Naxçıvan Dövlət Universiteti - NDU

Naxçıvan Dövlət Universiteti - NDU Naxçıvan Dövlət Universitetinin rəsmi səhifəsi
Nakhchivan State University

22/08/2026

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə:

Tarixi yalnız böyük hadisələr yaratmır. Bəzən bir insanın ömür yolu özü bütöv bir epoxanın mənzərəsinə çevrilir. Belə talelərdə fərdi bioqrafiya ilə xalqın taleyi bir-birindən ayrılmır; insanın keçdiyi yol onun yaşadığı zamanın sınaqları, mənsub olduğu mühitin dəyərləri və qarşısında dayanan tarixi məsuliyyətlə birlikdə mənalanır. Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Əliyevin həyatı məhz belə nadir bioqrafiyalardandır. Onun 1897-ci ildən başlayan və XX əsrin ən mürəkkəb siyasi, ictimai və mədəni hadisələrinin içindən keçən ömür yolu Azərbaycan tibb elminin, səhiyyə təşkilatçılığının, dövlət idarəçiliyinin və milli ziyalılıq ənənəsinin bir-birini tamamladığı parlaq salnamə təsiri bağışlayır.
20 avqust 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əziz Əliyevin anadan olmasının 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması Əziz Əliyev irsinə göstərilən böyük ehtiramın nümunəsidir. Belə yubileylər milli yaddaşda özünəməxsus yer tutan şəxsiyyətlərin irsini əbədiləşdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Əziz Əliyevin irsi baxımından isə bu “vətəndaşlıq məktəbi” olduqca zəngindir: onun həyatında elm ilə dövlətçilik, peşəkarlıq ilə vətəndaşlıq, prinsipiallıq ilə insaniyyət bir bütövün tərkib hissələri kimi çıxış edir.

https://serqqapisi.az/butun-xeberler/xalqin-eziz-oglu

https://president.az/az/articles/view/73301
20/08/2026

https://president.az/az/articles/view/73301

2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur.

📌Hörmətli gənc tədqiqatçılar! 🗓️Naxçıvan Dövlət Universitetində 15–16 oktyabr 2026-cı il tarixlərində keçiriləcək Doktor...
18/08/2026

📌Hörmətli gənc tədqiqatçılar!
🗓️Naxçıvan Dövlət Universitetində 15–16 oktyabr 2026-cı il tarixlərində keçiriləcək Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransına (NASCO 29) sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir.

Tədbirlə bağlı ətraflı məlumat, tezis tərtibatı qaydaları və qeydiyyat üçün:
https://konfrans.ndu.edu.az

Məqalə və ya tezislərinizi aşağıdakı link üzərindən göndərə bilərsiniz:
https://nasco.ndu.edu.az/az/speaker-reg/

Konfransda iştirak ödənişsizdir.

18/08/2026
I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026Naxçıvan, Azərbaycan24–26 sentyabr 2026Naxçıvan Dövlət Universitetinin ev sahib...
17/08/2026

I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026

Naxçıvan, Azərbaycan
24–26 sentyabr 2026

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi və təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi tədbir tibb sahəsində bilik və təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlığın inkişafı və müasir diaqnostika-müalicə yanaşmalarının müzakirəsinə həsr olunacaq.

🔹 XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi
🔹 Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres
🔹 İBH və İntestinal Ultrasonoqrafiya üzrə Beynəlxalq Kurs
🔹 Ustad dərsləri, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər
🔹 Panel müzakirələri, simpoziumlar və elmi təqdimatlar

Xəstələr üçün də mühüm imkanlar yaradılacaq! Tədbir çərçivəsində qastroenterologiya, onkologiya, urologiya, mama-ginekologiya və ümumi cərrahiyyə sahələri üzrə tanınmış mütəxəssislər tərəfindən xəstələrin qəbulu, müayinəsi və müalicəsinin təşkili nəzərdə tutulur.

