Aydınlar" Milli Qeyri-Ənənəvi Elmlər Akademiyası. İçtimai Birliyi.

Aydınlar" Milli Qeyri-Ənənəvi Elmlər Akademiyası. İçtimai Birliyi. "Aydınlar" Qeyri-Ənənəvi Elmlər Akademiyası. İçtimai Birliyi. WWW.AYDINLAR.AZ

28/05/2018

..."Azərbaycan Xalq Cümhuriyyəti" - 100 il !!!.....................................................................
(...şərəfli yubiley təntənəsi ilə əlaqədar...)
..Rusiya imperiyanın dağılması ilə milli ucqarlarda, o cümlədən Azərbaycanda da azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olmuşdu. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) — Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi.....1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildi. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin Bakı dövrü başladı. Xalq Cümhuriyyəti bütün Azərbaycan ərazisində bərqərar oldu... ..Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdi. Buna baxmayaraq o, istiqlal naminə əsrə bərabər iş görmüşdür.....Əvvəla, o Azərbaycanda çox sivil Avropa nümunəli dövlət idarəçiliyi yaratmışdı. Azərbaycanı Milli Məclis (Parlament) tərəfindən təşkil olunan və onun qarşısında məsul olan hökumət kabinəsi idarə edirdi. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası idi.....Müstəqillik elan olunandan 1918-ci il iyunun 18-nə kimi parlament rolunu hələ 1918-ci il mayın 27-də yaradılmış Müvəqqəti Milli Şura icra etmişdi. Onun sədri Məmməd Əmin Rəsulzadə seçilmişdi.....İlk parlament 1918-ci il dekabrın 7-də çağırılmışdı. Onun sədri Ə.M.Topçubaşov müavini H.B.Ağayev və katibi Rəhim Vəkilov seçilmişdi.....Məmməd Əmin Ağa oğlu Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Əvvəl «rus-tatar», sonra isə Bakı texniki məktəbində oxumuşdur. O, əvvəllər sosial-demokratiya hərəkatına qoşulmuş, 1904-cü ildə müsəlman sosial-demokrat «Hümmət» təşkilatının yaradıcılarından olmuşdur. 1913-cü ildə «Müsavat» partiyasına daxil olmuş və tezliklə onun liderinə çevrilmişdir... ..Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılılarından biri, parlamentdə «Müsavat» fraksiyasının lideri olmuşdur... ..1922 1955-ci illərdə mühacirətdə yaşamışdır... ..Mühacirətdə olarkən «Əsrimizin Səyavuşu»,
«Azərbaycan Cümhuriyyəti»nin keçmişi, təşəkkülü və indıki vəziyyəti» (1923), «Çağdaş Azərbaycan ədəbiyyatı» (1950),
«Cağdaş Azərbaycan tarixi» (1951) və b. kitablarını yazmışdı.....1955-ci il martın 6-da Ankarada vəfat etmişdir...
..Parlamentin əsas heyətini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Bundan başqa parlamentə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan 36 müsəlman deputatı seçilmişdi. Cəmi 17 ay fəaliyyət göstərən Azərbaycan Parlamentinin 145 iclası olmuşdu. Onun 121 iclasına Həsən bəy Ağayev, 23 iclasına isə Məmməd Yusif Cəfərov sədrlik etmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi təqdim edilmiş, ondan 230-a yaxını müzakirə olunub qəbul edilmişdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdi. Parlamentdə ən böyük fraksiya M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi «Müsavat» fraksiyası olmuşdur.....Azərbaycan Xalq Cümhuriyyətinİn fəaliyyəti müddətində 5 dəfə hökumət kabinəsi təşkil edilmişdi. Onun 3-nə F.X.Xoyski və 2-nə isə N.B.Yusifbəyli başçılıq etmişdi.....Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizgüşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmişdi, Noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdu...
..Görkəmli Azərbaycan yazıçısı C.Cabbarlı hələ o zaman yazdığı «Azərbaycan bayrağına» şerində Cümhuriyyət bayrağının mənasını belə tərənnüm etmişdi :
