B.Əmirov adına Qalagah kənd tam orta məktəbi

B.Əmirov adına Qalagah kənd tam orta məktəbi B.Əmirov adına Qalagah kənd tam orta ümumtəhsil məktəbi

İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həm...
24/08/2026

İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
“Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şövkət Miromonoviç Mirziyayev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyayevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb. Artıq qeyd etdiyim kimi, dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin yüksək inkişaf tempini əyani şəkildə nümayiş etdirir.
Özbəkistan lideri, əziz qardaşım, hörmətli Şövkət Miromonoviç Mirziyayevin müdrik rəhbərliyi ilə ölkənin kompleks şəkildə inkişafı və tərəqqisi, həmçinin beynəlxalq nüfuzunun davamlı surətdə möhkəmlənməsi və bütün əsas sektorlarda əhəmiyyətli uğurlara nail olunması istiqamətində ardıcıl həyata keçirilən genişmiqyaslı fəaliyyət səmimi hörmət və dərin məmnunluq hissi doğurur. Bütün bunlar Prezidentin düşünülmüş siyasətinin, strateji vizyonunun və Vətənə sevgisinin, həmçinin səmərəli dövlət idarəçiliyinin nəticəsidir.
2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”

Cənab Prezidentin Naxçıvana 17-ci səfəri çərçivəsində verdiyi mesajların əsas qayəsini muxtar respublikanın dayanıqlı və...
15/08/2026

Cənab Prezidentin Naxçıvana 17-ci səfəri çərçivəsində verdiyi mesajların əsas qayəsini muxtar respublikanın dayanıqlı və hərtərəfli inkişafının təmin olunması təşkil edir. Dövlət başçısının açıqlamalarından aydın olur ki, Naxçıvanın inkişafı

daha geniş coğrafiyanın iqtisadi, nəqliyyat və enerji imkanlarına təsir göstərəcək strateji prosesdir.

Naxçıvanın strateji coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biridir: “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.”

Bu mesaj Azərbaycanın Naxçıvanın təhlükəsizliyinə verdiyi strateji əhəmiyyətin aydın göstəricisidir. Müdafiə imkanlarının müasir tələblərə uyğunlaşdırılması, hərbi potensialın gücləndirilməsi və təhlükəsizlik infrastrukturunun inkişaf etdirilməsi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Naxçıvanın gələcək inkişafında sənaye və enerji sektorunun xüsusi çəkisi olacaq. Yeni Sənaye Parkının təməlinin qoyulması regionda istehsal imkanlarının genişləndirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması və iqtisadi fəallığın yüksəldilməsi baxımından mühüm addımdır.

Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə layihənin strateji əhəmiyyətini daha da artırır. Cənab Prezidentin söylədiyi kimi “bu layihə həm Naxçıvanın dayanıqlı enerji təminatına, həm də gələcəkdə elektrik enerjisi ixracına imkan yaradacaq.”

Bununla yanaşı, Naxçıvanın Günəş enerjisi potensialından geniş istifadə edilməsi də qarşıdakı dövrün əsas istiqamətlərindəndir. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Naxçıvanda Günəş enerjisi istehsalının gələcəkdə ən azı 500 meqavata, potensial olaraq isə 1000 meqavata çatdırılması regionun Azərbaycanın yaşıl enerji strategiyasında mühüm yer tutacağını göstərir.

Beləliklə, Naxçıvanın enerji ixrac edən mühüm mərkəzlərdən birinə çevrilməsi üçün geniş imkanlar yaranır.

Naxçıvanın gələcək inkişafında nəqliyyat-kommunikasiya layihələri də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizi regionun strateji əhəmiyyətini daha da artıracaq əsas layihələrdən biridir.

Cənab Prezidentin qeyd etdiyi kimi, “bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən strateji nəqliyyat bağlantısı olmaqla yanaşı, daha geniş regional nəqliyyat sisteminin mühüm hissəsinə çevriləcək.”

Azərbaycanın əsas hissəsində Horadiz–Ağbənd istiqamətində avtomobil və dəmir yolu layihələrinin həyata keçirilməsi, Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun bərpası üzrə işlərin davam etdirilməsi gələcəkdə regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Xüsusilə Naxçıvan dəmir yolunun gələcəkdə 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması bölgənin regional tranzit qovşağına çevrilməsi üçün böyük iqtisadi potensial yaradır. Cənab Prezidentin bəyan etdiyi kimi: “Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək.”

Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi onun regional iqtisadi əhəmiyyətini daha da artırır. Eyni zamanda, Zəngəzur dəhlizi üzrə elektrik xətlərinin, fiber-optik kabellərin və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturlarının yaradılması imkanlarının nəzərdən keçirilməsi layihənin sadəcə nəqliyyat deyil, geniş geoiqtisadi əhəmiyyət daşıdığını göstərir.

Naxçıvana səfər zamanı regionun tarixi-mədəni irsinə də xüsusi diqqət yetirilib. Möminə Xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər dövlətin tarixi abidələrin qorunmasına və milli-mədəni irsin gələcək nəsillərə çatdırılmasına münasibətinin göstəricisidir. Tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və mədəni irsin gələcək nəsillərə ötürülməsi də inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Naxçıvanın inkişaf strategiyasında sosial məsələlər də əsas prioritetlər sırasında yer alır. Səfər zamanı DOST Mərkəzinin açılışı, “ASAN xidmət”in fəaliyyəti, yeni elektrik avtobuslarının təqdimatı, şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması ilə bağlı qərarlar vətəndaşların gündəlik həyatının daha da yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlardır.

Bu layihələrin əsas məqsədi dövlət xidmətlərinin əlçatanlığının artırılması, müasir nəqliyyat imkanlarının genişləndirilməsi və insanların rahatlığının təmin olunmasıdır.

Cənab Prezidentin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri də Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsidir.

Dövlət başçımız bildirdi ki,“Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir.”

Bu yanaşma gələcəkdə üç region arasında iqtisadi, nəqliyyat, enerji və sosial əlaqələrin daha da gücləndirilməsi üçün mühüm imkanlar yaradır.

Qarabağ və Şərqi Zəngəzur kimi Naxçıvanın da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

Səfər zamanı diqqət yetirilən məsələlərdən biri də Naxçıvanda idarəetmə sisteminin təkmilləşdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modelinin Naxçıvanda da tətbiqi idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasına xidmət edir.

Burada əsas məqsəd muxtar respublikanın statusunu qorumaqla idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, kadr və struktur islahatlarının regionun inkişaf hədəflərinə uyğun qurulmasıdır.

Dövlət başçısının mesajları Naxçıvanın qarşıdakı illərdə yeni iqtisadi, sosial və strateji inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi.
Naxçıvanın təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial inkişaf baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soyd...
03/08/2026

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlayıb.

Dili, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır.

Məlum olduğu kimi, Cümhuriyyət dövründə (1918) Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmadı. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili respublikada dövlət dili kimi təsbit edildi.

Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, bu proses başa çatdı. 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi.

2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı.

Fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılaraq ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını reallaşdırdı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi.

Beləliklə, on ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi...

Artıq iyirmi bir ildir bu əlamətdar günü qeyd edirik. Neçə belə illərə... Ana dilimizin və əlifbamızın bayramı mübarək!...

Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Ş...
31/07/2026

Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb. Qərarda dövlətlərarası münasibətlərdə əldə olunmuş müttəfiqlik səviyyəsi xüsusi qeyd edilir, iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanır. Həmçinin qırğız tərəfdaşların və sərmayəçilərin Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində iştirakı yüksək qiymətləndirilir.
Bundan başqa, hər iki ölkənin sahibkarları arasında tərəfdaşlıq münasibətlərinin qurulmasının, ixrac imkanları barədə məlumat mübadiləsinin və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin həyata keçirilməsinin fəal şəkildə təşviq edilməsi yolu ilə iqtisadi-ticari və sərmayə əməkdaşlığının gələcək inkişafı üzrə zəruri tədbirlərin görülməsi, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dolları məbləğinədək artırılması, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflərin verilməsi, eyni zamanda, Qırğız Respublikasına qarşılıqlı faydalı şərtlərlə neft və neft məhsullarının müntəzəm tədarükünün təşkilinə dair tapşırıqlar verilib
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf yolu keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin strateji məzmununu daha da gücləndirib.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İclasın yekununda imzalanan Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarında iki ölkə arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsinin xüsusi vurğulanması Azərbaycan-Qırğızıstan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu, tərəflərin yalnız siyasi məsələlərdə deyil, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, humanitar əməkdaşlıq və təhlükəsizlik kimi istiqamətlərdə də uzunmüddətli və sistemli tərəfdaşlıq qurmaq niyyətini əks etdirir.

