04/02/2026
Qarşıma sosial şəbəkələrdə tez-tez sinonim sözləri göstərən videolar çıxır. Dil bilgisi az olanlar və yeni öyrənməyə başlayanlar da “nə vaxtsa lazım olar” düşüncəsi ilə onları götürüb kor-koranə əzbərləyir. Amma bunu edərkən vacib bir məqamı unudurlar.
Sinonim o demək deyil ki, bu sözlər hər yerdə bir-birini əvəz edə bilər. İstifadə yeri, kontekst və daşıdığı məna çaları çox vacibdir. Bunu kiçik bir nümunə ilə göstərmək olar:
𝗘𝗗𝗜𝗕𝗟𝗘 o zaman işlənir ki, qida:
𝟭. zəhərli deyilsə
𝟮. heç bir zərəri yoxdursa
𝟯. təhlükəsiz şəkildə yeyilə bilərsə
𝗠ə𝘀ə𝗹ə𝗻:
𝘛𝘩𝘦𝘴𝘦 𝘮𝘶𝘴𝘩𝘳𝘰𝘰𝘮𝘴 𝘢𝘳𝘦 𝘦𝘥𝘪𝘣𝘭𝘦 (𝘴𝘢𝘧𝘦 𝘵𝘰 𝘦𝘢𝘵), 𝘣𝘶𝘵 𝘺𝘰𝘶 𝘮𝘶𝘴𝘵 𝘤𝘰𝘰𝘬 𝘵𝘩𝘦𝘮 𝘧𝘪𝘳𝘴𝘵.
𝘛𝘩𝘦𝘴𝘦 𝘣𝘦𝘳𝘳𝘪𝘦𝘴 𝘢𝘳𝘦 𝘦𝘥𝘪𝘣𝘭𝘦, 𝘣𝘶𝘵 𝘴𝘰𝘮𝘦 𝘴𝘪𝘮𝘪𝘭𝘢𝘳 𝘰𝘯𝘦𝘴 𝘢𝘳𝘦 𝘱𝘰𝘪𝘴𝘰𝘯𝘰𝘶𝘴.
𝗘𝗔𝗧𝗔𝗕𝗟𝗘 isə o zaman işlənir ki, yeməyin dadı və ya özü xoşumuza gəlməyə bilər, amma yenə də yemək olar.
𝗠ə𝘀ə𝗹ə𝗻:
𝘛𝘩𝘦 𝘴𝘰𝘶𝘱 𝘸𝘢𝘴 𝘤𝘰𝘭𝘥 𝘢𝘯𝘥 𝘵𝘢𝘴𝘵𝘦𝘭𝘦𝘴𝘴, 𝘣𝘶𝘵 𝘴𝘵𝘪𝘭𝘭 𝘦𝘢𝘵𝘢𝘣𝘭𝘦.
Əziz müəllimlər, sinonimləri öyrədərkən onların düzgün istifadəsini, yəni harada və necə işlədildiyini də mütləq izah edək. Çünki dil sadəcə söz əzbərləmək deyil, həm də məna və kontekstə uyğun istifadə məsələsidir.