320320 nömrəli tam orta ümumtəhsil məktəbi

320320 nömrəli tam orta ümumtəhsil məktəbi Bakı şəhəri 320 nömrəli tam orta ümumtəhsil məktəbi

"Təhsil sadəcə divarlar arasında deyil, təbiətin qoynunda və ailə istiliyində daha gözəldir. 🏫✨  Bu gün 'Film saatı' lay...
23/04/2026

"Təhsil sadəcə divarlar arasında deyil, təbiətin qoynunda və ailə istiliyində daha gözəldir. 🏫✨ Bu gün 'Film saatı' layihəmiz çərçivəsində mənim 'Balaca ulduzlarım' və onların dəyərli valideynləri ilə bir araya gəldik. Bakımızın gözəlliklərini və təbiətin möcüzələrini izlədikdən sonra, bu gözəlliyi öz əllərimizlə yaşatmağa qərar verdik. Yəni uşaqlar valideynləri ilə birlikdə sadəcə film izləmədilər, həm də gələcəyi yaşıllaşdırmaq üçün ilk addımlarını atdılar.
​Bakının gözəlliyindən ilhamlanıb,​valideynlərimizlə birlikdə məktəbimizin həyətində çiçək əkdik. Hər əkilən çiçək, övladlarımızın təbiətə olan sevgisinin və valideyn-övlad birliyinin simvolu oldu.İcma əsaslı məktəbəqədər təhsil qrupumuzda valideyn-müəllim-şagird birliyinin ən gözəl nümunəsini sərgilədik və icma əsaslı məktəbəqədər təhsil olaraq biz bir ailəyik!
​Hər uşaq bir ulduzdur, biz isə onların parlaması üçün birgə çalışırıq. Bu gözəl gün üçün bütün valideynlərimizə təşəkkür edirəm. Müəllim Nəbizadə Aytac"

Milli mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkiliMilli mənəvi dəyərlər, azərbaycançıl...
23/04/2026

Milli mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili

Milli mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə təlimata əsasən, məktəbin musiqi müəllimi Əsədova Aytacın təşkilatçılığı ilə “Qədim xalq çalğı alətləri xalqımızın mənəvi sərvətidir” adlı sinif tədbiri keçirildi. 5E sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi uşaqlarda milli-mənəvi dəyərlərimizə sevgi və hörmət hissinin formalaşdırılması, qədim xalq çalğı alətlərimiz haqqında məlumatların verilməsi idi.
Tədbir zamanı şagirdlərə Azərbaycan xalqının qədim musiqi alətləri olan tar, kamança, saz, nağara, balaban, qaval və digər alətlər barədə geniş məlumat təqdim olundu. Onlara bu alətlərin xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsi olduğu bildirildi.
Şagirdlər musiqi alətlərinin səslərini dinlədilər, onların xüsusiyyətləri ilə tanış oldular və milli musiqimizə böyük maraq göstərdilər. Tədbir boyu şeirlər səsləndirildi, musiqi nömrələri təqdim olundu və uşaqların fəal iştirakı təmin edildi.
Keçirilən tədbir şagirdlərdə milli musiqimizə, qədim xalq çalğı alətlərimizə və mənəvi dəyərlərimizə marağın daha da artırılmasına xidmət etdi.

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə həsr edilmiş tədbir5c sinfində müəllim ...
23/04/2026

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə həsr edilmiş tədbir

5c sinfində müəllim Şükürova Gülnarın təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə həsr edilmiş maarifləndirici tədbir keçirildi. Tədbirdə şagirdlərə azad edilmiş torpaqlarımızın tarixi, mədəni irsi, təbii sərvətləri və aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verildi. Mövzuya uyğun təqdimatlar, şeir nümunələri və çıxışlar dinlənildi. Şagirdlər tədbirdə böyük maraqla iştirak edərək vətənpərvərlik ruhunda fikirlərini bölüşdülər. Tədbirin əsas məqsədi gənc nəslə Qarabağ həqiqətlərini çatdırmaq, onlarda Vətənə sevgi və milli qürur hissini gücləndirmək idi.

Dahi Zəkanın İzləri: Leonardo da Vinciyə Həsr Olunmuş Tədbir6A sinfində kitabxanaçılar Əliyeva Şəfəq və Adgözəlova Kəmal...
22/04/2026

Dahi Zəkanın İzləri: Leonardo da Vinciyə Həsr Olunmuş Tədbir

6A sinfində kitabxanaçılar Əliyeva Şəfəq və Adgözəlova Kəmalə tərəfindən dahi alim və rəssam Leonardo da Vinciyə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlərə Leonardo da Vinçinin həyatı, elmə, incəsənətə və mədəniyyətə verdiyi töhfələr haqqında ətraflı məlumat verildi. Onun məşhur əsərləri, ixtiraları və dünya tarixində xüsusi yeri vurğulandı. Şagirdlər tədbiri maraqla izləyərək mövzu ətrafında fikir mübadiləsi apardılar. Tədbir iştirakçılarda elmə və incəsənətə marağın artırılmasına xidmət etdi.

