Qax Peşə Liseyi

Qax Peşə Liseyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan peşə-ixtisas təhsili müəssisəsi.
(3)

Bu gün Qax Peşə Liseyində  pedaqoji kollektiv və tələbələrin iştirakı ilə "Korrupsiyaya qarşı birgə mübarizə aparaq" möv...
19/06/2026

Bu gün Qax Peşə Liseyində pedaqoji kollektiv və tələbələrin iştirakı ilə "Korrupsiyaya qarşı birgə mübarizə aparaq" mövzusunda tədbir keçirilib.

📢Qax Peşə Liseyində ixtisas (sınaq) istehsalat işləri uğurla davam etdirilir.✅️19.06.2026-cı il tarixindən etibarən Qax ...
17/06/2026

📢Qax Peşə Liseyində ixtisas (sınaq) istehsalat işləri uğurla davam etdirilir.
✅️19.06.2026-cı il tarixindən etibarən Qax Peşə Liseyində tələbələrin peşə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan ixtisas (sınaq) istehsalat işləri uğurla davam etdirilir. ✅️Təhsilalanların nəzəri biliklərini praktik fəaliyyətlə birləşdirmək, əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasını təmin etmək məqsədi daşıyan bu proses yüksək təşkilatçılıq şəraitində həyata keçirilir.
ℹ️Hazırda beş ixtisas qrupu üzrə sınaq istehsalat işləri yekunlaşmışdır. Qrafik dizayner, Aşpaz, Mebel ustası, Avtomobillərin təmiri üzrə çilingər və Turizm təşkilatçısı ixtisaslarında təhsil alan tələbələr istehsalat təcrübəsi müddətində qazandıqları bilik və bacarıqları uğurla nümayiş etdirmişlər. Tələbələr onlara verilən tapşırıqları yerinə yetirməklə peşə hazırlığı səviyyələrini, yaradıcılıq imkanlarını və praktik vərdişlərini nümayiş etdirmişlər.
✳️Sınaq prosesində komissiya üzvləri tələbələrin fəaliyyətini yaxından izləyərək onların peşə səriştələrini müxtəlif meyarlar əsasında qiymətləndirmişlər. Eyni zamanda, tələbələrin təcrübə keçdikləri müəssisələrin nümayəndələri də qiymətləndirmə prosesində iştirak etmiş, onların istehsalat mühitində qazandıqları təcrübə və bacarıqlar barədə rəy bildirmişlər.
✴️Bu qiymətləndirmələr tələbələrin gələcək əmək fəaliyyətinə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi, peşə bacarıqlarının təkmilləşdirilməsi və əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Müəssisə nümayəndələrinin iştirakı isə təhsil ilə istehsalat arasında əməkdaşlığın gücləndirilməsinə, tədris prosesinin əmək bazarının real tələblərinə uyğunlaşdırılmasına xidmət edir.
̇stehsalatişi

01/06/2026

İyunun 1-də Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional filialı və Qax Peşə Liseyinin dəstəyi ilə Qax şəhərinin qədim tarixi hissəsində - “İçəribazar” kompleksində Peşə festivalı keçirilib.

Qax rayonunda Peşə Festivalı - “İstedadını peşəyə çevir!”🔊İyunun 1-də Qax Rayon İcra Hakimiyyətinin,Qax Peşə Liseyinin,D...
01/06/2026

Qax rayonunda Peşə Festivalı - “İstedadını peşəyə çevir!”
🔊İyunun 1-də Qax Rayon İcra Hakimiyyətinin,Qax Peşə Liseyinin,Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional filialının birgə təşkilatçılığı ilə Qax şəhərinin qədim tarixi hissəsində - “İçəribazar” kompleksində Peşə festivalı keçirilib.
“İstedadını peşəyə çevir!” devizi ilə təşkil edilən festival gənclərin və məktəblilərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.

✨️Festival iştirakçıları əvvəlcə Qax Peşə Liseyində ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin, həmçinin rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgilərə baxıb, sənətkarlıq nümunələri ilə tanış olub, müxtəlif peşələr üzrə ustad dərsləri izləyiblər.

ℹ️Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov,Qax Peşə Liseyinin direktoru Səbuhi Bilalov və Şəki-Zaqatala Regional Məşğulluq filialının müdiri Abdulla Kərimov çıxış edərək, əmək bazarında aktual olan peşələrin gənclərə və yeniyetmələrə tanıdılmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, festivalın keçirilməsində əsas məqsəd iştirakçılara müasir peşələr və gələcəyin iş sahələri barədə ətraflı məlumat vermək, cəmiyyətdə peşə təhsilinin nüfuzunu qaldırmaq və gəncləri bu sahəyə cəlb etmək, yeniyetmə və gənclərin öz bacarıq və maraqlarına uyğun sahələri tapmasına kömək göstərməkdir.