🌍 Avropa, Amerika və türkdilli ölkələrdən tanınmış alim və mütəxəssislərin iştirakı ilə keçiriləcək tədbirə bütün tibb ictimaiyyəti dəvətlidir.

📌 Tezislərin göndərilməsi üçün son tarix: 30 avqust 2026
📧 [email protected]
📞 +994 55 677 26 29

🇦🇿 Prezident İlham Əliyevə Naxçıvan Dövlət Universitetinin kollektivi adından minnətdarlıq məktubu ünvanlanıbMəktubda Na...
17/08/2026

🇦🇿 Prezident İlham Əliyevə Naxçıvan Dövlət Universitetinin kollektivi adından minnətdarlıq məktubu ünvanlanıb

Məktubda Naxçıvanın hərtərəfli inkişafına, elm və təhsilin tərəqqisinə, eləcə də Naxçıvan Dövlət Universitetinin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunub.

🔗 Məktubun tam mətni:

Sizin rəhbərliyinizlə Azərbaycan son illərdə öz tarixinin ən qüdrətli inkişaf mərhələlərindən birini yaşayır. Ölkəmizin bütün bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, müasir infrastrukturun formalaşdırılması, sosial rifahın yü...

Dəyərli alimlər və tədqiqatçılar!📅 13–14 noyabr 2026-cı il tarixlərində Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universiteti...
17/08/2026

Dəyərli alimlər və tədqiqatçılar!
📅 13–14 noyabr 2026-cı il tarixlərində Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş “İpək Yolu Üzərində Şəhərsalma Mədəniyyəti və Memarlıq” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi UNESCO-nun 2026-cı il üzrə yubileylər proqramına daxil edilmiş, eyni zamanda yubileyin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı imzalanmışdır.
🔹 Konfransın əsas elmi istiqamətləri:
• Əcəmi Naxçıvani irsi və Naxçıvan memarlıq məktəbi
• İpək Yolu üzərində şəhərsalma mədəniyyəti
• Orta əsr Azərbaycan memarlığı və urbanistik ənənələr
• Naxçıvanın tarixi-memarlıq abidələri
• Möminə Xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsinin memarlıq xüsusiyyətləri
• Atabəylər dövründə şəhərsalma və mədəni mühit
• Memarlıq ornamentləri, kitabələr və epiqrafik mənbələr
• Mədəni irsin qorunması, bərpası və rəqəmsallaşdırılması
• Orta əsr memarlığı və arxeologiya
• Azərbaycan memarlığının Şərq və dünya memarlığı kontekstində yeri
• İpək yolu şəhərlərində memarlıq əlaqələri və mədəni mübadilə
• Mədəni turizm və tarixi irsin beynəlxalq tanıdılması

Konfrans tarix, memarlıq, şəhərsalma, sənətşünaslıq, mədəni irs, turizm, arxeologiya, regionşünaslıq və əlaqəli sahələr üzrə fəaliyyət göstərən alimləri, tədqiqatçıları, ali təhsil müəssisələrinin professor-müəllim heyətini, doktorantları, magistrantları və mütəxəssisləri vahid beynəlxalq elmi platformada bir araya gətirməyi hədəfləyir.
📚 Konfransa təqdim edilən elmi məruzələr Elmi Komitə tərəfindən anonim ekspertiza əsasında qiymətləndiriləcək, qəbul edilmiş məqalələr isə ISBN nömrəsi ilə nəşr olunacaq konfrans materialları toplusunda dərc ediləcək.
✨ Sizi bu nüfuzlu beynəlxalq elmi platformada iştirak etməyə, elmi nəticələrinizi təqdim etməyə və yeni elmi əməkdaşlıqların formalaşmasına töhfə verməyə dəvət edirik!
🌐 Ətraflı məlumat:
konfrans.ndu.edu.az
📞 Əlaqə: (+994) 60 205 11 00
Zamin Babazadə

Address

Naxçıvan şəhəri, Universitet şəhərciyi
Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+994365440861

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Dövlət Universiteti - NDU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Naxçıvan Dövlət Universiteti - NDU:

Shortcuts

Share