Azərbaycan Almaniya ilə çox mühüm sənəd imzaladı. Bu sənəd "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası ...
22/07/2026

Azərbaycan Almaniya ilə çox mühüm sənəd imzaladı. Bu sənəd "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" adlanır.
Bu Bəyannamə Azərbaycan-Almaniya xəttində hər iki tərəfdən qazanılmış ən böyük diplomatik uğur hesab oluna bilər. Çünki Almaniya təkcə Avropa İttifaqında deyil, bütövlükdə Avropada ən böyük iqtisadiyyatdır - 2025-ci ildə bu rəqəm 4,9-5 trilyon ABŞ dolları həcmindədir. Sonrakı yerləri Böyük Britaniya və Fransa tutur. Almaniya Avropa İttifaqında da Fransa ilə birlikdə lokomotiv rolunu oynayır. Almaniya iqtisadi baxımdan dünyada ABŞ və Çindən sonra üçüncü yerdə gəlir. Bu, Azərbaycan üçün çox böyük tərəfdaşlıq potensialı deməkdir.

Azərbaycanın xarici ticarətinin az qala 40-dən çoxunu Avropa İttifaqı ilə ticarət təşkil edir. Almaniyanın isə Aİ UDM-indəki payı 25 faizdir. Ancaq Azərbaycanın Aİ ilə ticarətində Almaniyanın payı cəmi 7 faizdir. Bu ölkənin Azərbaycanın xarici ticarətindəki payı isə cəmi 3 faizə yaxın olub. Bunlar 2025-ci ilin göstəriciləridir. 2026-cı ildə isə bu rəqəm artacaq. Çünki cari ildən Azərbaycan Almaniyaya qaz ixrac etməyə başlayıb.

Alman mediasının və və analitik mərkəzlərinin də materiallarında diqqət yetirilən əsas məqamlardan biri də budur - Azərbaycan Almaniyanın, bütövlükdə Avropanın enerji bazarında öz mövqelərini daha da möhkəmləndirir. Alman mediası yazır ki, illik 1,5 milyard kubmetr qaz tədarükü haqqında razılaşma var. Ümumiyyətlə, söhbət 10 illik kontraktdan gedir. Qərbi Asiyada - ABŞ və İsraillə İran arasında, İranla körfəz ölkələri arasında silahlı qarşıdurmalar və Rusiya-Ukrayna müharibəsinin daha şiddətli fazaya daxil olması artıq acı reallıqlardır. Hörmüz boğazında yaranmış vəziyyət də məlumdur. Bu kontekstdə Azərbaycanın Avropa enerji bazarında rolu artır. Azərbaycan Prezidenti Almaniya səfərində həm siyasi münasibətlərdə, həm enerji diplomatiyasında uğurlu gedişlər elədi. Bunu kimsə dana bilməyəcək.

Bəli, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollardır. Ancaq indiki potensiala baxdıqda, bu, çox kiçik rəqəmdir. Artıq, dediyim kimi, bu ildən həmin göstərici sürətlə yüksələcək.

Səfərin siyasi tərəfinə diqqət etsək, Almaniya ilə imzalanan ikitərəfli Tərəfdaşlığ üçün Strateji Gündəlik haqqında birgə bəyannamədə ən diqqətçəkən məqamlardan biri odur ki, Almaniya Azərbaycanın Aİ ilə münasibətlərinə strateji dəstək verir. Bu, çox önəmli dəstək mesajıdır. Niyə?! Çünki Almaniya Aİ büdcəsinin 25 faizini təmin edir. Eyni zamanda Aİ rəhbər strukturunda ən çox say nisbəti ilə təmsil olunur. Avropa Parlamentində 96 deputat yeri Almaniyaya məxsusdur. Bu, AP-də bir ölkənin ala biləcəyi ən çox mandatdır.

