Əliheydər Kazımov adına 228 saylı tam orta məktəb

Əliheydər Kazımov adına 228 saylı tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Əliheydər Kazımov adına 228 saylı tam orta məktəb, School, Qaradag.

11/05/2017
Salam, məktəbimizin əziz üzvləri..Bildiyiniz kimi bu gün 228 nömrəli məktəbdə ağır tallesamiya xəstəliyindən əziyyət çək...
09/04/2017

Salam, məktəbimizin əziz üzvləri..
Bildiyiniz kimi bu gün 228 nömrəli məktəbdə ağır tallesamiya xəstəliyindən əziyyət çəkən Nuray bala üçün xeyriyyə yarışı baş tutdu. Yığılan məbləğ 56 AZN oldu. Dəstəyiniz üçün sizlərə öz minnətdarlığımı bildirirəm. Xüsusilə də ADPU universitetinin ADPU UNİTED(Qarqamel) komandasının üzvlərinə təşəkkür edirik və yarışın qalibi olduğu üçün onları bir daha təbrik edirik.
Başda 228 nömrəli məktəbin direktoru Azər Ələkbərov olmaqla hər kəsə göstərdiyi təşkilati dəstəyə görə öz minnətdarlığımızı bildiririk.

06/04/2017

Salam,məktəbimizin əziz izləyiciləri.

Bildiyiniz kimi məktəbimizin direktoru Azər müəllimin icazəsi ilə hər həftə sonunda məktəbimizin akt zalında intellektual yarışmalar keçirilir. Bu bazar günü də saat 12:00 da tallesamiya xəstəliyinin ağır növündən əziyyət çəkən Nuray bala üçün xeyriyyə məqsədli Xəmsə yarışı keçiriləcək. Yarış əsnansında Xeyriyyə qutusu qoyulacaq və sizin kömək etməniz üçün kiçik də olsa şərait yaradılacaq.

Qeydiyyatdan keçmək üçün komandanın adını və üzvlərin adını mənə göndərə bilərsiniz.

Həftə sonunu əyləncəli və öyrəncəli keçirmək istəyirsinizsə buyurub komandanızla birgə gəlin.

Unutmayın ki, hər bir "manat" bir nəfəsdir.

Axşamınız xeyir!Bu gün qəsəbə məktəbləri arasında "Xəmsə" milli intellektual oyununun "Bahar kuboku" yarımfinal mərhələs...
02/04/2017

Axşamınız xeyir!
Bu gün qəsəbə məktəbləri arasında "Xəmsə" milli intellektual oyununun "Bahar kuboku" yarımfinal mərhələsinə vəsiqə qazanmaq üçün 228 nömrəli məktəbdə seçim turları oldu.Yağışlı və küləkli hava şəraitinə baxmayaraq 4 komandanın çıxış elədiyi yarışdan "Qambit" və "Bethoven" komandaları yarımfinala vəsiqə qazandılar. Bu komandaları təbrik edirik və yarımfinalda uğurlar arzulayırıq.
Formata uyğun olaraq bu günün də ən yaxşı oyunçusunu seçdik. Bu "Qambit" komandasının seçmə turnilərin rekord göstəricisi olan 15700 xal toplamasında ən çox əməyi olan üzvü Nəzrin Cəbrayıllı oldu. Onu təbrik edir və göstərdiyi gözəl oyuna görə təşəkkürümüzü bildiririk.
Təşkilati işlərdə göstərdiyi köməyə görə başda 228 nömrəli məktəbin direktoru Azər müəllim və Uşaq təşkilatının rəhbəri Xalidə xanım olmaqla əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk.

03/03/2017

İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmayın.

03/03/2017

Moderator.az - eksklüziv xəbərin ünvanı

03/03/2017

Məktəbdə Musiqi dərslərinin əhəmiyyəti şəksizdir. Gəlin, bu əhəmiyyətin tərkib hissələrini nəzərdən keçirək.

14/02/2017

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

24/01/2017

Şəkil köhnə məktəb dediyimiz 228 saylı tam orta məktəbdə çəkilib. Bu şəkildə azərbaycanlı, rus, ukraynalı, tatar, erməni də var. Indi fikirləşin neçə-neçə insanları yola salıb bu məktəb. Və hələ də yola salır..

Təlimin 3-cü günü: Təlimdə komanda işi və liderlikdən danışıldı. Hətta bugün iştirakçı sayısı çox idi. Təlimin sonunda u...
07/01/2017

Təlimin 3-cü günü: Təlimdə komanda işi və liderlikdən danışıldı. Hətta bugün iştirakçı sayısı çox idi. Təlimin sonunda uşaqlarla birlikdə Mafia oyunu oynanıldı. Sabah isə saat 11:00-da Xəmsə oyunu oynanılacaq və ardından isə İxtisas seçimi ilə bağlı məsələlər danışılacaq. Beləliklə sabah təlimin sonuncu günü olacaq. :)

05/01/2017

Salamlar,hər vaxtınız xeyir

Uzun sürən həsrətdən sonra axır ki, bu həftəsonu qarşınızda olacayıq.Deməli, bazar günü-ayın 8i, keçən həftədən təxirə saldığımız "Xəmsə" yarışı təşkil olunacaqdır.

Qeydiyyat çox sadədir.Komandanızı 5 nəfərdən ibarət olmaq şərtiylə mənə göndərməklə qeydiyyatdan keçə bilərsiniz.Komandanızın adını da yazmağınız şərtdir.Komandası olmayanlar isə bu statusun rəy bölməsinə sadəcə "+" qoyaraq yarış əsnasında formalaşacaq komandalara qoşulacaqlar.

Əgər Cavid Abdullayevin ifasında sualları eşidərək öyrənib,əylənib,biliklərinizi təkminləşdirmək istəyirsinizsə sizi bazar günü saat 13:00-da 228 nömrəli məktəbin akt zalında keçiriləcək yarışa dəvət edirəm.

Xahiş edirəm ki,bilməyənləri də xəbərdar edəsiniz.

Address

Qaradag

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Əliheydər Kazımov adına 228 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category