21/09/2026
Məktəbimizdə bir qrup şagirdin iştirakı ilə 20 sentyabr Azərbaycan Dövlət Suverenliyi günü münasibətilə dəyirmi masa təşkil olunub.
Təhsil
Məktəbimizdə bir qrup şagirdin iştirakı ilə 20 sentyabr Azərbaycan Dövlət Suverenliyi günü münasibətilə dəyirmi masa təşkil olunub.
Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü.
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir .
Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əmin idik və inanırdıq ki, bu gün gələcək.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır” – deyə Prezident İlham Əliyev çıxışında bildirib.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.“Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.
Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.
Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.” – deyə Prezident İlham Əliyev çıxışında bildirib.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.
2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.
2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi.
Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izləmişdir. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.
İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır:
Xankəndi: 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb.
Xocalı: Xocalı şəhərində 144 ailə, 651 nəfər, Ballıca kəndində 246 ailə, 1088 nəfər, Xanyurdu kəndində 140 ailə, 510 nəfər, Təzəbinə kəndində 180 ailə, 824 nəfər, Şuşakənd kəndində 116 ailə, 436 nəfər, Badara kəndində 109 ailə, 411 nəfər, Seyidbəyli kəndində 77 ailə, 282 nəfər, Daşbulaq kəndində 44 ailə, 169 nəfər, Xanabad kəndində 111 ailə, 470 nəfər olmaqla cəmi 1.167 ailə, 4.841 nəfər məskunlaşıb.
Xocavənd: Xocavənd şəhərində 413 ailə, 1.614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində 82 ailə, 347 nəfər olmaqla cəmi 988 ailə, 4.070 nəfər məskunlaşıb.
Ağdərə: Talış kəndində 20 ailə, 90 nəfər, Həsənriz kəndində 292 ailə, 1.150 nəfər, Suqovuşan kəndində 180 ailə, 592 nəfər, Kolatağ kəndində 36 ailə, 139 nəfər, Vəngli kəndində 151 ailə, 602 nəfər, Heyvalı kəndində 46 ailə, 205 nəfər, Çapar kəndində 40 ailə, 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə, 501 nəfər, Çıldıran kəndində 41 ailə, 165 nəfər olmaqla cəmi 917 ailə, 3.587 nəfər məskunlaşıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xankəndinə səfərləri:
15.10.2023
• Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.
• Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə baxış.
08.11.2023
• Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
21.12.2023
• Xankəndidə “Qarabağ”-MOİK oyunu.
• 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüş.
07.02.2024
• İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər.
18.03.2024
• Xankəndi şəhərində Novruz tonqalı alovlandırılıb.
05.07.2024
• Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanışlıq.
• Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı.
• Xankəndi Konqres Mərkəzinin təməlqoyma mərasimi;
• Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışı.
19.09.2024
• Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq.
• Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışı.
• Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanışlıq.
• Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı.
• Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanışlıq.
20.09.2024
• Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışı.
• Qarabağ Universitetinin təmirdən sonra açılışı.
19.02.2025
• Xankəndidə “Bulud” hotelinin açılışı.
• Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimi.
• Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq.
03-04.07.2025
• Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi.
• Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanışlıq.
• İlham Əliyev Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib.
• “Xankəndi” Biznes Mərkəzinin açılışı.
• Xankəndi Konqres Mərkəzinin açılışı.
• Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış.
• Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq.
• İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib.
• İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb.
• Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib.
19.07.2025
• III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş.
14.09.2025
• Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı.
23-24.12.2025
• Xankəndinin Kərkicahan qəsəbəsinə baxış.
• Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı.
• Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşü.
• Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlqoyma mərasimi.
• Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışı.
• Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışı.
• Xankəndi şəhərində Zəfər parkının açılışı.
28.05.2026
• Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı.
• Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışı.
11.07.2026
• “Xankəndi” hotelinin açılışı.
14.07.2026
• İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocavəndə səfərləri:
14.01.2021
• Xocavənd rayonunun Böyük Tağlar kəndi ilə tanışlıq.
15.03.2021
• Edilli kəndi ilə tanışlıq.