"...Bu ay, ulduz boyaların qurultayı, nə demək;..Bizcə böylə söyləmək : ..Bu göy boya moğoldan qalmış bir türk nişanı,..Bir türk oğlu olmalı... ..Yaşıl boya islamlığın sarsılmayan inamı,..Ürəklərə dolmalı... ..Şu al boya azadlığın təcəddüdün fərmanı,..Mədəniyyət bulmalı... ..Səkkiz uclu şu yıldız da səkkiz hərfli Od yurdu !!! "
..Sözləri şair Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyov tərəfindən yazılmış dövlət himninin qəbul edilməsi, milli ordunun yaradılması və türk dilinin dövlət dili elan edilməsi də milli dövlət quruculuğu yolunda mühüm addımlar idi.
Dövlət quruculuğu sahəsində Xalq Cümhuriyyətinin atdığı mühüm addımlardan biri də milli ordunun yaradılması idi. Dost Türkiyə bu sahədə Azərbaycana yaxından kömək etmişdi. Nuru Paşanın başçılığı ilə Gəncədə az müddətdə «xüsusi Azərbaycan korpusu» yaradılmışdı. Artıq 1920-ci ilin əvvəllərində Azərbaycan ordusunun sıralarında 40 min nəfər əsgər var idi. Ondan 10 mini süvari ordu idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy Sultanov, sonra general Səməd ağa Mehmandarov olmuşdu. Onun müavini general Əliağa Şıxlinski idi.....Xalq Cümhuriyyəti sosial-iqtisadi və mədəni quruculuq sahələrində də mühüm tədbirlər həyata keçirmişdi. Neft sənayesini bərpa etməyə başlamış, Bakı-Batumi neft kəmərini bərpa etmişdi. Bakı-Culfa dəmir yolunun çəkilişini başa çatdırmışdı, Milli Dövlət Bankını və Teleqraf agentliyini təsis etmişdi.....Hökümət respublika sərvətlərinin xaricə daşınmasının qarşısını almışdı. Milli valyutanın (Bakı bonunun) möhkəmlənməsi üçün tədbirlər görmüşdü.....Əmək birjaları yaratmış, səhiyyənin qaydaya salınması üçün tədbirlər görmüşdü. Səhiyyə və sosial təminat nazirlikləri yaratmışdı.....Aqrar məsələnin həlli sahəsində səylər göstərmişdi. Bu məqsədlə S.Ağamalıoğlu başda olmaqda xüsusi komissiya yaratmışdı.....Mədəni quruculuq sahəsində də tədbirlər həyata keçirmişdi. Hökumətin tərkibində Azərbaycan Xalq Maarifı Nazirliyi yaradılmışdı. Bütün ibtidai məktəblərdə təhsilin ana dilində — türk (azərbaycan) dilində aparılmasına keçilmişdi.....Dərslər rus dilində aparılan siniflərdə məcburi surətdə həftədə 3-4 saat türk dilinin keçilməsinə başlanılmışdı. Əlifba islahatının keçirilməsinə cəhdlər göstərilmişdi. Qızların məktəblərə cəlb olunması genişləndirilmişdi.....İbtidai və orta ixtisas məktəblərinin şəbəkəsi genişlənmişdi. Artıq 1919-cu ilin əvvəllərində respublikada 637 ibtidai və 23 orta ixtisas məktəbi fəaliyyət göstərirdi.....Müəllim kadrlarının hazırlanmasına diqqət artırılmışdı. Kişi və qadın pedaqoji məktəbləri açılmışdı. Qori müəllimlər seminariyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürülmüş və müstəqil seminariyaya çevrilmişdi. 1919-cu ilin sentyabrında Bakıda da kişi seminariyası açılmışdı. Respublika məktəblərində işləmək üçün Türkiyədən müəllim kadrları dəvət olunmuşdu. Dərsliklərin hazırlanması və nəşri sahəsində tədbirlər həyata keçirilmişdi.....1919-cu ildə Bakı Dövlət Universiteti yaradılmışdı. O, həmin il noyabrın 15-dən fəaliyyətə başlamışdı. Oxumaq üçün xaricə 100 nəfər gənc göndərilmişdi.....1919-cu ilin dekabrında «Müsəlman Şərqini öyrənən cəmiyyət» yaradılmışdı. 1919-cu il oktyabrın 15-də Azərbaycan parlamenti «Mətbuat haqqında» qanun qəbul etmişdi. 1919-cu ildə Azərbaycanda 80 qəzet və jurnal nəşr olunurdu. Onlardan 39-u milli dildə idi.....Teatr, klub və mədəniyyət evlərinin şəbəkəsi genişlənmişdi. Nazirlər kabinəsinin 1919-cu il 17 noyabr qərarı ilə teatr dövlət inhisarına keçirilmişdi.....Kitabxanaların şəbəkəsi artırılmışdı. 