15/10/2020
Salam.
Bu gün hamı birləşib bütün diqqət Qarabağda gedən döyüşlərdədir. Sözsüzki belədə olmalıdır. Hər gün düşmənin Azərbaycan torpaqlarında olan yeni yeni texnikalarının ordumuz tərəfindən darmadağın olmasını, torpağlarımızın işğaldan azad olması xəbərini eşitmədən rahatlıq tapmırıq.
Bu gün Şəhidlərimizin qanı bahasına Azərbaycan əsgərinin qorxmaz və igidliyi sayəsində Qələbəyə gedən yolda Xalq olaraq addımlayirıq. Hamı əlindən gələn hər şeyi ordumuz üçün edir.
Unudmaq olmaz ki biz həmdə pandemiya ilə mübarizə aparırıq. Mənim xahişim hər kəsdəndir. Şəhidlərin yas mərasiminə gedəndə maska taxın, mollalar tez tez fatiyə süresi versin ki mağarlarda sıxlıq olmasın. (bilirəm deyəcəksizki biz nə hayda bunun düşündüyünə bax, pandemiyami düşünər adam belə vəziyyətdə,) Amma düşünün biz buna əməl etməyib xəstələnsək Azərbaycan həkmi məcburdurki bizimlə maraqlansın, xəstəxanalarda dərman pereparatları bizə sərf olsun, bizim diqqətsizliyimizə görə səhiyyədə böyük prablemlər yarana bilər. Adi bir misal çəkim hami maska almağa başladı, və maska çatışmamazlığı oldu. deməli biz özümüzü qorumasaq dərman pereparatlarinda və xəstələrə baxmaq üçün səhiyyə işçiləri arasında belə çatışmamazlıq yarana bilər. Xəstələr ümumiyyətlə heç bir halda evdən çıxıb cəmiyyətə qarışmasınlar. Belə bir xausun yaranmaması üçün, özümüzü qorumalıyıq. (Mən ölsəm nə olacaq deyən, sənin ailən səni o vəziyyətdə görüb həkimə aparır, ölməmən üçün əlindən gələni edir, xəstəxanada yer tutursan, həkimin vaxtın alırsan,.....odurki özün üçün yox, Azərbaycan əsgəri üçün özünü qoru.) Bu gün ordumuzu, yaralı əsgərlərimiz düşənən hər kəs mənim yazdıqlarımı paylaşıb əhalini özlərini gözləməyə pandemiyadan qorumaq üçün diqqət etməli olduqları hallara riayyət etməyə çağırar.
Sağlam olaq ki lazım olduğu halda yaralı əsgərlərimizə sağlam qan verək....
Allah şəhidlərimizə rəhmət eləsin. yaralılarımıza tezliklə şəfa versin. Amin.
Allah Azərbaycanı hər bəladan qorusun.