• Düdükçü kəndi ilə tanışlıq.
• Hadrut qəsəbəsində Dövlət bayrağının ucaldılması.
• Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi.
• Hünərli kəndində qədim Alban məbədinə baxış.
• Tuğ kəndində dağıdılmış məktəb binasına baxış.
• Tuğ kəndinin mərkəzi ilə tanışlıq.
• Tuğ kəndində qədim Alban məbədinə baxış.
• Azıx kəndində Azıx mağarası ilə tanışlıq.
14.06.2021
• Zəfər yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində inşa olunacaq 86 metr uzunluğunda tunelin təməlqoyma mərasimi.
09.10.2021
• Hadrut qəsəbəsində yeni məscidin təməlqoyma mərasimi.
• Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanışlıq.
• “Hadrut” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi.
• Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş.
• Rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndi ilə tanışlıq.
24.12.2021
• Hadrut qəsəbəsində hərbi hissənin açılışı.
05.05.2023
• Tuğ kəndində İnzibati Mərkəzin təməlqoyma mərasimi.
• Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi.
• Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanışlıq.
• Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi.
• Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib.
• Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlqoyma mərasimi.
• Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışı.
• “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı.
15.10.2023
• Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.
20.12.2023
• Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə baxış.
• Xocavənd rayonunun Şıx Dursun kəndinə baxış.
14.09.2025
• Xocavənd rayonunun Hadrut qəsəbəsinə baxış.
• Xocavənd rayonunun Hadrut qəsəbəsində məscidin açılışı.
• Xocavənd rayonunun Sos kəndinə baxış.
• Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə baxış.
• Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş.
25.02.2026
• Xocavənd kəndində görülən işlərlə tanışlıq.
• Xocavənd şəhərində görülən işlərlə tanışlıq.
• Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüş.
18.03.2026
• Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq.
11.07.2026
• Xocavənd rayonunun Quzeyxırman kəndinə baxış.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocalıya səfərləri:
20.07.2023
• Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərin ilə tanışlıq.
15.10.2023
• Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
• Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.
• Əsgəran qalasına və əraziyə baxış.
20-22.12.2023
• Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış.
• Xocalı rayonunun Dağdağan kəndinə baxış.
• Xocalı rayonunun Naxçıvanlı kəndinə baxış.
• Xocalı rayonunun Pircamal kəndinə baxış.
• Xocalı rayonunun Xanabad kəndinə baxış.
• Xocalı rayonunun Pirlər kəndinə baxış.
26.02.2024
• Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü.
• Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
28.05.2024
• Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq.
• Xocalı şəhərinə köçən sakinlərlə görüş.
05.07.2024
• Xocalı hava limanına baxış.
18-19.02.2025
• Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq.
• Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq, kəndə köçən bir qrup sakinlə görüş.
09.05.2025
• “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı.
• “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı.
18.07.2025
• Xocalının Təzəbinə kəndində görülən işlərlə tanışlıq.
• Xocalı kərpic zavodunun açılışı.
• Xocalının Xanyurdu kəndində sakinlərlə görüş.
14-15.09.2025
• Xocalı rayonunun Şuşakənd kəndinə baxış.
• Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı.
• Xocalı rayonunun Seyidbəyli kəndinə baxış.
• Xocalının Daşbulaq kəndində tut bağında görülən işlərlə tanışlıq.
• Xocalı rayonunun Daşbulaq kəndinə baxış.
• Xocalı rayonunun Badara kəndinə baxış.
• Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş.
23.12.2025
• Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışı.
26.02.2026
• Xocalının Xanabad kəndində görülən işlərlə tanışlıq;
• Xocalı Soyqırımı Memorialının açılışı.
28.05.2026
• Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq.
• Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri:
15.10.2023
• Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldılması.
18.03.2025
• Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışı.
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar.
• Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etmə mərasimi.
• Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışı.
21.08.2025
• Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq.
• Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü.
13.01.2026
• Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanışlıq.
• Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı.
• Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanışlıq.
• Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanışlıq.
• Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq.
• Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanışlıq.
• Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüş.
• Ağdərə şəhərinin Baş planı ilə tanışlıq.
• Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi.
