166 nömrəli məktəb-lisey

166 nömrəli məktəb-lisey Bu səhifə məhtəbimiz haqda məlumat almaq istəyən ve burada baş verən yeniliklərdən xebərdar olmaq istəyen hər kəsi məmnun etmək üçün yaradımışdır.

16/12/2017

Bundan tam 1 il öncə 2016-cı il dekabrin 16-sı Onlar məktəbimizə qədəm basdılar. Sizləri məktəbimizdə görməyə şadıq, əziz dostlarımız! Ad gününüz mübarək!!!

Şagirdlərimizdə idmana, rəqsə və müxtəlif musiqi alətlərinə maraq günbə-gün artır. Bunu nəzərə alaraq onların bu kimi fa...
10/12/2017

Şagirdlərimizdə idmana, rəqsə və müxtəlif musiqi alətlərinə maraq günbə-gün artır. Bunu nəzərə alaraq onların bu kimi faydalı məşğuliyyətlərə marağını daha da artırmaq və həmyaşıdlarına müsbət nümunə olması məqsədilə dərsdənkənar fəaliyyətlərindəki uğurlarını sizinlə paylaşmaq qərarına gəldik. İlk qəhrəmanlarımız isə 3d sinifindən olacaq..

P.S. Güllü müəlliməyə və şagirdlərinə daha böyük uğurlar arzu edirik!!

RƏŞAD MUSAZADƏ-KARATE_II-YER

MURAD ƏHMƏDOV-CUDO_II-YER

AĞASƏNLİ İSMAYIL-RƏQS_FƏXRİ FƏRMAN

VAQİF ALLAHVERDİYEV-RƏQS_FƏXRİ FƏRMAN

KƏNAN MURADOV-QAYDASIZ DÖYÜŞ_III-YER

İndi isə sizə geridə buraxdığımız payız tətilində AZTV kanalının efirində yayımlanmış məktəblilər arasında "Breyn Ring" ...
21/11/2017

İndi isə sizə geridə buraxdığımız payız tətilində AZTV kanalının efirində yayımlanmış məktəblilər arasında "Breyn Ring" intellektual oyununda məktəbimizi sözün əsl mənasında uğurla təmsil edən şagirlərimizin möhtəşəm oyununu təqdim edirik. Şagirdlərimizin sözügedən yarışmaya qeydiyyatından tutmuş hazırlıq mərhələsi və yarış günü də daxil olmaqla yaxından köməklik göstərmiş Məktəblinin Dostu komandamıza bu uğura görə dərin minnətdarlığımızı bildiririk.

09/11/2017
Məktəbimiz məşhurlaşır....i-TV dən sonra bu dəfə arb-TV qonağımız oldu..
03/11/2017

Məktəbimiz məşhurlaşır....i-TV dən sonra bu dəfə arb-TV qonağımız oldu..

Bayraqla bağlı şəkil çək, göndər və müsabiqədə qalib olaraq bizdən hədiyyələr qazan!!!
28/10/2017

Bayraqla bağlı şəkil çək, göndər və müsabiqədə qalib olaraq bizdən hədiyyələr qazan!!!

ŞEİR VƏ MAHNI MÜSABİQƏSİ KEÇİRİLMİŞDİROktyabrın 19-da məktəb-liseyin ibtidai sinif şagirdlərinin iştirakı ilə “Əbədi müs...
22/10/2017

ŞEİR VƏ MAHNI MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR

Oktyabrın 19-da məktəb-liseyin ibtidai sinif şagirdlərinin iştirakı ilə “Əbədi müstəqillik”adlı şeir və mahnı müsabiqəsi keçirildi.I b və III b sinif şagirdlərinin ifasında vətənə,azadlığa və müstəqilliyə həsr olunmuş şeir və mahnılar səsləndirdilər.Sinif rəhbərləri Qarabağlı Xalidə və Qasımova Nüşabə çıxış edərək şagirdlərə bu günün mahiyyəti haqqında ətraflı məlumat verdilər.Sonda müsabiqə qalibləri diplomlarla mükafatlandırıldı.

“ƏLLƏRİN GİGİYENASI” MÖVZUSUNDA MÜHAZİRƏ KEÇİRİLDİOktyabrın 19-da məktəb-liseyin biologiya müəllimi Zeynalova Sevda və t...
22/10/2017

“ƏLLƏRİN GİGİYENASI” MÖVZUSUNDA MÜHAZİRƏ KEÇİRİLDİ

Oktyabrın 19-da məktəb-liseyin biologiya müəllimi Zeynalova Sevda və tibb bacısı Orucova Pərvanə “Əllərin gigiyenası" mövzusunda VI sinif şagirdləri arasında mühazirə oxuyaraq maarifləndirmə işləri apardılar.Tibb bacısı Orucova Pərvanə bir sıra yoluxucu xəstəliklərdən qorunmaq üçün sanitariya-gigiyena və şəxsi gigiyena qaydaları barəsində ətraflı məlumat verdi.Əllərin yuyulma qaydasını şagirdlərə izah etdikdən sonra videoçarx nümayiş etdirildi.