Doğrudur, Azərbaycan AP ilə münasibətləri dayandırıb. Bu da həmin qurumun son beş ildə Azərbaycanın əleyhinə 13 qətnamə qəbul etməsi ilə bağlıdır. Xatırladım ki, bu faktı IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev özü söyləmişdi. O, Avropa Komissiyası, Avropa İttifaqı Şurası kimi strukturlarla münasibətlərin bərpa və inkişaf etdiyini, ancaq AP ilə, eləcə də, Avropa Şurası Parlament Assambleyası ilə əlaqələrin böhran keçirdiyini vurğulamışdı. Avropa İttifaqı, Avropa təsisatları ilə münasibətlərdə Azərbaycan differensial - praqmatik yanaşma nümayiş etdirir. Bununla da Ali Baş Diplomat adlandırdığım dövlət başçısı və onun diplomatiya komandası Avropada yenə də yüksək klass göstərmiş oldu.

Buna misal olaraq, sözügedən Birgə Bəyannamədə Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair 8 avqust 2025-ci il Vaşinqton razılaşmalarına dəstək ifadə olunur. Bəzi böyük dövlətlərin, o cümlədən, Cənubi Qafqazın qonşuluğundakı aktorların bu razılaşmalara susqunluq göstərdiyi, ya da dilucu münasibət bildirdiyi halda Almaniya bölgədə sülhə yüksək səviyyəli sənədlə dəstəyini göstərir.

Bu səfəri və imzalanan sənədləri uzun-uzadı incələmək və təhlil etmək olar, bu, həm də lazımdır. Yekun olaraq, onu deyə bilərik: Prezident İlham Əliyevin Almaniya səfərində aparılmış danışıqlar və imzalanmış sənədlər təkcə Azərbaycanın tarixində çox mühüm hadisələr kimi qalacaq. Bu, Azərbaycanın Avropa ilə, o cümlədən, Almaniya Federativ Respublikası ilə münasibətlərdə çox ciddi dönüş nöqtəsidir. Bu, strateji diplomatiyanın çox maraqlı və tərəflərə çox faydalı nəticəsi kimi yadda qalacaq. Əvvəlki dövrlərdə kimlərsə Avropanın pəncərəsini Azərbaycanın üzünə qapamaq qəflətinə düşmüşdü. İndi isə Avropa özü öz qapılarını Azərbaycan üçün taybatay açır. Bu, artıq danılmaz gerçəklikdir. Prezidentin yüksək səviyyəli qarşılanma mərasimində səslənən dövlət himnlərinin və təntənəli marşın hasar arxasından gələn qışqırıqları susdurması da ayrıca rəmzi xarakter daşıyırdı. Prezidentin köməkçisi Hikmət Hacıyevin davranışı da bu səslərin susdurulması baxımından çox maraqlı və kəsərli idi...
Tezis Almaniya ilə Azərbaycan arasında imzalanmış sənədlər

Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-dən başlanır. Həmin gün böyük maarifçi, alim və publisist Həsən...
22/07/2026

Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-dən başlanır. Həmin gün böyük maarifçi, alim və publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr edilən “Əkinçi” qəzetinin ilk nömrəsi çap olundu. Bu qəzet təkcə ilk milli mətbuat orqanı deyil, həm də xalqın maariflənməsi, milli şüurun formalaşması və ana dilinin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri idi. Məhz buna görə də “Əkinçi” Azərbaycan milli mətbuatının təməl daşı hesab olunur.

XIX əsrin ikinci yarısında Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Həmin dövrdə əhalinin böyük hissəsi savadsız idi, ana dilində mətbuat isə demək olar ki, yox idi. Həsən bəy Zərdabi bu vəziyyəti dəyişmək, xalqı elmə, təhsilə və yeniliyə təşviq etmək məqsədilə böyük çətinliklərə baxmayaraq “Əkinçi” qəzetini yaratdı. O, inanırdı ki, xalqın tərəqqisi yalnız maariflənmə və bilik yolu ilə mümkündür.

