17/06/2026
2025-2026-ci tədris ilinin yekununa dair Pedaqoji şura iclası keçirildi.
17.06.2026-cı il tarixində məktəbimizdə 2025-2026-ci tədris ilinin yekunu ilə bağlı pedoqoji şuranın növbəti iclası keçirildi. İclas Azərbaycan Dövlət Himninin oxunması ilə başlandı. Məktəbin direktoru Tağıyev Mübariz iclası öz çıxışı ilə açıq elan etdi. 2025-2026-ci tədris ilində məktəbdə tədris və təlim-tərbiyə prosesinin müvafiq əmr və təlimatlara uyğun təşkil olunduğu və bu istiqamətdə görülən işlər barədə, şagirdlərinin nailiyyətləri, olimpiada nəticələri, IX, XI sinif buraxılış imtahanlarının nəticələri barədə, tədris ili ərzində məktəbin qazandığı uğurlar barədə pedoqoji kollektivə məlumat verdi. Bu işdə əməyi olan hər bir müəllimə təşəkkürünü bildirdi.
Təlim- tərbiyə işləri üzrə direktor müavini Ağaverdiyeva Pikənin V-XI siniflər üzrə siniflərin təlim nəticələri və digər işlər barədə hesabatı dinlənildi.
Məktəbin təşkilatçısı Abdullayeva Pakizə fəaliyyət planına uyğun görülən işlər, şagird davranış qaydalarının tətbiqi barədə hesabat verdi.
Məktəbin psixoloqu Musayeva Ağayeva Arzu il ərzində məktəbdə psixoloji xidmətin təşkili ilə bağlı, keçirdikləri sorğular, testlər, maarifləndirici görüşlər, seminarlar haqqında hesabat verdi.
Sonda fəaliyyətində fərqlənən müəllimlər rəhbərlik tərəfindən dəyərləndirildi.