Naxçıvan Müəllimlər İnstitutu

Naxçıvan Müəllimlər İnstitutu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naxçıvan Müəllimlər İnstitutu, Education Website, Nakhchivan.

NMİ əməkdaşı beynəlxalq festivalda iştirak edib12–14 iyun tarixlərində Bakı şəhərində keçirilən “Xəzər dalğaları 2026” b...
16/06/2026

NMİ əməkdaşı beynəlxalq festivalda iştirak edib

12–14 iyun tarixlərində Bakı şəhərində keçirilən “Xəzər dalğaları 2026” beynəlxalq sulu boya rəsm festivalında Naxçıvan Muxtar Respublikasını təmsil edən rəssamlar arasında Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyev də yer alıb.
Dünyanın müxtəlif ölkələrindən rəssamların qatıldığı festival yaradıcılıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, Həbib Allahverdiyev yalnız fərdi yaradıcılıq nailiyyətləri ilə deyil, eyni zamanda təhsil verdiyi tələbələrinin müxtəlif səviyyəli müsabiqə və sərgilərdə əldə etdikləri uğurlarla da muxtar respublikanın incəsənət və təhsil mühitində tanınır. Onun rəhbərliyi ilə hazırlanan tələbələr həm müəssisə daxili, həm də muxtar respublika və respublika səviyyəli tədbirlərdə uğurla çıxış edərək müxtəlif mükafatlara layiq görülüblər.
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşının beynəlxalq festivalda iştirakı ali təhsil müəssisəsinin yaradıcılıq və incəsənət sahəsindəki potensialının nümayişi, həmçinin institutun ölkə və beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyət daşıyır.

NMİ-də uğur qazanan tələbələrlə görüş keçirilibNaxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent El...
13/06/2026

NMİ-də uğur qazanan tələbələrlə görüş keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov “Şəhərsalma və Memarlıq İli” münasibətilə keçirilən “VIII Art Battle” rəsm müsabiqəsində uğur qazanan tələbələrlə görüşüb.
Görüşdə Elşən Məmmədov müsabiqədə yüksək nəticə göstərərək I, II və III yerlərə layiq görülən tələbələr – Zəhra Məmmədzadə, Səadət Həziyeva və Yasəmən Səfərovanı təbrik edib. O bildirib ki, tələbələrin əldə etdikləri nailiyyətlər həm onların şəxsi uğuru, həm də Naxçıvan Müəllimlər İnstitutunun təhsil və yaradıcılıq mühitinin göstəricisidir.
Rektor qeyd edib ki, gənclərin bilik və bacarıqlarının, eləcə də yaradıcılıq potensiallarının inkişaf etdirilməsi institutun əsas prioritetlərindən biridir. O vurğulayıb ki, tələbələrin müxtəlif müsabiqələrdə qazandıqları uğurlar onların öz üzərlərində daim çalışdıqlarını və institutu layiqincə təmsil etdiklərini göstərir.
Elşən Məmmədov tələbələrin əldə etdikləri uğurun arxasında onların əzmkarlığı ilə yanaşı, müəllimlərin zəhmətinin və fakültə rəhbərliyinin də mühüm rol oynadığını qeyd edib. O, müsabiqədə fərqlənən tələbələri, onların müəllimlərini və fakültə dekanlıqlarını təbrik edərək, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Tələbələr göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, gələcəkdə də müxtəlif müsabiqə və layihələrdə institutu uğurla təmsil etmək üçün səylərini davam etdirəcəklərini bildiriblər.