“Əkinçi” qəzeti sadə və anlaşıqlı Azərbaycan dilində yazılırdı. Bu da qəzetin geniş oxucu kütləsi tərəfindən qəbul edilməsinə şərait yaradırdı. Qəzetdə kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və gündəlik həyatla bağlı məqalələr dərc olunurdu. Həsən bəy Zərdabi insanların faydalı biliklər əldə etməsini, yeni əkinçilik üsullarını öyrənməsini, sağlam həyat tərzi sürməsini və cəmiyyətin inkişafında fəal iştirak etməsini istəyirdi.

“Əkinçi” yalnız kənd təsərrüfatından bəhs edən qəzet deyildi. O, milli birlik, vətən sevgisi, ana dilinin qorunması və milli-mənəvi dəyərlərin yaşadılması kimi mühüm məsələləri də diqqət mərkəzində saxlayırdı. Qəzet insanları düşünməyə, elm öyrənməyə və cəmiyyətin problemlərinə biganə qalmamağa çağırırdı. Bu baxımdan “Əkinçi” maarifçilik hərəkatının əsas tribunasına çevrilmişdi.

Qəzetin fəaliyyəti müxtəlif çətinliklərlə müşayiət olunurdu. Maddi imkanların məhdudluğu, oxucu sayının azlığı və senzura “Əkinçi”nin işini çətinləşdirirdi. Buna baxmayaraq, Həsən bəy Zərdabi öz məqsədindən dönmədi və böyük fədakarlıq göstərərək qəzeti yaşatmağa çalışdı. Lakin çar hakimiyyətinin təzyiqləri nəticəsində “Əkinçi” 1877-ci ildə fəaliyyətini dayandırmağa məcbur oldu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, onun Azərbaycan cəmiyyətinə təsiri çox böyük oldu.

“Əkinçi”dən sonra Azərbaycanda “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Füyuzat” kimi qəzet və jurnallar nəşr olunmağa başladı. Bu mətbuat orqanları Həsən bəy Zərdabinin başladığı maarifçilik yolunu davam etdirərək milli mətbuatın inkişafına mühüm töhfələr verdilər. Beləliklə, “Əkinçi” Azərbaycan mətbuat məktəbinin əsasını qoydu və gələcək nəşrlər üçün örnək oldu.

Bu gün Azərbaycanda hər il 22 iyul – Milli Mətbuat Günü kimi qeyd edilir. Bu tarix “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü günə həsr olunmuşdur. Bu gün ölkəmizdə yüzlərlə qəzet, jurnal, televiziya kanalı və internet informasiya resursu fəaliyyət göstərir. Müasir Azərbaycan mediasının formalaşmasında “Əkinçi”nin tarixi rolu və Həsən bəy Zərdabinin xidmətləri daim yüksək qiymətləndirilir.

Nəticə etibarilə, “Əkinçi” qəzeti milli mətbuat yolunda atılmış ilk və ən mühüm addımdır. Bu qəzet xalqın maariflənməsinə, milli özünüdərkin güclənməsinə, ana dilinin inkişafına və milli jurnalistikanın formalaşmasına misilsiz töhfə vermişdir. Həsən bəy Zərdabinin yaratdığı bu irs bu gün də Azərbaycan mətbuatının inkişafında mühüm əhəmiyyət daşıyır və gələcək nəsillər üçün örnək olaraq yaşayır.
Əkinçi” qəzeti – milli mətbuat yolunda atılan ilk addım

53 ölkədən 160 qonağın, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrinin, 60-dan artıq media qurumunun, bu sahədə fəali...
16/07/2026