1920-ci ildə Azərbaycanda ümumi fondu 95 min nüsxə kitab olan 11 kitabxana fəaliyyət göstərirdi.....Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda da ardıcıl mübarizə aparmışdı. O, dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə yaratmışdı.....Müstəqilliyin ilk dövründə (1918-ci il may-oktyabr) Türkiyə Azərbaycan istiqlalının möhkəm qarantı olmuşdu. Lakin 1918-ci il oktyabrın 30-da Böyük Britaniya və Osmanlı Türkiyəsi arasında bağlanmış Mudros sazişi Azərbaycan — Türkiyə dostluq münasibətlərinə böyük xələl gətirmişdi. Bu sazişə əsasən Türkiyə Cənub Qafqazdan, o cümlədən Azərbaycandan qoşunlarını çıxarmalı olmuşdu.....AXC hökumətinin Böyük Britaniyanın Bakıdakı nümayəndəliyi ilə də münasibətləri qaydaya salınmışdı. General Tomson və ondan sonra Bakıya gələn Balkanlarda və Qafqazda ingilis qoşunlarının baş komandanı C.Mili AXC hökumətini tanımışdılar...
..Azərbaycan Xalq Cümhuriyyəti qonşu dövlətlərlə də münasibətləri qaydaya salmağı vacib saymışdı. Gürcüstan, Dağlılar Respublikaları və İranla münasibətlərin dinc yolla qaydaya salınması belə addımlardan idi. O, Sovet Rusiyası və Ermənistanla da qonşuluq münasibətləri yaratmağa çalışmışdı. Lakin burada ciddi çətinliklərlə rastlaşmışdı. Belə ki, Rusiya Azərbaycana qarşı yenə də müstəmləkəçilik ambisiyalarından əl çəkmir, Ermənistan isə ərazi iddialarını davam etdirirdi.....AXC hökumətinin səyi və cəhdlərinə baxmayaraq həmin dövlətlərlə münasibətlər qaydaya düşmürdü. Bolşevik Rusiyası millətlərin öz müqəddəratını təyin etmək barədə bəyannamə verməsinə baxmayaraq onların müstəqil olmaları ilə barışa bilmirdi.....Azərbaycan hökuməti hələ yarandığı ilk gündən Ermənistanla (Ararat Respublikası) mübahisəli sərhəd məsələlərini siyasi yolla həll etmək niyyətində idi, Azərbaycan Milli Şurası yenicə müstəqilliyini elan etmiş erməni dövlətinə yardım etmək məqsədilə 1918-ci il mayın 29-da əzəli torpağı olan İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanımışdı. Buna baxmayaraq bədxah qonşumuz yenə də Azərbaycana ərazi iddialarından əl çəkmirdi. O, Naxçıvanı, Qarabağı, Zəngəzuru və b. əraziləri özünə birləşdirmək siyasəti yeridirdi. O, bu ərazilərdə etnik təmizləmə aparır, azərbaycanlılar yaşayan kəndləri dağıdıb yandırırdı. Erməni qaniçənləri 1918-ci ilin payızında təkcə Zəngəzurda 52 azərbaycan kəndini dağıtmış, 987 evi viran edib yandırmış, 2254 nəfər adamı öldürmüş, 304 nəfəri isə diri-diri yandırmışdılar. Qaniçən Andronikin quldur dəstələri Naxçıvan və Zəngəzurda tuğyan edirdilər. Onlar azərbaycanlılara olmazın əzab və əziyyət verirdilər: azərbaycanlıları diri-diri oda atır, uşaqları süngüyə keçirir, hamilə qadınların qarınlarını yarırdılar. Andronik öz antiazərbaycan siyasətində Rusiyaya güvənirdi. O, 1918-ci ilin yayında Culfanı zəbt edib yandırdıqdan sonra Naxçıvanı Sovet Rusiyanın ayrılmaz hissəsi elan etmişdi. Andronik 1918-ci il iyunun 4-də daşnakpərəst bolşeviklərin təşkil etdikləri Bakı Xalq Komissarları Sovetinin (BXKS) sədri S.Şaumyana göndərdiyi teleqramda öz dəstəsi ilə birlikdə Rusiya Mərkəzi hökumətinin sərəncamına keçməyə və Bakı Kommunasına yardım etməyə hazır olduğunu bildirmişdi. S.