20/06/2026
18 iyun 2026-cı il tarixində Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi mədəniyyətimizin beşiyi olan Qarabağın qədim şəhəri Xankəndidə, Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş "Milli Qurtuluşdan Böyük Zəfərə" adlı konsert proqramı ilə çıxış edib.
Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun müdiri Rizvan Ələsgərov, Xankəndi şəhəri və Xocalı rayonunun orta məktəb rəhbərləri,kollektivi və şəhər ictimaiyyəti iştirak edib.
Tədbir ilk öncə Vətən uğrunda canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla ilə başlanılıb.
Konsert proqramında fortepiano və XÇA ansamblları Azərbaycan və dünya klassik bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla ifa edərək dinləyicilərin böyük rəğbətini qazanıb.
Konsertin sonunda Vətən müharibəsi qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə İsmayılova çıxış edərək Camal İsmayılovun adı məhz belə istedadlı, vətənpərvər uşaqlar yetişdirən bir məktəbin adını daşıdığı üçün böyük fəxr və qürur hissi keçirdiyini, bu gün onun da ruhunun şad olduğuna inandığını bildirib . Daha sonra Xankəndi şəhər və Xocalı rayon təhsil sektorunun müdiri Rizvan Ələsgərov çıxış edərək konsert proqramı həm bədii səviyyəsinə, həm də daşıdığı mənaya görə Ulu Öndər Heydər Əliyevin 15 İyun-Millo Qurtuluş gününün fəlsəfəsinə və ruhuna layiq çox böyük və gözəl bir hadisə olduğunu bildirib.
Sonda Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin direktoru İlqar Rəhimli çıxış edərək böyük hörmət, qayğı və səmimiyyətlə qarşılayan Xankəndi şəhər məktəbləri rəhbərliklərinin göstərdikləri bu nəcib münasibətə görə dərin minnətdarlığını bildirib.