53 ölkədən 160 qonağın, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrinin, 60-dan artıq media qurumunun, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilatın və təsisatın iştirak etdiyi, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu başa çatdı. Forumda cənab İlham Əliyevin çıxışı və tədbir iştirakçılarının suallarına cavabı Azərbaycan haqqında dolğun məlumatların əldə edilməsində zəngin mənbə oldu. Hazırkı dövrün çağırışları barədə geniş məlumat verən dövlətimizin başçısı Türk və İslam dünyasının birliyindən, həmrəyliyindən danışdı. “Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib” söyləyən cənab İlham əliyev bildirdi ki, biz gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə Toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq. O da qeyd edildi ki, bizim rolumuz hər zaman konstruktiv və nəticəyönümlü olmuş, gərginliyin azaldılmasına hesablanmışdır. Azərbaycanın rolu hər zaman yüksək qiymətləndirilib. Biz müxtəlif dövrlərdə müxtəlif aktorların iştirakı ilə vacib rol oynamışıq: “Yeri gəlmişkən, biz bu imkanlarımızı Qoşulmama Hərəkatına sədrliyimiz dövründə nümayiş etdirdik. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının üzvləri həm də Qoşulmama Hərəkatının üzvləridir. 120 ölkəni birləşdirən Hərəkat Azərbaycanın sədrliyini tam dəstəklədi. Biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçildik. Üstəlik, sədrliyimizin müddəti də bütün ölkələrin yekdil qərarı ilə daha bir il uzadıldı. Bu, bir-birindən uzaq mövqelərdə dayanan tərəfləri yaxınlaşdırmaq istiqamətində oynadığımız müsbət rolun yüksək qiymətləndirilməsinin bariz nümunəsi idi. Məhz bu potensial COP29-a sədrliyimiz dövründə mühüm qərarların razılaşdırılmasında da bizə böyük dəstək oldu. Bu, daha mürəkkəb bir proses idi. Çünki tamamilə fərqli baxışlar, ziddiyyətli mövqelər və ciddi fikir ayrılıqları mövcud idi. Lakin buna baxmayaraq, biz buna nail olduq”. Cənab İlham Əliyev xarici siyasət uğurlarımızın tərkib hissəsi olaraq Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan münasibətlərindən də bəhs etdi. Qeyd edək ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan-Türkiyə ilə yanaşı, Azərbaycan-Pakistan qardaşlığının da nümunəsinin şahidi oldu. Dövlətimizin başçısı “Sizin Türkiyə xalqına mesajınız nə olardı” sualına cavab olaraq qeyd etdi ki, bilirsiniz, Türkiyə və Azərbaycan kimi iki ölkəyə mesaj yalnız dostluq və qardaşlıqdır. Onlar dünyanın bütün ölkələrini götürsək belə, ən yaxın ölkələrdir. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız. Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı. Bir sözlə, biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. Əgər bizlərdən kiməsə xoşagəlməz və ya p*s hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar. Bu illər ərzində Azərbaycanın haradan-haraya gəldiyini xalqımızın da yaxşı bildiyini önə çəkən dövlətimizin başçısı bu məqamı da diqqətə çatdırdı ki, müraciətlərim məzmunca fərqli olsa da, deyə bilərəm, onların ana xətti dəyişməz olaraq qalır ki, biz ancaq özümüzə güvənə bilərik. Birlik heç vaxt sarsılmamalıdır: “Nə üçün mən bunu deyirəm? Bəlkə də bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik - həm qəlbən, həm də necə deyərlər, fikir olaraq. Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün”. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, IV Şuşa Qlobal Media Forumunun əhatə etdiyi “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu mövcud beynəlxalq vəziyyət fonunda xüsusi aktuallıq kəsb etdi. Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr, informasiya manipulyasiyaları, rəqəmsal platformalarda yayılan dezinformasiyalar göstərir ki, medianın cəmiyyətlər arasındakı münasibətlərə təsiri daha da artır.
[16.07, 08:06] Ziyeddin QASİMOV: Tezis birinci olan :Forum artıq beynəlxalq xarakter daşıyır ola
[16.07, 08:08] Ziyeddin QASİMOV: Avropa İttifaqı artıq uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan-Slovakiya əlaqələri uğurla inkişaf edir.

Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir. Bu baxımdan keçən il mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də xüsusi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir”. səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq.

Prezident cənab İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanat və bəyanat zamanı səsləndirdiyi fikirlər iki dost ölkə arasında gələcək inkişaf prosesinə yeni təkan verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. Dövlətimizin Başçısı qeyd etdi ki, "Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq." Müstəqil siyasət yürüdən Azərbaycanın regional, eləcə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri siyasi iradəsinin göstəricisidir. Azərbaycanın bir çox dünya dövlətləri ilə qurduğu münasibətlər qarşılıqlı etimada əsaslanır. Müasir dünyamızda bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır.

Address

Qalagah

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

202871214

Website

Alerts

Be the first to know and let us send you an email when B.Əmirov adına Qalagah kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to B.Əmirov adına Qalagah kənd tam orta məktəbi:

Shortcuts

Share