Əlövsət Həbibullayev adına Oğuz rayonu Baş Daşağıl kənd tam orta məktəbi

  • Home
  • Azerbaijan
  • Oguz
  • Əlövsət Həbibullayev adına Oğuz rayonu Baş Daşağıl kənd tam orta məktəbi

Əlövsət Həbibullayev adına Oğuz rayonu Baş Daşağıl  kənd tam orta məktəbi Oğuz rayonu Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbin rəsmi səhifəsidir.

22/01/2026

Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə barədə

- Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür.
Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu;

- “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir.
Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur;

- Ölk

20/01/2026

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar

- Qanlı Yanvar qırğını.
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib;

- İnsanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir;

- Qadın, qoca, uşaq demədən, vətəndaşlar ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi;

- “Bakı əməliyyatı”
“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təy

19 yanvar 2026 - cı il20 Yanvar  -  Ümumxalq Hüzn Günü20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Əlövsət Hə...
19/01/2026

19 yanvar 2026 - cı il

20 Yanvar - Ümumxalq Hüzn Günü

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbində Hüzn Günü qeyd olunmuş, şəhidlərimizin əziz xatirəsi dərin hüzn və ehtiramla yad edilmişdir.
20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində qanla yazılmış faciəvi, eyni zamanda şərəfli bir gündür. Bu tarix Vətənimizin azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman övladlarımızın fədakarlığının rəmzidir.
36 il əvvəl baş verən bu qanlı hadisə xalqımızın iradəsini sındıra bilməmiş, əksinə milli birlik və azadlıq ruhunu daha da gücləndirmişdir. Tədbir zamanı şagirdlərə 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti və azadlıq uğrunda aparılan mübarizə barədə ətraflı məlumat verilmişdir.
Tədbir UBT rəhbəri Aysel Əhmədova tərəfindən təşkil olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!




17 yanvar 2026 - cı ilOğuz rayon Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbindəIV, V, VI, VI...
19/01/2026

17 yanvar 2026 - cı il

Oğuz rayon Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbində
IV, V, VI, VII, VIII, IX, X və XI siniflər üzrə buraxılış fənlərindən Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilmişdir.
Qiymətləndirmənin keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, təlim nəticələrinin dəyərləndirilməsidir.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!



15 yanvar 2026 - cı ilƏlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Ülkər İsrəfil...
15/01/2026

15 yanvar 2026 - cı il

Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Ülkər İsrəfilova tərəfindən X sinif şagirdi ilə fərdi psixoloji konsultasiya keçirildi. Konsultasiya zamanı şagirdin emosional vəziyyəti, dərsə münasibəti və gələcək hədəfləri müzakirə olundu, müvafiq psixoloji tövsiyələr verildi.




14 yanvar 2026 - cı ilƏlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Ülkər İsrəfil...
15/01/2026

14 yanvar 2026 - cı il

Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Ülkər İsrəfilova tərəfindən V sinif şagirdi ilə “Mənəvi və sosial dəyərlər” mövzusunda konsultasiya aparılmışdır.
Konsultasiya zamanı şagirdin sosial münasibətləri, davranış qaydaları barədə maarifləndirici söhbət həyata keçirilmişdir.
Bu cür görüşlər şagirdlərin sosial bacarıqlarının inkişafına və müsbət dəyərlərin aşılanmasına xidmət edir.




14/01/2026

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və
Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na
həsr olunan müşavirədə çıxışı barədə

- Əsas infrastruktur məsələləri öz həllini tapmışdır.
Ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə bir qədər toxundum, bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, - hazırda təqribən 10 min meqavata yaxındır, - eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə - bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, - bu məsələ həll edilmiş hesab olunur, - ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra, - necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, - eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır;

10/01/2026

Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı barədə



- Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır.

Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.

2022-ci ilin yanvar ayında bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə. Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir;

5 yanvar 2026 -cı ilƏlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbinin  psixoloqu Ülkər İsrəfilo...
06/01/2026

5 yanvar 2026 -cı il

Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Ülkər İsrəfilova l sinif şagirdlərinin məktəb mühitinə və dərslərə uyğunlaşma səviyyəsini öyrənmək məqsədilə onlarla söhbət apardı. Söhbət zamanı şagirdlərin psixoloji durumu və məktəbə adaptasiyası diqqət mərkəzində saxlanıldı.




06/01/2026

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə barədə



- Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır.

Qeyd etdiyiniz kimi, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək;



- Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər.

30 dekabr 2025 - ci ilƏlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbində31 Dekabr – Dünya Azərba...
30/12/2025

30 dekabr 2025 - ci il

Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta ümumtəhsil məktəbində
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirildi.
Birlik, mehribanlıq və bayram əhval-ruhiyyəsi ilə keçən bu tədbirdə şagirdlər və müəllimlər bir araya gələrək həmrəyliyimizin və yeni ilin sevincini birlikdə yaşadılar. Sinif otaqlarında yaradılan bayram abu-havası hər kəsin üzündə xoş təəssürat yaratdı.
Bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarını, məktəb kollektivini və şagirdlərimizi təbrik edir, yeni ildə sağlamlıq, uğur və xoş günlər arzulayırıq.




29/12/2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar





“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”

Ümummilli Lider Heydər Əliyev.





“Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.”

Prezident İlham Əliyevin

Dünya Azərbaycanlılarının III Qurultayında çıxışından.

5 iyul 2011-ci i

Address

Baş Daşağıl Kəndi
Oguz

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Əlövsət Həbibullayev adına Oğuz rayonu Baş Daşağıl kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category