Məktəblinin Dostu komandamız da bu günün sevincini özünəməxsus bir şəkildə balaca balalarımızın dilindən həm məktəbimizi...
18/10/2017

Məktəblinin Dostu komandamız da bu günün sevincini özünəməxsus bir şəkildə balaca balalarımızın dilindən həm məktəbimizin kollektivinə həm də geniş Azərbaycan izləyicisinə orijinal bir videoçarx vasitəsilə çatdırmağa çalışdılar. HÜRRİYYƏTİN MÜBARƏK, AZƏRBAYCAN!!!

MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ "VƏTƏN AZƏRBAYCANDIR" ADLI TƏDBİR KEÇİRİLDİBu gün məktəb-liseyin akt zalındakı bayram ov...
18/10/2017

MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ "VƏTƏN AZƏRBAYCANDIR" ADLI TƏDBİR KEÇİRİLDİ

Bu gün məktəb-liseyin akt zalındakı bayram ovqatı, bayram əhval-ruhiyyəsi bütün məktəbə sirayət etmişdi. Azərbaycan Respublikasının Dövlət Müstəqillik Gününə həsr olunmuş "Vətən Azərbaycandır" adlı bayram tədbiri Azərbaycanın Dövlət Himninin sədaları ilə açıldı. Tədbiri giriş sözü ilə açan Azərbaycan dili və Ədəbiyyat müəllimi Şükürova Gülnarə bu günün mühüm əhəmiyyətindən danışaraq sözü məktəbin direktoru Şəmsi Qocayevə verdi. Şəmsi müəllim dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və məqsədyönlü addımlardan danışaraq bütün müəllim və şagird kollektivini “Müstəqillik günü” münasibətilə təbrik etdi. V və IX sinif şagirdlərinin ifasında səslənən vətən mahnıları, kiçik kompozisiyalar və şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Sonda müstəqillik gününə həsr olunmuş videofilm nümayiş olundu.

METODBİRLƏŞMƏ RƏHBƏRLƏRİ İLƏ İCLAS KEÇİRİLDİOktyabrın 17-də məktəbin direktoru Şəmsi Qocayev fənn metodbirləşmə rəhbərlə...
18/10/2017

METODBİRLƏŞMƏ RƏHBƏRLƏRİ İLƏ İCLAS KEÇİRİLDİ

Oktyabrın 17-də məktəbin direktoru Şəmsi Qocayev fənn metodbirləşmə rəhbərləri ilə iclas keçirdi.İclasda metodbirləşmə rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verdi. O, bütün işlərin kökündə şagirdin nəticəsinin –imtahanların, ali məktəblərə qəbulun, test yoxlaması üzrə monitorinqlərin nəticələrinin, şagirdlərin tərbiyəlilik səviyyəsinin dayandığını bildirdi.Şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə dair tədbirlər hazırlamağı,yaxşı dərs keçməyi, şagirdlərlə daim işləməyi, müəllimlik işinin ağır, məsuliyyətli, ədalətli iş olduğuna görə işlərində məsuliyyətli olmağı tapşırdı.Yeni təyin olunan müəllimlərə pedoqoji istiqamətlər verməyi, müəllimlərin “açıq dərs”lərini təşkil etməyi və qarşılıqlı dərs dinləmələrin təşkilini tapşırdı.Sonda metodik işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər haqqında məlumat verən Şəmsi müəllim kafedra siteminin layihəsinin hazırlanması üçün İşçi qrupunun tərkibini elan etdi. Çıxış edən metodbirləşmə rəhbərləri metodiki işin təşkili sahəsində çatışmazlıq və nöqsanları qeyd edərək məktəb direktorunun tövsiyələri haqqında fikir bildirdilər.

Bügün dostlarımız (Məktəblinin Dostu) şagirdlərimizlə birgə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbimiz...
05/10/2017

Bügün dostlarımız (Məktəblinin Dostu) şagirdlərimizlə birgə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbimizin müəllim kollektivini çox orijinal bir şəkildə təbrik etdilər. Sözləri dostlarımız tərəfindən yazılmış və şagirdlərimizin canlı ifasında səsləndirilən mahnı və dostlarımızın (Nilufar Jafarova) hazırladıqları xüsusi güllər böyük maraqla qarşılandı. Biz də 166 saylı məktəb-lisey olaraq bütün həmkarlarımızı peşə bayramimiz münasibətilə təbrik edir, yenicə qədəm qoyduğumuz tədris ilində hamıya uğurlar arzu edirik. BAYRAMIMIZ MÜBARƏK!!!

Address

Nizami Küçəsi 4
Qaradag

Telephone

0124453407

Website

Alerts

Be the first to know and let us send you an email when 166 nömrəli məktəb-lisey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 166 nömrəli məktəb-lisey:

Shortcuts

Share

Category