✅️Diqqətə çatdırılıb ki, Qax Peşə Liseyinin qarşısında duran əsas məqsəd rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir. Təhsil müəssisəsində əsasən turizm, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Liseydə mehmanxana inzibatçısı, turizm təşkilatçısı, təmirçi-çilingər, aşpaz, dülgər, tornaçı, mebel ustası, dərzi, aqroservis mütəxəssisi və digər ixtisaslar üzrə, ümumilikdə, 16 ixtisas üzrə 18 qrupda 270 tələbə təhsil alır. Növbəti illərdə qrupların sayının 22-yə, tələbələrin sayının isə 440-a çatdırılması nəzərdə tutulur. Eyni zamanda, dual təhsil proqramının əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.

🎙Çıxış edənlər Peşə festivalının çox əlamətdar bir günə - 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdiyini xüsusi vurğulayaraq, ölkəmizdə uşaqların qayğısız böyümələri üçün hər cür şəraitin yaradıldığını bildirib, uşaqları təbrik edib, onlara Vətənimizə layiq övladlar kimi yetişməyi arzulayıblar.
🎼
Festival rayonun uşaq musiqi və rəqs kollektivlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

28/05/2026

Müstəqillik Gününüz mübarək!

27/05/2026
26/05/2026
🎉 Festival keçiriləcək!Qax şəhərində Qax Rayon İcra Hakimiyyəti, Qax Peşə Liseyi və Dövlət Məşğulluq Agentliyinin birgə ...
25/05/2026

🎉 Festival keçiriləcək!

Qax şəhərində Qax Rayon İcra Hakimiyyəti, Qax Peşə Liseyi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “İstedadını peşəyə çevir” adlı peşə festivalı təşkil olunacaq. Festivalın əsas məqsədi gənclərin və məktəblilərin düzgün peşə seçiminə dəstək olmaq, onları əmək bazarının tələblərinə cavab verən müasir ixtisaslarla tanış etməkdir.

Festival çərçivəsində müxtəlif peşə sahələri təqdim olunacaq, ustad dərsləri keçiriləcək. İştirakçılar ustalarla görüşəcək, praktiki bacarıqlarını sınamaq və yeni təcrübələr qazanmaq imkanı əldə edəcəklər.

📅 Tarix: 1 iyun 2026
📍 Məkan: Qax şəhəri, İçəribazar küçəsi

Sən də qoşul, peşəni kəşf et və gələcəyinə doğru ilk addımını at!

“Peşə bacarıqdır, bacarıq isə gələcəkdir!”

📢 Qax Peşə Liseyində İnsan Hüquqları Aylığı çərçivəsində “Hüququnu bil, özünü qoru” mövzusunda maarifləndirici tədbir ke...
22/05/2026

📢 Qax Peşə Liseyində İnsan Hüquqları Aylığı çərçivəsində “Hüququnu bil, özünü qoru” mövzusunda maarifləndirici tədbir keçirilib.
ℹ️ Tədbirin məqsədi tələbələrin insan hüquq və azadlıqları, hüquqi maarifləndirmə, təhlükəsiz davranış qaydaları və cəmiyyət qarşısında vətəndaş məsuliyyəti barədə biliklərinin artırılması olub. Görüş zamanı iştirakçılara hüquqların qorunması, hüquqi yardım imkanları və gündəlik həyatda qarşılaşa biləcəkləri hüquqi məsələlər barədə ətraflı məlumat verilib.
📌 Tədbirdə tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və hüquqi maarifləndirmənin əhəmiyyəti vurğulanıb.



📢 Qax Peşə Liseyi tərəfindən 2026–2027-ci tədris ili üçün elan olunmuş ixtisas qruplarının tanıdılması məqsədilə rayonun...
22/05/2026

📢 Qax Peşə Liseyi tərəfindən 2026–2027-ci tədris ili üçün elan olunmuş ixtisas qruplarının tanıdılması məqsədilə rayonun ümumtəhsil məktəblərində maarifləndirici görüşlər təşkil olunub.
✅ Görüşlər zamanı şagirdlərə peşə təhsilinin əhəmiyyəti, müasir əmək bazarında yaratdığı imkanlar, qəbul qaydaları və gələcək karyera perspektivləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, şagirdlərin ünvanladıqları suallar cavablandırılıb, onların maraq və bacarıqlarına uyğun peşə seçimi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
📚 Görüşlərin əsas məqsədi şagirdlərdə peşə təhsilinə marağın artırılması, onların gələcək ixtisas seçimində düzgün istiqamətləndirilməsi və peşə təhsilinin üstünlüklərinin təbliğidir.
ℹ️ Növbəti maarifləndirici görüşlər Qıpçaq, Ağyazı və Əmircan kənd tam orta məktəblərində keçirilib.

Address

Qax Rayonu İsmayıl Dağıstanlı Küçəsi 9a
Qax
3400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242552355

Website

Alerts

Be the first to know and let us send you an email when Qax Peşə Liseyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qax Peşə Liseyi:

Shortcuts

Share

Category