DİM Naxçıvan Bölməsi

DİM Naxçıvan Bölməsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DİM Naxçıvan Bölməsi, Education, Naxçıvan şəhəri, Nizami küçəsi, 10, Nakhchivan.

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 1-ci nömrəsini nəşr edibBu nömrədə ali təhsil müəssisələrinə tələbə qəbu...
27/02/2024

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 1-ci nömrəsini nəşr edib

Bu nömrədə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Azərbaycan və rus dillərində çap olunmuş jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün təqdim olunub. Qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılıb. Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

12/01/2024

“Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib.

Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur.

İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə!Yeni imtahan modelinə uyğun sınaq imtahanınd...
25/12/2023

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə!

Yeni imtahan modelinə uyğun sınaq imtahanında iştirak etmək üçün qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2023-cü il 25 dekabr saat 14:30-dan 2024-cü il 7 yanvar saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri (şəhəri) seçilir. Sonra isə telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (bina) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Məlumat üçün qeyd edək ki, sınaq imtahanında yeni imtahan modelinə uyğun olaraq məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından, həmçinin xarici dil üzrə esse tipli yazı tapşırıqlarından da istifadə olunacaq.

İmtahanda əvvəlki illərdə olduğu kimi, bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə isə 25 test tapşırığı təqdim olunacaq.

Xarici dil üzrə test blokunda isə 20 test tapşırığı təqdim ediləcək, həmçinin bakalavrlar xarici dil üzrə yazı işi (esse) yazacaqlar.

Xarici dil üzrə imtahan blokunda edilmiş dəyişikliklər nəzərə alınaraq imtahan müddətinə 30 dəqiqə əlavə olunmuşdur, yəni ümumi imtahan müddəti 3 saat 30 dəqiqə olacaq. Test tapşırıqlarını cavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir.

Bakalavrların nəzərinə çatdırırq ki, Magistraturaya qəbulla əlaqədar Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlər əsasında “Magistr” 2 jurnalında dərc olunmaq üçün ənənəvi “Sorğulara cavablar” rubrikası hazırlanıb. Ən səciyyəvi müraciətlər və onlara Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış cavablarla linkə keçid edərək tanış ola bilərsiniz.

“Sorğulara cavablar” magistraturaya qəbulla bağlı bakalavrları maraqlandıran bir çox məqamlara aydınlıq gətirəcək.

Qeyd: Magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2024-cü il fevral və ya mart aylarında keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edibJurnalda Azərbaycan Respublikasının ali tə...
18/12/2023

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

Jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində dərc edilib.

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

10/10/2023

İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə oktyabrın 8-də keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin nəzərinə!

Test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb
İnzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 2023-cü il oktyabrın 8-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün oktyabrın 10-dan 23-dək bu linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda);

Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299) təqdim etməlidir.

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilirBoş qalan yerləri olan ixtisasl...
14/08/2023

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2023-cü il avqustun 14-dən 20-dək ixtisaslaşma seçimi elan edir.

Boş qalan yerlərə qəbul 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçi­rilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 20 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək boş qalmış ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Jurnalı aşağıdakı ünvanda yerləşən “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edibJurnalın bu nömrəsində 2023/2024-cü tədris ili ü...
14/08/2023

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib

Jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Dövlət İmtahan Mərkəzi “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslə...
11/08/2023

Dövlət İmtahan Mərkəzi “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib

Bu xüsusi buraxılışda “2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə SUBBAKALAVRLARIN İXTİSAS SEÇİMİ ELANI”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İXTİSAS UYĞUNLUĞU CƏDVƏLİ ” və digər faydalı məlumatlar təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/

02/06/2023

Sosial şəbəkə istifadəçilərinin nəzərinə!

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook”, “Instagram”, “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır.

Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.

İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.

Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, eləcə də gələcəkdə ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər isə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində fəaliyyət göstərirlər.

Abituriyentlər həmçinin elektron xidmətlərdən istifadə zamanı bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra əməliyyatı təsdiq etmək mümkün olur.

Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edirik:

“Facebook”

“Instagram”

“Telegram”

“TikTok”

“Youtube”

“Twitter”

“Linkedin”

Dövlət İmtan Mərkəzi «Magistr» jurnalının 3-cü nömrəsini nəşr edibJurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ix...
25/05/2023

Dövlət İmtan Mərkəzi «Magistr» jurnalının 3-cü nömrəsini nəşr edib

Jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" təqdim olunub.