Leonardo da Vinci irsi ilə tanışlıq6C sinfində təsviri incəsənət müəllimi Rəhimova Ayselin təşkilatçılığı ilə dünya şöhr...
21/04/2026

Leonardo da Vinci irsi ilə tanışlıq

6C sinfində təsviri incəsənət müəllimi Rəhimova Ayselin təşkilatçılığı ilə dünya şöhrətli sənətkar Leonardo da Vinci haqqında maarifləndirici müzakirə keçirildi. Tədbir zamanı şagirdlərə Leonardo da Vincinin həyat yolu, yaradıcılığı, rəssamlıq sahəsində qazandığı uğurlar və elmə verdiyi töhfələr barədə ətraflı məlumat verildi.
Müzakirədə onun məşhur əsərləri, xüsusilə “Mona Liza” və “Sonuncu Şam Yeməyi” tabloları haqqında danışıldı, bu əsərlərin dünya incəsənətində xüsusi yer tutduğu vurğulandı. Eyni zamanda Leonardo da Vincinin yalnız rəssam deyil, həm də alim, mühəndis və ixtiraçı olduğu qeyd edildi.
Şagirdlər tədbir ərzində böyük maraq göstərərək suallar verdilər və tanınmış şəxsiyyətlərin həyat yolunu öyrənməyin əhəmiyyətini dərk etdilər. Tədbir şagirdlərin dünyagörüşünün genişlənməsinə, incəsənətə marağın artmasına və tarixi şəxsiyyətlər haqqında biliklərinin zənginləşməsinə müsbət təsir göstərdi.

21/04/2026

📢 Ümumi təhsil müəssisələrində metodik xidmətin gücləndirilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən “Müasir metodist” layihəsi yeni mərhələyə qədəm qoyub.

📚Layihə çərçivəsində müəllimlərin seçimi, qiymətləndirilməsi və gələcək fəaliyyət istiqamətləri xüsusi meyarlar əsasında müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Azərbaycan müəllimi”nə müsahibəsində layihəyə maraq, seçim mərhələləri və metodistlər üçün əsas tələblər barədə danışıb.

Ətraflı: https://muallim.edu.az/mekteblerde-metodist-vezifesinin-olmasi-en-cox-muzakire-edilen-meselelerdendir-musahibe

Bakı şəhəri 320 nömrəli tam orta ümumtəhsil məktəbində  Pedaqoji Şuranın növbəti iclası keçirilib21 aprel 2026-cı il tar...
21/04/2026

Bakı şəhəri 320 nömrəli tam orta ümumtəhsil məktəbində Pedaqoji Şuranın növbəti iclası keçirilib

21 aprel 2026-cı il tarixində keçirilmiş Pedaqoji Şuranın iclasında gündəlikdə olan məsələlər zəif nəticə göstərən şagirdlərlə işin təşkili və 11-ci sinif şagirdlərinin “Son zəng” tədbirinin təşkili və cari məsələlər idi.

İclasda məktəb rəhbərliyi, müəllimlər və 11-ci sinfin valideyn komitələri iştirak etmişlər.

İclas zamanı tədbirin təşkili ilə bağlı təlimat diqqətə çatdırılmış ,məzunlar üçün geyim forması vahid geyim (dress-kod) tətbiqi ,geyimin ağ-qara məktəbli formasına uyğun olması, təşkilati məsələlər, eləcə də tədbir zamanı istifadə olunacaq resurslarla bağlı müzakirə edilmişdir.

Eyni zamanda, valideynlər tədbirin təşkili ilə bağlı bütün məsələlərə dəstək göstərdiklərini, hər hansı narazılıqlarının olmadığını bildirmiş, qəbul edilən qərarlarla razılaşdıqlarını təsdiq etmişlər.

İclasın yekununda qəbul edilən qərarlar aktlaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır.

