Saltaq məktəbi

Saltaq məktəbi MƏKTƏBİMİZİN UGURLARI HAQQINDA İSTİFADƏÇİLƏRİMİZİ MƏLUMATLANDIRMAQ.

20/08/2025

Buraya tıkla ve Temu uygulamasındaki davetimi kabul et! 🎁

15/10/2024

Dövlət İmtahan Mərkəzi orfoqrafiya-orfoepiya lüğəti nəşr edib.

Lüğətdə Azərbaycan dilinə aid sözlərin düzgün yazılışı, tələffüz forması, qrammatik mövqeyi, bir sıra hallarda isə leksik mənası göstərilib. Lüğətdə 5000-dən çox söz təqdim edilib.

Lüğət məktəb şagirdləri, abituriyentlər, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün vəsait kimi nəzərdə tutulub.

Nəşri www.abiturient.az saytından sifariş etmək və ya kitab mağazalarından almaq mümkündür.

25/10/2023
25/10/2023
20/10/2023

Əziz izləyicilərimiz, Saltaq kənd tam orta məktəbi bu gündən etibarən yeni səhifədə fəaliyyət göstərəcək. Culfa rayon Saltaq kənd tam orta məktəbi adı ilə. Link bir azdan paylaşılacaq.

Saltaq kənd tam orta məktəbində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ildönümünə...
15/10/2023

Saltaq kənd tam orta məktəbində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin direktor əvəzi, təlim-tərbiyə işləri üzrə direktor müavini Nəbi Abdullayev, təşkilatçı Mahir Əsgərov , müəllimlərdən Yusif Kəngərli , Məsumalı Səfərov çıxış edərək tədbir iştirakçılarına 20 il ərzində görülən işlər, aparılan islahatlar və qazanılan uğurlar haqqında məlumat verdilər. Sonda şagirdlərin şeirləri dinlənildi.

27/09/2023
Hər zamankı kimi öz sözünü deyən məktəbimizin müəllim kollektivini və şagirdləri təbrik edirəm! 100 faiz qəbul!
30/08/2023

Hər zamankı kimi öz sözünü deyən məktəbimizin müəllim kollektivini və şagirdləri təbrik edirəm! 100 faiz qəbul!

31/07/2023

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN -ın məlumatına görə, Sərəncamda deyilir:

"Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə qərara alıram:

1. Hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunsun:

26 avqust – Laçın şəhəri günü

4 oktyabr – Cəbrayıl şəhəri günü

17 oktyabr – Füzuli şəhəri günü

20 oktyabr – Zəngilan şəhəri günü

25 oktyabr – Qubadlı şəhəri günü

8 noyabr – Şuşa şəhəri günü

20 noyabr – Ağdam şəhəri günü

25 noyabr – Kəlbəcər şəhəri günü.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Address

Azərbaycan
Nakhchivan

Website

Alerts

Be the first to know and let us send you an email when Saltaq məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category