Jurnalda həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2023/2024-cü tədris ili üçün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasına qəbul elanı da dərc edilib.

«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal).

25/04/2023

Dövlət İmtahan Mərkəzi bir daha imtahan iştirakçılarını tələb olunan imtahan qaydaları ilə tanış olmağa və ona tam riayət etməyə çağırır

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunan müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən məhz ədalətli seçimin təmin edilməsinə yönəldilir.

Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahana mobil telefon və digər rabitə vasitələri gətirməyə cəhd göstərilməsidir. Bu bütün imtahan qaydalarında iştirakçıların yol verməsi qadağan olunan hərəkətlər bəndində “imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək” məzmununda öz əksini tapıb. Bu qaydalardan çıxarışlar imtahan iştirakçısının “Yaddaş kitabçası"nda və “İmtahana buraxılış vərəqəsi”ndə də göstərilir.

Lakin son zamanlar təəccüblü də olsa, sosial şəbəkələrdə, eləcə də müxtəlif media vasitələrində qayda pozuntularına yol verən imtahan iştirakçılarının hərəkətlərinə sanki bəraət qazandırılması, onların qeyri-qanuni davranışlarının təbliğ olunması yönündə kampaniya aparılmasını müşahidə edirik. Aprelin 16-da keçirilən buraxılış imtahanında imtahan zalında (binanın girişində deyil) bir nəfərin üzərində mobil telefon aşkarlanması halına reaksiyaları izlədikcə buna bir daha əmin oluruq. Halbuki əksinə olmalı və ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələri şəxsi tanışlıq və münasibətləri kənara qoyub öz maarifləndirmə funksiyasını yerinə yetirməli idi.

Məlumdur ki, bütün imtahanlarda buraxılış rejimi zamanı imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısını almaq məqsədilə yoxlama aparılır (Yeri gəlmişkən bir müddət əvvəl media və sosial şəbəkələrdə yoxlama prosesinin əleyhinə təbliğat aparılırdı. Paradoksal olsa da, indi həmin insanlar girişdə üst-başın niyə dəqiq yoxlanılmadığı sualını səsləndirirlər). Bundan öncə sənədlərin yoxlanılması zamanı da şifahi olaraq iştirakçıdan üzərində mobil telefon və ya digər elektron cihazların olub-olmaması soruşulur. Ümumiyyətlə, hamı yoxlama prosesi haqqında əvvəlcədən məlumatlı olur və bunun nəyə görə həyata keçirilməsini çox yaxşı bilir. Belə olan halda sizin təsadüfən cibinizdə mobil telefon olması və bundan xəbərsiz olmanızı iddia etmək nə dərəcədə inandırıcıdır?! Yol boyu siz əlinizi cibinizə salmırsınızmı və ya müəyyən bir çəkiyə və həcmə malik olan telefonu hiss etmirsinizmi? Ən azı üzərinizin yoxlanıldığı kabinaya daxil olanda bir ciblərimə baxım fikri yadınıza düşmürmü? Bu tip suallar saysız-hesabsızdır və hər hansı izahedici cavab verməyə çalışmaq sizi məsuliyyətli olmaq və qaydalara riayət etmək öhdəliyindən azad etmir.

Sual oluna bilər ki, yoxlama prosesində bunu aşkar etmək niyə mümkün olmayıb? Təəssüflə bildiririk ki, bəzən imtahan iştirakçıları qadağan olunmuş vasitələri bədənlərinin müxtəlif yerlərində gizlədirlər və binanın girişində yalnız səthi toxunmaqla yoxlama aparıldığı üçün onları müəyyən etmək heç də həmişə mümkün olmur. Bəzən də iştirakçılar hansı binada imtahan verdiyini əvvəlcədən bildiyi üçün bir neçə gün əvvəl ora gəlib mobil telefonu binanın içində gizlədirlər.