Şaumyan isə öz növbəsində ona ünvanladığı teleqramda quldur Androniki «xalq qəhrəmanı» adlandırmışdı.....Andronik Zəngəzurun azərbaycanlılardan təmizlədiyi hissəsində Mərkəzi Gorus şəhəri olmaqla erməni qubernatorluğu təşkil etmişdi. O, bundan sonra paytaxtı Şuşa şəhəri olmaqla «Kiçik Ermənistan» dövləti yaratmaq məqsədilə Qarabağın dağlıq hissəsində başlamış «separatizm» hərəkatına kömək üçün oraya keçmək cəhdləri göstərmişdi. Lakin Laçmda Sultanov qardaşlarının (Sultan və Xosrov) səyi nəticəsində onun qarşısı alınmışdı.....Mudros sazişinə (1918-ci il 30 oktyabr) əsasən Türkiyə qoşunları Azərbaycanı tərk etdikdən sonra ermənilər Zəngəzura, Dağlıq Qarabağa və Naxçıvana iddialarını artırdılar. 1919-cu ilin yanvarında Naxçıvana hücum etdilər. Lakin Şərurda böyük məğlubiyyətə uğradılar. Ermənilər 1919-cu ilin payızında Zəngəzurda yeni vəhşiliklər törətdilər. 110 azərbaycan kəndini yandırdılar. 60 minə qədər azərbaycanlı qaçqın vəziyyətinə düşdü.....Azərbaycan hökuməti buna cavab olaraq 1919-cu ilin oktyabrında general C.Şıxlinskinin komandanlığı altında bölgəyə qoşun hissəsi göndərməyə məcbur oldu.....Naxçıvana erməni təcüvüzünün qarşısını almaq məqsədilə Türkiyənin, xüsusən Kazım Qara Bəkir Paşanın təşəbbüsü və vətənpərvər qüvvələrin səyi ilə 1918-ci ilin payızında Araz-Türk Respublikası yaradıldı (O, 1919-cu ilin aprelinə kimi fəaliyyət göstərmişdi). Onun tərkibinə Naxçıvan, Şərur, Dərələyəz və Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. bölgələr daxil idi. Paytaxtı Naxçıvan şəhəri idi. Bu Naxçıvanın ermənilər tərəfindən zəbt edilməsinin qarşısını aldı.....Zəngəzur və Qarabağda erməni özbaşınalığına qarşı 1919-cu ilin yanvarında AXC hökuməti tərəfindən Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ genaral-qubematorluğu yaradıldı. General-qubernator vəzifəsinə Xosrov Paşa bəy Sultanov təyin edildi.....Qarşıdurmanı söndürmək üçün 1919-cu ilin noyabrında Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçılarının ABŞ-ın vasitəçiliyi ilə görüşü oldu. Tərəflər mübahisəli məsələləri sülh yolu ilə həll etmək barədə öhdəliklər olan saziş imzaladılar. Lakin Ermənistan yenə də xəyanət edərək Zəngəzurda hərbi əməliyyatlara başladı, 40-dək kəndi talan edib, əhalisini qırdı.....Azərbaycan hökumətinin sülh yolu təşəbbüsünə baxmayaraq Ermənistan 1920-ci ilin əvvəllərində hərbi əməliyyatları gücləndirdi. Ermənilər Novruz bayramı gecəsi Şuşada, Xankəndində, Əskəranda, Xocalı və Tərtərdə yerləşən Azərbaycan qoşun hissələrinə hücum etdilər. Ermənistan tərəfdən də Qarabağa erməni silahlı qüvvələri irəliləməyə başladı.....Ərazi butövlüyünü bərpa etmək üçün Azərbaycan hökuməti də öz növbəsində tədbirlər görməli oldu. General H.Səlimovun başçılığı ilə Azərbaycan hərbi qüvvələri 1920-ci il aprelin sonu üçün Qarabağda baş qaldıran erməni separatçılarının müqavimətini qırdı.....Xalq Cümhuriyyətinin xarici siyasətində Müstəqil Azərbaycanı dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmək, iri dövlətlər tərəfindən onun tanınmasını təmin etmək missiyası çox mühüm yer tuturdu. Azərbaycan Parlamenti qalib dövlətlərin Paris Konfransında iştirak etmək üçün başda görkəmli diplomat Ə.M.Topçubaşov olmaqla nümayəndəlik təsdiq etmişdi 1919-cu ilin yanvarında İstanbula yola düşən nümayəndə heyəti həmin il may ayının ortalarında Parisə gəlib çıxdı.....Nümayəndə heyətinin, xüsusən Ə.M.Topçubaşovun diplomatik səyləri sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti müttəfiq dövlətlər tərəfindən de-fakto tanındı. O, dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi.....Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi. 1920-ci ilin əvvəllərində onun beynəlxalq və daxili vəziyyətində, ictimai-siyasi həyatında böhran meylləri daha da dərinləşdi.....Xarici və daxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Cümhuriyyət qonşu Ermənistanla müharibə vəziyyətində idi. Sovet Rusiyası da imper ambisiyasından əl çəkmirdi. Hər zaman Azərbaycanı işğal etməyə hazır idi. Sovet hökumətinin başçısı Lenin 1920-ci il martın 17-də Qafqaz cəbhəsi hərbi inqilab Şurası üzvləri N.Q.Smilqaya və Q.K.Orconikidzeyə göndərdiyi teleqramda «tutmaq bizə son dərəcə zəruridir. Bütün səyinizi buna verin» tapşırığını vermişdi. Mudros sazişindən sonra Azərbaycan dost Türkiyənin də bilavasitə yardımından məhrum olmuşdu.....Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı, Üstəlik ölkədə iqtisadi və maliyyə çətinlikləri də var idi.....Daxildə sosial-siyasi böhranın dərinləşməsinə bolşevik və bolşevikpərəst qüvvələrin birləşərək hökumətə qarşı çıxması da ciddi mənfi təsir göstərirdi. Siyasi böhranın dərinləşməsi AXC-nin N.Yusifbəyli tərəfindən hələ 1919-cu ilin dekabrında təşkil etdiyi hökumət kabinəsinin 1920-ci il aprelin əvvəlində istefa verməsi ilə nəticələndi. Yeni hökumətin təşkili iqtidarla müxalifət arasında bitərəf mövqedə duran müsavatçı M.H.Hacınskiyə tapşırıldı. Lakin o, çox cəhdlər göstərsə də yeni hökuməti təşkil edə bilmədi.....Belə şəraitdə Rusiya təhlükəsi getdikcə artırdı. Artıq Moskva, bolşeviklər gənc Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq, Bakını zəbt etmək barədə konkret tədbirlər görürdülər, Onlar Azərbaycanı işğal etmək məqsədini güdürdülər...
..İosif Stalin 1920-ci il aprelin 27-də yazmışdı :
«...Yoldaş Orconikidze bir qədər özünəməxsus xətt yeridir. Lenin (həm də biz) ona Azərbaycan gerçəkliyinə uyğun olmayan göstərişlər veririk. Yəni biz Bakıda qabaqcadan üsyan qalxacağına ümid edirik. Lakin şübhəsiz, buna şans yoxdur. Azərbaycan hüdudlarına soxulmaq gərəkdir. Bakını işğal etdikdən sonra gələcək müstəqillik haqqında danışıqlarda yoldaş Orconikidzenin konstruksiyasında şübhəsiz, Bakının işğalı ilə Azərbaycanın müstəqilliyi haqqında natamam, bir araya uyğun gəlmədiyi əks olunmalıdır. Mənə elə gəlir ki, gələcək (nəzərdə tutulan) müstəqillik ciddi praktiki əhəmiyyət daşımadan yalnız bəyanat kimi ola bilər...»
..Bolşeviklərin silahlı dəstələri aprelin 27-də səhər sübhdən həm Bakı şəhəri daxilində, həm də onun ətraflarında ən mühüm obyektləri ələ keçirməyə başlamışdılar. XI Qırmızı Ordu hissələri də 1920-ci il aprelin 27-də saat birə beş dəqiqə işləmiş Azərbaycan ərazisinə daxil olmuşdular. Onlar axşam saat 21-də Biləcəri stansiyasında idilər. Başqa yol qalmadığından Parlament 1920-ci il aprelin 27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi o, «öz edamına özü qol çəkdi». Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan yenidən Rusiya tərəfindən, indi Sovet Rusiyası tərəfindən işğal olundu.
Uğursuzluğuna baxmayaraq cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox yadda qalan, unudulmaz mərhələsidir... ..O, istiqlalımızın ən şanlı səhifələrindəndir. Elə səhifələr ki, onlarda Azərbaycan xalqının əzəli arzuları, müstəmləkəçiliyə, əsarətə qarşı, azadlıq, müstəqillik və milli birlik uğrunda şanlı mübarizə uğurları, dönməzliyi əks olunmuşdu.....Azərbaycan tarixində birinci Respublika olan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik siyasi qurum idi. O, Azərbaycan xalqı üçün daim cücərən ənənə bəxş etmişdi. İ.Stalinin «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz ? » sualına cavabında... ...M.Ə.Rəsulzadə demişdi :
«...Çox şey verə bilmədik… ..Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz !!! »
..Həzin hörmətli hisslərimlə :
Ak.; Dr. Aydın S. Rəfibyli...