20/04/2026




SAĞLAM AİLƏMəktəb psixoloqu Məhərrəmova Əfsanə tərəfindən şagirdlər üçün keçirilən “Sağlam ailə” təliminin məqsədi şagir...
20/04/2026

SAĞLAM AİLƏ

Məktəb psixoloqu Məhərrəmova Əfsanə tərəfindən şagirdlər üçün keçirilən “Sağlam ailə” təliminin məqsədi şagirdlərdə sağlam ailə anlayışını formalaşdırmaq, ailə üzvləri arasında hörmət, sevgi və düzgün ünsiyyətin əhəmiyyətini aşılamaq, onların gələcəkdə sağlam münasibətlər qurmasına psixoloji zəmin yaratmaq.
Təlim məktəbin şagirdləri üçün nəzərdə tutulmuş və onların yaş xüsusiyyətlərinə uyğun şəkildə təşkil edilmişdir. Təlim zamanı ailə dəyərləri, valideyn-övlad münasibətləri, qarşılıqlı anlayış, empatiya, məsuliyyət hissi və konfliktlərin düzgün həlli yolları izah olunmuşdur. Şagirdlərin fəal iştirakı təmin edilmiş, sual-cavab, müzakirə və nümunələr üzərindən interaktiv yanaşma tətbiq olunmuşdur.
Təlim nəticəsində şagirdlər sağlam ailə münasibətlərinin əsas prinsiplərini mənimsəmiş, ailədaxili ünsiyyət və davranış qaydaları barədə məlumatlarını artırmış, həmçinin gündəlik həyatlarında daha düzgün və məsuliyyətli davranış sərgiləmək bacarığı əldə etmişlər.

Milli mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili Milli mənəvi dəyərlər, azərbaycançı...
20/04/2026

Milli mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili

Milli mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə təlimata əsasən, məktəbin musiqi müəllimi Bilalzadə Xanımın təşkilatçılığı ilə “Qədim xalq çalğı alətləri hər bir xalqın mənəvi dəyəridir” adlı sinif tədbiri keçirildi. 7A sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi uşaqlarda milli-mənəvi dəyərlərimizə sevgi və hörmət hissinin formalaşdırılması, qədim xalq çalğı alətlərimiz haqqında ilkin məlumatların verilməsi idi.
Tədbir zamanı uşaqlara Azərbaycan xalqının qədim musiqi alətləri olan tar, kamança, saz, nağara, balaban, qaval və s. alətlər haqqında məlumat verildi. Onlara bu alətlərin xalqımızın mədəni irsinin ayrılmaz hissəsi olduğu izah edildi.
Uşaqlar musiqi alətlərinin səsləri ilə tanış oldular, onların adlarını öyrəndilər və milli musiqimizə maraq göstərdilər. Tədbir boyu şeirlər səsləndirildi, musiqi nümunələri dinlənildi və uşaqların fəal iştirakı təmin olundu.
Keçirilən tədbir uşaqlarda milli musiqimizə, qədim xalq çalğı alətlərimizə və mənəvi dəyərlərimizə marağın artırılmasına xidmət etdi.

Fəaliyyət planına uyğun olaraq sistemli dərs müşahidələri davam etdirilir.Məktəbdə tədris prosesinin keyfiyyətinin yüksə...
20/04/2026

Fəaliyyət planına uyğun olaraq sistemli dərs müşahidələri davam etdirilir.

Məktəbdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin pedaqoji fəaliyyətinin təhlili və şagird nailiyyətlərinin artırılması məqsədilə rəhbərlik tərəfindən müxtəlif siniflərdə dərsdinləmələr təşkil edilmişdir. Dərsdinləmələr zamanı dərslərin məzmun standartlarına uyğunluğu, müəllimlərin təlim strategiyalarından istifadə bacarığı, şagirdlərin dərsə cəlb olunma səviyyəsi və qiymətləndirmə mexanizmləri diqqət mərkəzində saxlanılmışdır.
Dərs müşahidələrinin qeydiyyatı aparılır.

Zəif nəticə göstərən şagirdlərin irəliləyişlərini yoxlamaq üçün Azərbaycan dili və Riyaziyyat fənləri üzrə monitorinq ap...
17/04/2026

Zəif nəticə göstərən şagirdlərin irəliləyişlərini yoxlamaq üçün Azərbaycan dili və Riyaziyyat fənləri üzrə monitorinq aparılmışdır.

17.04.2026-cı il tarixində ikinci və üçüncü siniflərdə zəif nəticə göstərən şagirdlərin irəliləyişlərini yoxlamaq üçün Azərbaycan dili və Riyaziyyat fənləri üzrə monitorinq aparılmışdır. Monitorinq zamanı onların nəticələri, davranışları və iştirak səviyyələri qeydə alınmışdır. Bu məlumatlar əsasında növbəti addımların planlaşdırılması nəzərdə tutulur.

Address

Müşviqabad Qəsəbəsi, Şamaxı Yolu 67
Qaradag

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when 320320 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 320320 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category