Lakin imtahan müddətində kimsə telefondan istifadəyə cəhd etdikdə təbii ki, nəzarətçilər bunu aşkar edirlər və həmin şəxslər imtahandan xaric olunurlar (hər imtahanda maarifləndirmə məqsədilə bununla bağlı xüsusi məlumatlar veririk). Bəzən isə imtahan başlamadan öncə təlimat zamanı iştirakçı hiss edir ki, nəzarətçi daha ayıq-sayıqdır və telefondan istifadə etmək mümkün olmayacaq. Həmçinin onda psixoloji olaraq üzərindəki qadağan olunmuş vasitədən qurtulmaq refleksi yaranır. Belə olan hallarda iştirakçı özü təşəbbüs göstərir və telefonu təhvil verir. DİM (TQDK) 30 ildən artıq bir müddətdir ki, kütləvi imtahanlar keçirir və bu tip hadisələr birinci dəfə baş vermir. Yaxşı bəs nəzarətçi köçürməyə şərait yaratsa (təəssüf ki, az da olsa, belə hallara da rast gəlirik) və ya onun diqqətindən yayınıb mobil telefondan istifadə etməklə rəqiblərinizə qarşı süni üstünlük əldə etsəniz, ədalətli olarmı? Təsəvvür edin hamıya şərait yaradılır və iştirakçılar telefonu təhvil verib-verməməklə bağlı özləri vəziyyətə uyğun qərar verirlər (halbuki girişdə bu onlara təklif edilir və özü təhvil verənlər imtahandan kənarlaşdırılmırlar). Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini əvvəlcədən proqnoz etmək çətin olmamalıdır. Bu zaman biz hamı üçün bərabər imtahan mühiti yarada bilərikmi?

İctimaiyyət, o cümlədən indiki halda media nümayəndələri də imtahanla bağlı vacib bir nüansı diqqətdən qaçırırlar. İmtahanın məqsədi nədir? Onun nəticələri hansı hüquqi qüvvəyə malikdir?

Dövlət İmtahan Mərkəzinin keçirdiyi əksər imtahanlar müsabiqə xarakteri daşıyır və bizdən insanları öz bilik səviyyələrinə uyğun seçmək tələb olunur. Yəni siz bu imtahanların nəticəsinə əsasən kollecə və ya ali təhsil müəssisəsinə və s. qəbul olunursunuz. Dolayısıyla siz bir-birinizin rəqibisiniz. Bu zaman bizim üzərimizə düşən nədir? Bəli, yuxarıda qeyd olunduğu kimi, şəffaf imtahan mühiti yaratmaq və sırf biliyə əsaslanan ədalətli seçimi təmin etmək, bilik qiymətləndirilir prinsipini rəhbər tutmaqla rəqabət mühitini qoruyub saxlamaq.

Ancaq insanlar bilməyərəkdən, müəyyən hallarda isə bilərəkdən buna etiraz edirlər. Sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində baş verən neqativ hallarla bağlı kiməsə güzəşt edilməli olduğu əmin şəkildə tələb edilir. Düzdür imtahan qaydalarının hamıya eyni dərəcədə şamil olunduğunu yazanlar da var, amma çoxluq “mən hansısa sujetə baxdım inandım” prinsipi ilə güzəşt istəyirlər. Halbuki bu halda baş verən hadisəyə göz yumulması başqa birinin haqqını tapdalayır, başqa birinin hüquqlarını pozur kimi sadə həqiqətin dərk olunması lazımdır.

Yeri gəlmişkən qeyd olunan məsələ ilə bağlı imtahan iştirakçısının valideynləri Dövlət İmtahan Mərkəzində olublar və qaydalar onlara da izah olunub. Lakin görünür onlar bu vəziyyətdə valideyn kimi övladları ilə bağlı üzərlərini düşən öhdəliyi lazımi şəkildə qiymətləndirməyi bacarmayıblar və hətta bu hadisəni daha da dramatikləşdirən film çəkilməsini sifariş ediblər. İnsanlar isə hadisənin mahiyyətinə varmadan bunu tirajlayırlar. Burada bizim cəmiyyətə xas olan yaxşı insan olmaq xüsusiyyəti də rol oynamamış deyil. Ancaq fransız yazıçısı Viktor Hüqonun “Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır” fikrini də xatırlatmaq yerinə düşər.

Bəli, çətin də olsa, ədalətli olmalıyıq!

Təşkil edilən imtahanların məqsədi iştirakçıların bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsidir. Mərkəz tərəfindən əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla, iştirakçıların tam təhlükəsiz və bərabər şəraitdə imtahan verməsi təmin olunacaqdır.

Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.

Qeyd. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi şagirdin təhsil sənədinə yazılır. Lakin qaydalara əsasən bu imtahandan neçə bal toplamağınızdan asılı olmayaraq şagirdin 10-cu sinifdə təhsil almaq hüququ məhdudlaşdırılmır. Müvafiq qayda pozuntusu halında imtahan iştirakçısının yalnız 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq imkanı itirilmiş olur.

Address

Naxçıvan şəhəri, Nizami Küçəsi, 10
Nakhchivan

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994365440402

Alerts

Be the first to know and let us send you an email when DİM Naxçıvan Bölməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category