Nərimanabad qəsəbə V.Hüseynov adına 1nömrəli tam orta ümumtəhsil məktəb

Nərimanabad qəsəbə V.Hüseynov adına 1nömrəli tam orta ümumtəhsil  məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nərimanabad qəsəbə V.Hüseynov adına 1nömrəli tam orta ümumtəhsil məktəb, Elementary School, Nərimanabad, Port-Ilic.

Lənkəran rayonu Vasif Hüseynov adına Nərimanabad qəsəbə 1nömrəli tam orta ümumtəhsil məktəb - Azərbaycan Respublikasının Lənkəran rayonunda ümumi təhsil müəssisəsi

Bu gün Vasif Hüseynov adına Nərimanabad qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində 2026–2027-ci tədris ilinin ilk d...
15/09/2026

Bu gün Vasif Hüseynov adına Nərimanabad qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində 2026–2027-ci tədris ilinin ilk dərs günü böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olundu. 🇦🇿
🎓 İlk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr edildi. Dərslər zamanı şagirdlərimiz ölkəmizdə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən layihələr, müasir şəhər mühiti və milli memarlıq irsimiz haqqında məlumatlandırıldılar.
Yeni tədris ilinin bütün şagirdlərimiz, müəllimlərimiz və valideynlərimiz üçün uğurlu, məhsuldar və yaddaqalan olmasını arzulayırıq!
Yeni tədris ili uğurlu olsun!

03/09/2026
13.06.2026-cı il tarixində Vasif Hüseynov adına Nərimanabad qəsəbə 1nömreli tam orta ümumtəhsil məktəbində 11-ci siniflə...
13/06/2026

13.06.2026-cı il tarixində Vasif Hüseynov adına Nərimanabad qəsəbə 1nömreli tam orta ümumtəhsil məktəbində 11-ci siniflər üçün "Son Zəng" çalınıb.Məktəbi bitirən bütün 11-inciləri təbrik edir və gələcək həyatlarında uğurlar arzu edirik.

🎯 Məktəbimizdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon üzrə təhsil sektorunun əməkdaşla...
11/06/2026

🎯 Məktəbimizdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon üzrə təhsil sektorunun əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, IX və X sinif şagirdləri, onların valideynləri, eləcə də pedaqoji heyət ilə görüş təşkil edilib.

Görüş zamanı fəaliyyətə başlayacaq məktəblər, həmin məktəblərdə tətbiq olunacaq təmayül tədris modeli, tədris ediləcək fənlər, şagird qəbulu və müəllim seçimi prosesi barədə ətraflı məlumat verilib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ilə bağlı ətraflı müzakirələr aparılıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və təmayül tədris modelinin tətbiq ediləcəyi aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edildi.

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

Bu gün məktəbimizin dəhlizləri hər zamankından daha canlı, daha rəngarəng idi! Çünki bu gün gələcəyimiz, ümidimiz olan u...
01/06/2026

Bu gün məktəbimizin dəhlizləri hər zamankından daha canlı, daha rəngarəng idi! Çünki bu gün gələcəyimiz, ümidimiz olan uşaqların günüdür.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə keçirilən bayram şənliyindən ən şirin, ən səmimi anları sizinlə bölüşürük. Şagirdlərimizin gözlərindəki o saf sevinci görmək bizim üçün ən böyük mükafatdır.
Qoy üzünüzdəki təbəssüm, qəlbinizdəki günəş heç vaxt sönməsin, əziz uşaqlar! Sizi çox sevirik!

Məktəbimizdə fəaliyyət göstərən peşə təmayüllü siniflər,11 p praktik dərsdə.
31/05/2026

Məktəbimizdə fəaliyyət göstərən peşə təmayüllü siniflər,11 p praktik dərsdə.

🇦🇿  “28 May – Müstəqillik Günü”   28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdə...
27/05/2026

🇦🇿 “28 May – Müstəqillik Günü”

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatında böyük tarixi hadisə kimi yer almışdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir.

Məktəbimizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi insan hüq...
22/05/2026

Məktəbimizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqlarının təbliği, şagirdlərdə hüquqi biliklərin artırılması və vətəndaşların öz hüquqları barədə məlumatlılığının gücləndirilməsi olmuşdur.
Tədbirdə çıxış edən məktəbin psixoloqu G.Memmedova insan hüquqlarının cəmiyyətdəki əhəmiyyəti, hər bir şəxsin hüquq və vəzifələri, uşaqların təhsil, sağlamlıq və təhlükəsizlik hüquqları barədə ətraflı məlumat vermişdir.
Sonda sagirdlərlə hüquqi mövzularda fikir mübadiləsi aparılmışdır

"Oxu klubu" şagirdlərdə mütaliə vərdişini inkişaf etdirmək, tənqidi düşünmə və müzakirə bacarıqlarını gücləndirmək məqsə...
19/05/2026

"Oxu klubu" şagirdlərdə mütaliə vərdişini inkişaf etdirmək, tənqidi düşünmə və müzakirə bacarıqlarını gücləndirmək məqsədi daşıyır. Şagirdlərin sosial aktivlini artırır.
" Fikir Karvanı " oxu klubunun üzvləri ilə bu gün "Kitabı necə oxumalı" sorğusu keçirildi və müzakirə olundu

📌 Məktəbimizdə maarifləndirici film nümayişi keçirilibMəktəbimizin 2-ci sinfində milli-mənəvi dəyərlərin və azərbaycançı...
19/05/2026

📌 Məktəbimizdə maarifləndirici film nümayişi keçirilib
Məktəbimizin 2-ci sinfində milli-mənəvi dəyərlərin və azərbaycançılıq ideologiyasının təbliği məqsədilə “Sehirli Xalat” filminin nümayişi təşkil olunub.
Film nümayişi zamanı şagirdlərdə filmdə təqdim olunan obrazlar və hadisələr ətrafında fikir mübadiləsi həyata keçirilib.
Şagirdlər filmdən aldıqları mənəvi mesajların onların dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd ediblər. Tədbirin əsas məqsədi şagirdlərdə milli kimlik, vətənə bağlılıq və mənəvi dəyərlərə hörmət hissinin daha da gücləndirilməsi olub.

Address

Nərimanabad
Port-Ilic

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nərimanabad qəsəbə V.Hüseynov adına 1nömrəli tam orta ümumtəhsil məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nərimanabad qəsəbə V.Hüseynov adına 1nömrəli tam orta ümumtəhsil məktəb:

Shortcuts

Share