https://www.facebook.com/refibeyliler/videos/2131110777131914/?t=9

...Bu gün "Azərbaycan Xalq Cümhuriyyəti"-nin çox təntənəli 100 illik yubileyidir !!!.......................................
28/05/2018

...Bu gün "Azərbaycan Xalq Cümhuriyyəti"-nin
çox təntənəli 100 illik yubileyidir !!!.....................................................

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Xalq_C%C3%BCmhuriyy%C9%99ti

https://tr.wikipedia.org/wiki/Azerbaycan_Demokratik_Cumhuriyeti

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F_%D0%94%D0%B5%D0%BC%D0%BE%D0%BA%D1%80%D0%B0%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B0%D1%8F_%D0%A0%D0%B5%D1%81%D0%BF%D1%83%D0%B1%D0%BB%D0%B8%D0%BA%D0%B0

https://en.wikipedia.org/wiki/Azerbaijan_Democratic_Republic
..Bu gün Azərbaycanda təntənəli olaraq "Respublika Günü" qeyd olunur !!!..Bu gün "Azərbaycan Xalq Cümhuriyyətinin ərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından100 il ötür !!!..2017-ci il mayın 16-da Prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalayıb... ..Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilir....Xatırladaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.....1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.....Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.....Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.....Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.....Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).....1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.....Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi !!!

...HEYDƏR ƏLİYEV - 95 !!!..........................................https://az.wikipedia.org/wiki/Heyd%C9%99r_%C6%8Fliyev...
10/05/2018

...HEYDƏR ƏLİYEV - 95 !!!..........................................
https://az.wikipedia.org/wiki/Heyd%C9%99r_%C6%8Fliyev

https://en.wikipedia.org/wiki/Heydar_Aliyev

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D0%B8%D0%B5%D0%B2,_%D0%93%D0%B5%D0%B9%D0%B4%D0%B0%D1%80_%D0%90%D0%BB%D0%B8%D1%80%D0%B7%D0%B0_%D0%BE%D0%B3%D0%BB%D1%8B

https://heydar-aliyev-foundation.org/en
..Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 yaşı qeyd olunur !!!..Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilib.....Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.....H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.....H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib.....H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edi !!!

21/03/2018
...ALLAH, "20 YANVAR" ŞƏHİDLƏRİNƏ ƏBƏDİ RƏHMƏT VƏ QATİLLƏRİNƏ İSƏ ƏBƏDİ LƏNƏT ETSİN !!!
19/01/2018

...ALLAH, "20 YANVAR" ŞƏHİDLƏRİNƏ ƏBƏDİ RƏHMƏT VƏ QATİLLƏRİNƏ İSƏ ƏBƏDİ LƏNƏT ETSİN !!!

...31 Dekabr - "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" -dür !!!......................1991-ci il dekabrın 16-da Naxçıv...
31/12/2017

...31 Dekabr - "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" -dür !!!....................
..1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib...
..2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi -
“...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam !!! ” kəlamı isə dillər əzbərinə çevrilib...
..Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi...
..Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb...
..2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb...
..Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib...
..Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir...
..Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər...
..Dünya Azərbaycanlılarının Həmrəylik Gününüz mübarək !!!

"Aydınlar"
Milli(Xalq) Qeyri-Ənənəvi Elmlər Akademiyası.
İçtimai Birliyi.

Address

BABƏK KÜÇƏSİ : 6
Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when Aydınlar" Milli Qeyri-Ənənəvi Elmlər Akademiyası. İçtimai Birliyi. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aydınlar" Milli Qeyri-Ənənəvi Elmlər Akademiyası. İçtimai Birliyi.:

Shortcuts

Share