NMİ-də 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilibBu gün Naxçıvan Müəllimlər İnstitutunda 15 İyu...
13/06/2026

NMİ-də 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan müstəqil inkişafa” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dəyirmi masanı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin taleyində tarixi dönüş nöqtəsi olduğunu qeyd edib. O bildirib ki, 1993-cü ildə ölkədə yaranmış xaos, siyasi böhran və dövlət idarəçiliyindəki iflic vəziyyət fonunda Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmasının qarşısını alıb və dövlətin varlığını qoruyub saxlayıb.
Elşən Məmmədov çıxışında vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs təkcə o dövr üçün deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının da əsasını təşkil edib. O qeyd edib ki, bu kursun ən mühüm nəticələrindən biri güclü dövlət institutlarının formalaşması və müstəqil Azərbaycanın dayanıqlı inkişaf yoluna çıxmasıdır. Rektor əlavə edib ki, həmin siyasi xəttin uğurlu davamı nəticəsində Azərbaycan bu gün regionda aparıcı dövlətə çevrilib, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə öz gücünü və suveren iradəsini bütün dünyaya nümayiş etdirib.
Sonra institutun əməkdaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov çıxış edərək 1993-cü ilin iyun hadisələrinin ölkənin taleyində həlledici rol oynadığını qeyd edib. O bildirib ki, həmin dövrdə xarici müdaxilələr və daxili gərginliklər fonunda dövlətçiliyin təhlükə altında olduğu bir zamanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edib. Azad Novruzov 15 iyun tarixində Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsini Milli Qurtuluşun başlanğıcı kimi dəyərləndirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, institutun Humanitar və ictimai fənlər kafedrasının əməkdaşı Zeynəb Quliyeva qeyd edib ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycan müasir tarixində dövlətçilik ideyasının möhkəmlənməsi baxımından xüsusi elmi və siyasi əhəmiyyət daşıyır. O bildirib ki, Milli Qurtuluşdan sonra formalaşan siyasi sabitlik Azərbaycanın gələcək inkişafına, dövlət idarəçiliyinin təkmilləşməsinə və beynəlxalq mövqelərinin güclənməsinə mühüm zəmin yaradıb. Məruzəçi Ümummilli Liderin “Müstəqilliyi qoruyib saxlamaq onu qazanmaqdan daha çətindir” fikrini xatırladaraq bildirib ki, bu gün Azərbaycanın güclü və sabit dövlət kimi inkişafı məhz həmin siyasi xəttin davamıdır.
Sonda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

NMİ-də magistr dissertasiyalarının növbəti müdafiəsi keçirilib12 iyun tarixində Naxçıvan Müəllimlər İnstitutunda magistr...
13/06/2026

NMİ-də magistr dissertasiyalarının növbəti müdafiəsi keçirilib

12 iyun tarixində Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə dissertasiya işlərinin növbəti müdafiəsi keçirilib. Müdafiədə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov, İxtisaslaşdırılmış Şuranın üzvləri, elmi rəhbərlər və magistrantlar iştirak ediblər.
Müdafiədə çıxış edən Elşən Məmmədov magistratura təhsilinin elmi-tədqiqat bacarıqlarının formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. O, magistrantların müdafiəyə təqdim etdikləri işlərin aktual mövzulara həsr olunmasının, əldə olunan nəticələrin isə təhsil mühitində tətbiq imkanlarının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin magistrantlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayaraq yeni nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib.
Sonra magistrantlar dissertasiya işlərini təqdim edib, İxtisaslaşdırılmış Şuranın üzvlərinin suallarını cavablandırıblar. Müdafiələrin sonunda təqdim olunan işlər müvafiq qaydada qiymətləndirilib, magistrantlar uğurlu müdafiələri münasibətilə təbrik olunublar.

Rektor institutun futzal komandası ilə görüşübNaxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elş...
10/06/2026

Rektor institutun futzal komandası ilə görüşüb

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında keçirilən futzal üzrə birincilikdə uğurla çıxış edərək III yerə layiq görülən institut komandasının üzvləri ilə görüşüb.
Görüşdə komanda üzvlərini qazandıqları uğur münasibətilə təbrik edən rektor tələbələrin yarış boyu nümayiş etdirdikləri əzm, iradə və komanda ruhunu yüksək qiymətləndirib. Elşən Məmmədov bildirib ki, gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və onların hərtərəfli inkişafı təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdəndir. O, əldə olunan nəticənin institutun tələbə gənclərinin potensialını və idman sahəsindəki uğurlarını bir daha nümayiş etdirdiyini vurğulayıb.
Rektor gələcək yarışlarda komandanın daha yüksək nailiyyətlər qazanacağına əminliyini ifadə edərək tələbələrə yeni uğurlar arzulayıb.
Görüş zamanı tələbələr göstərilən diqqət və dəstəyə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında keçirilən futzal üzrə birincilikdə Naxçıvan Müəllimlər İnstitutunun komandası üçüncülük uğrunda oyunda qalib gələrək yarışın bürünc mükafatçısı olub. Komanda yarışın yekununda diplom, medal və kubokla təltif edilib.

