbin tarix müəllimi Xəmmədzadə Gülnar Kərim  qızı 24.06.2026 cı il tarixində keçirilmiş müəllimlərin sertifikasiya i...
24/06/2026

Məktəbin tarix müəllimi Xəmmədzadə Gülnar Kərim qızı 24.06.2026 cı il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanında 51 bal toplamışdır. Müəllimi təbrik edirik, gələcək pedoqoji fəaliyyətində uğurlar arzulayırıq!

Address

Qazax
035

Website

Alerts

Be the first to know and let us send you an email when Qazax rayonu Rəsul Mirzəliyev adına Alpout kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category