Təhsil müəssisələrində vətəndaş qəbulu
İdarəetmənin təkmilləşdirilməsi və valideyn-məktəb münasibətlərinin daha effektiv qurulması məqsədilə təhsil müəssisələrində vətəndaşların qəbulu prosesi yeni tələblərə uyğun şəkildə təşkil edilir.
Yaradılmış yeni mexanizmə əsasən, vətəndaş qəbulu aşağıdakı qrafik üzrə həyata keçiriləcəkdir:
🗓️ Qəbul günləri: Hər həftənin çərşənbə axşamı günü saat 14:30-dan 16:30-dək həyata keçiriləcəkdir.
Qəbul prosesi müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş rəsmi qrafikə uyğun aparılacaq və həmin qrafik məktəbin məlumat lövhəsində yerləşdiriləcəkdir.
20 Sentyabr - Dövlət Suverenliyi Günü
“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarış (19.09.2024).
“Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışından (20.09.2024).
- Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır.
Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.;
- Suveren dövlət.
Suverenlik dövlətin əsas xüsusiyyəti hesab edilmiş və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu güman edilmişdir.
Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.;
- 30 ildən çox davam edən işğal.
Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.
Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.;
- II Qarabağ müharibəsində əldə olunmuş möhtəşəm Zəfər.
2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.
Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.;
- Suverenliyin təmin edilməsi üçün atılan ilk addım - Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması.
44 günlük müharibədə məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi.
Tərəflər arasında imzalanan 9 noyabr sənədinə əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ arasında əlaqəni Azərbaycan ərazisindən – Laçın üzərindən qurmalı idi. Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi bu yoldan sosial problemlərini həll etməkdənsə, Ermənistandan qondarma Qarabağa silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist bəyanatlarına ara vermədi.
Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.;
- “Qarabağ Azərbaycandır və nida işarəsi” - 2023-cü ilin antiterror əməliyyatı Azərbaycan üçün mühüm tarixi və siyasi əhəmiyyəti olmuşdur..
Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.
Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.;
- “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib (https://e-qanun.az/framework/57986).
Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.;
- 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış (https://e-qanun.az/framework/58622) və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir (https://e-qanun.az/framework/58962).
“Konstitusiya və Suverenlik İli” elan olunması xüsusilə müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır.
Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.;
- Bakı Metropoliteninin yeni stansiyası - “20 Sentyabr”.
2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (https://e-qanun.az/framework/62543) ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılmışdır.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri
ilə görüşdəki çıxışı barədə
Türk Dövlətləri Təşkilatı beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir.Bu gün Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbir keçirilir. Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.
Biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk.Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir.
Azərbaycana gəldikdə isə biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.
Türk dünyası bizim ailəmizdir. Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir.
Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.
Mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir.Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.
Ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür.TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir.
Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir.
Əlbəttə, ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni bizim öz mənəvi və milli prinsiplərimizə sadiq olmağımızı da qeyd etmək çox vacibdir. Əlbəttə, ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür. Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində.
Ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük. Bəzi ölkələr artıq həyəcan təbili çalırlar ki, belə davam edərsə, əhali sadəcə olaraq, kritik səviyyəyə qədər azalacaq. Bizim ölkələrimizdə isə əks proses gedir, yəni əhalinin artması prosesi müşahidə olunur. Bəli, bu, müəyyən mərhələdə, əgər fəal iqtisadi siyasətlə, o cümlədən sosial infrastrukturun yaradılması və iş yerlərinin sayının artırılması ilə dəstəklənməzsə, müəyyən iqtisadi, hətta sosial problemlərə gətirib çıxara bilər. Lakin ölkələrimizdə həm iqtisadi artımın, həm də sosial rifahla bağlı məsələlərin uğurla həll edildiyini görürük.
Bildiyiniz kimi, mən TDT-yə üzv ölkələrə tez-tez səfər edirəm. Elə keçən ay Özbəkistana, Qırğızıstana iki səfərim oldu, Türkiyədə də, Türkmənistanda da tez-tez oluram. Buna görə də TDT məkanında müşahidə etdiyimiz müsbət dəyişikliklərin özüm şahidiyəm. Bütün bunlar qardaşlarımız üçün sevinc və qürur hissi doğurur.
İctimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Əlbəttə, sizin müzakirə edəcəyiniz əsas mövzu daim diqqət tələb edən təhlükəsizlik sistemi ilə bağlı məsələlər olacaq. Yenə də ölkələrimizin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir.
Artıq dediyim kimi, bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır. Əminəm ki, Bakıda keçiriləcək şura çərçivəsində bütün bu məsələlər müzakirə olunacaq. Lakin bunlar həm də daim ölkələrimizin rəhbərliyinin nəzarətindədir.
Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi.
Beləliklə, rəhbərlik səviyyəsində ümumi maraqlarımızın, ümumi planlarımızın olduğu barədə ümumi anlayış mövcuddur və onların həyata keçirilməsi, yenə də daha çox ölkələrimizin mövcud və mümkün təhdidlərdən nə dərəcədə qorunmasından asılı olacaq.
Bugünkü təhdidlər ideoloji xarakter daşıyır.Bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşımasına gəldikdə isə hesab edirəm ki, bu barədə danışmağa ehtiyac yoxdur, hamımız bunu çox yaxşı bilirik. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik.
Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.
Gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik. Əminəm ki, hər biriniz öz ölkənizdəki vəziyyəti çox yaxşı bilirsiniz. Təbii ki, ölkələrimizdə vəziyyət eyni deyil. Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik.
Zəif yerlərimizin harada olduğunu müəyyənləşdirmək faydalı olacaq.Beləliklə, ölkələrinizin təhlükəsizlik şuralarının rəhbərləri kimi qarşınızda duran vəzifələr, təbii ki, kifayət qədər böyükdür. Düşünürəm ki, 5-ci iclas çərçivəsində həm məlumat, həm də təcrübə mübadiləsi aparılacaq. Hesab edirəm ki, zəif yerlərimizin harada olduğunu, bizə zərər vurmağa çalışan yad ünsürlərin nüfuz edə biləcəyi, necə deyərlər, hansı pəncərələrin mövcud olduğunu müəyyənləşdirmək faydalı olacaq.
Sonda daha bir məqamı qeyd edəcəyəm. Qədim tariximizi nəzərə almasaq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 il olan ölkələrdir. Əlbəttə, ölkələrimizin ərazisində qədim dövlətlər mövcud olub, xalqlarımız zəngin dövlətçilik tarixinə malikdirlər və biz haqlı olaraq bununla fəxr edirik. Lakin son dövrə gəldikdə, 1991-ci il Azərbaycanın dövlətçiliyini bərpa etdiyi ildir. Təbii ki, bu da nəzərə almalı olduğumuz amildir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Əlbəttə, qeyd etdiyim tezislər belə bunun üçün bütün imkanların mövcud olduğunu göstərir.
Biz bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərəcək, Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə çalışacağıq. Münasibətlərimizə gəldikdə isə qeyd etdiyiniz kimi, onlar strateji, müttəfiqlik və qardaşlıq xarakteri daşıyır. Bu yaxınlarda Bişkekdə Kasım-Jomart Kemeleviçlə görüşdük və gələn ay onu yenidən Azərbaycanda gözləyirik. Əlbəttə, qeyd etdiyiniz optik lifli kabel layihəsi, – artıq demək olar ki, açılışa hazır olan bu layihə, – həm ölkələrimiz, həm də daha geniş coğrafiya, o cümlədən Türk Dövlətləri Təşkilatı məkanının coğrafiyası üçün mühüm əhəmiyyət daşıyır.
Əminəm ki, biz bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərəcək, Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə çalışacağıq. Əlbəttə, Qarabağın bərpasına göstərdiyiniz köməyə görə xüsusi təşəkkürümü bildirirəm. Siz Kurmanqazı adına İncəsənət Mərkəzinin açılışında iştirak etmisiniz. Hazırda orada çoxlu gənc qarabağlı təhsil alır və onlar görürlər ki, bu, qardaş xalqın hədiyyəsidir. Bununla da onlar Qazaxıstanı daha çox sevirlər.
Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yeri, rolu var.Deyə bilərəm ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur. Bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil. Çünki burada bütün amillər birləşir. Həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr. Yəni Türkiyə-Azərbaycan bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə.
Təbii ki, 2021-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzaladığım Şuşa Bəyannaməsi bizim münasibətlərimizin sanki zirvəsidir, tacıdır. Biz, əslində, ondan əvvəl də müttəfiq idik, amma bu Şuşa Bəyannaməsi bizi rəsmən müttəfiq etdi. Artıq o gündən demək olar ki, 5 ildən çox bir vaxt keçir və hər il, hər ay bizim birliyimiz daha da güclənir və dünyadakı apardığımız rol daha da möhkəmlənir.
Siz də qeyd etdiyiniz kimi, biz hamımız beynəlxalq hüququn üstünlüyünü qəbul edirik və bu gün dünyada beynəlxalq hüquqdan başqa bir mexanizm yoxdur. Ancaq o da həqiqətdir ki, beynəlxalq hüquq bir çox hallarda pozulur və “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Buna qarşı təkbaşına mübarizə aparmaq çox çətindir. Ona görə bizim təşkilatdakı ab-hava, mövqe, təşkilata üzv ölkələrin mövqeyi beynəlxalq hüququn normalarının ali prinsiplər kimi bütün dünya tərəfindən qəbul edilməsi çox önəmlidir. Əminəm ki, siz bu gün bu barədə də danışacaqsınız.
Bakıda Əlişir Nəvainin abidəsi ucaldılıb, Daşkənddə isə Nizami Gəncəvinin abidəsi var. Özbəkistanın zəngin tarixi və mədəni irsi məndə böyük təəssürat yaratmaqla yanaşı, məni çox heyrətləndirən daha bir məqam regionların sürətli inkişafı oldu.
Daşkəndə gəldikdə isə bəli, Şavkat Miromonoviç Daşkəndin inkişafına çox böyük diqqət yetirir və əlbəttə, onun təşəbbüsü ilə həyata keçirilən layihə – Yeni Daşkənd. Biz birlikdə orada olduq və mən necə böyük miqyasda şəhərsalma işlərinin aparıldığının şahidi oldum.
Lakin regionların da tarixi görkəmin və mədəni ənənələrin qorunub saxlanılması ilə yanaşı, eyni dərəcədə sürətlə inkişaf etməsi, müasir infrastrukturun yaradılması Özbəkistanın belə ardıcıl inkişafının parlaq göstəricisidir. Əlbəttə, Daşkənddə universitet binasının qarşısında Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə xüsusi təşəkkürümü bildirirəm. Biz bu abidənin açılışını da birlikdə etdik. Bu, bir daha belə möhkəm tarixi köklərin mövcudluğunu göstərir.
Bakıda Əlişir Nəvainin abidəsi çoxdan ucaldılıb, indi isə Daşkənddə Nizami Gəncəvinin abidəsi var. Onlar müxtəlif dövrlərdə yaşasalar da, xalqlarımızın böyük nümayəndələridir. Onların arasındakı belə mənəvi bağlılıq və ən əsası, xalqlarımızın tarixində qoyduqları iz sarsılmazdır.
Ona görə də Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik.
Sizə hər şeyin ən yaxşısını və Azərbaycanda xoş istirahət arzulayıram.
Təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin inkişafı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, məhz etimad və operativ informasiya mübadiləsi mövcud çağırış və təhdidlərə vaxtında reaksiya verməyə imkan yaradır.
Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalamışıq.Mən İssık-Kula ikinci dəfə səfər etdim. İlk dəfə kifayət qədər uzun müddət əvvəl orada olmuşdum. Əlbəttə, təkcə Qırğızıstanın deyil, hesab edirəm ki, dünyanın da incilərindən biri olan bu məkanın necə sürətlə inkişaf etdiyini görməmək və buna sevinməmək mümkün deyil. Müasir infrastruktur, müasir istirahət zonaları, hotellər, açılışında iştirak etdiyimiz möhtəşəm qolf-klub – bütün bunlar onu göstərir ki, Qırğızıstanın hazırkı rəhbərliyi öz köklərinə çox möhkəm bağlıdır və belə deyim, Sadır Nurqojoyeviçdən əvvəl itirilmiş imkanların bərpası üçün çox böyük işlər görür.
