13/06/2024
Məktəbimizdə 18 may-18 iyun "İnsan Hüquqları Aylığı" ilə bağlı söhbət təşkil edilib.Söhbətdə "İnsan Hüquqları Aylığı" çərçivəsində naarifləndirici söhbət aparılıb,insan və vətəndaş hüquq,azadlıqlarının qorunması,ona əməl edilməsi habelə çatışmazlıqların,pozuntuların aşkar edilməsi,pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunulub.
Qeyd edek ki,belə tədbirlərin keçrilməsində əsas məqsəd insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək,eləcə də cəmiyyətdə insan ləyaqətinə hörməti,insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə,şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.