Onun işi bizdəkindən daha çətindir. Çünki o, vəziyyəti mənfi birinci mərtəbədən başlayaraq yüksəltməli idi. Lakin ölkənin necə inkişaf etməsi, tədbirlərin necə təşkil olunması, – çünki Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlər ən yüksək səviyyədə təşkil olunmuş ən böyük beynəlxalq tədbirlərdir, – bütün bunlar həm tədbirlərin keçirildiyi məkan, həm iştirakçıların yerləşdirilməsi, həm təşkilati məsələlər, həm də yeni stadionda nümayiş etdirilən möhtəşəm təqdimat baxımından yüksək səviyyədə təşkil olunub və bütün bunlar böyük xərclər tələb edir. Bu isə o deməkdir ki, iqtisadiyyat işləməlidir. Əks halda heç bir layihəni həyata keçirmək mümkün deyil. Ona görə də Sizi, bütün qardaş Qırğızıstan xalqını bir daha təbrik etmək istərdim.
Əlbəttə, səfər çərçivəsində Qırğızıstan ilə Azərbaycan arasında müttəfiqlik haqqında Müqavilə imzalandı. Mən artıq qeyd etdim ki, demək olar, bütün ölkələrlə, – Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla, – müttəfiqlik münasibətlərimiz var. Həmkarımızın qeyd etdiyi kimi, Özbəkistanla biz əbədi dostluq haqqında müqavilə imzalamışıq. Yəni beynəlxalq təcrübədə bundan yüksək səviyyədə münasibət yoxdur.
Bütün bunlar ikitərəfli formatdan əlavə, təşkilatımızı möhkəmləndirir. Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. Bütün bunlar bizim əlimizdədir. Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir. Buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən haqqında danışdığımız kimi beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.
Beynəlxalq hüquq iflic vəziyyətinə düşüb. Bildiyiniz kimi, Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq. Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, - yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, - ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı.
Sadəcə olaraq, beynəlxalq hüquq iflic vəziyyətinə düşmüşdü, lakin bu, öz-özünə baş verməmişdi. Onu həyata keçirməli olan qurum, – BMT Təhlükəsizlik Şurası, – sadəcə olaraq buna qadir olmadı, daha doğrusu, çox güman ki, bunu etmək istəmirdi. İkili standartlar, bəzi ölkələrə verilən üstünlüklər prinsiplərdən üstün olduqda, münaqişələr də məhz belə yaranır.
Buna görə də münaqişələrin qarşısını almaq və ya onlar artıq baş veribsə, onları sülh yolu ilə həll etmək üçün hansı mexanizm mövcuddur? Yalnız beynəlxalq hüquq. Buna görə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində elə bir mexanizm hazırlamaq lazımdır ki, bu mexanizm qətnamələrin həyata keçirilməsinə gətirib çıxarsın. Əks halda, bu, seçici yanaşmadır.
Böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün bu, maraqlı olduqda, qətnamələri bir gün ərzində həyata keçirirlər. Bu, onlar üçün maraqlı olmadıqda və ya bizim vəziyyətimizdə olduğu kimi, bunu özləri üçün əlverişsiz hesab etdikdə isə həmin qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Sonra biz gəlib bizə məxsus olanı geri aldıq.
Ona görə də bu məsələlər daha qlobal xarakter daşıyır. Lakin bir daha demək istəyirəm ki, biz birgə səylərlə təşkilatımızın potensialını o dərəcədə gücləndirməliyik ki, o, ən yüksək tribunlardan təkcə öz mövqeyini bəyan etməsin, həm də onu müdafiə edə bilsin. Bütün bunlar bizim, ölkələrimizin əlindədir. Buna birgə səylərlə nail olacağıq.
Qazanbulaq
Be the first to know and let us send you an email when T.Cəbrayılov adına Qazanbulaq Qəsəbə Tam Orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Tell us why this listing should be removed. Our team will review your request.