NMİ-də magistrantların dissertasiya müdafiələri davam edir08 iyun tarixində keçirilən müdafiələrdə institutun rektoru və...
08/06/2026

NMİ-də magistrantların dissertasiya müdafiələri davam edir

08 iyun tarixində keçirilən müdafiələrdə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov, Ümumi işlər üzrə prorektor Xəyal Camalov, ixtisaslaşmış komissiyanın üzvləri və elmi rəhbərlər iştirak ediblər.
Magistrantlar tədqiqat işlərinin əsas nəticələrini təqdim edib, komissiya üzvlərinin suallarını cavablandırıblar. Təqdim olunan dissertasiya işləri elmi səviyyəsi, aktuallığı və praktik əhəmiyyəti baxımından yüksək qiymətləndirilib.
Qeyd edək ki, dissertasiya müdafiələri təsdiq olunmuş qrafikə uyğun olaraq davam etdirilir.

NMİ-də yaz imtahan sessiyası uğurla davam edirNaxçıvan Müəllimlər İnstitutunda 2025–2026-cı tədris ilinin yaz semestri ü...
08/06/2026

NMİ-də yaz imtahan sessiyası uğurla davam edir

Naxçıvan Müəllimlər İnstitutunda 2025–2026-cı tədris ilinin yaz semestri üzrə yay imtahan sessiyası davam edir.
İmtahanların gedişini izləmək məqsədilə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov imtahan zallarında olub, proseslə yaxından tanış olub. O, imtahanların mövcud qaydalara uyğun, şəffaf və obyektiv şəkildə təşkili ilə maraqlanıb, tələbələr üçün yaradılmış şəraitə baxış keçirib.
Diqqətinizə çatdıraq ki, doğma ali təhsil ocağında bütün imtahan sessiya müddətlərində tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, eləcə də imtahan prosesinin şəffaf təşkili diqqət mərkəzində saxlanılır.

NMİ-də “Məktəblilərdə ekoloji düşüncənin formalaşdırılması və inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilibNaxçıv...
08/06/2026

NMİ-də “Məktəblilərdə ekoloji düşüncənin formalaşdırılması və inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə ümuminstitut elmi konfranslar çərçivəsində “5 İyun – Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunmuş “Məktəblilərdə ekoloji düşüncənin formalaşdırılması və inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılışında giriş sözü ilə çıxış edən institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov ətraf mühitin qorunmasının müasir dövrün ən aktual məsələlərindən biri olduğunu vurğulayaraq, ekoloji təhsilin və ekoloji düşüncənin formalaşdırılmasının gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynadığını bildirib.
Plenar iclasda pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov “Ekoloji təhsilin davamlı inkişaf məqsədlərində rolu”, Ümumi fənlər kafedrasının müəllimi Gülnarə Səfərova isə “Biologiya dərslərində ekoloji düşüncənin formalaşdırılması” mövzusunda məruzə ilə çıxış ediblər.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmələrdə ekoloji mühitin qorunması, davamlı inkişaf problemləri, ekoloji təhsilin rolu, məktəblilərdə ekoloji dünyagörüşünün formalaşdırılması, texnologiya və coğrafiya fənlərinin ekoloji tərbiyədə əhəmiyyəti kimi mövzular ətrafında məruzələr dinlənilib və müzakirələr aparılıb.
Tədbirdə vurğulanıb ki, məktəblilərdə ekoloji düşüncənin formalaşdırılması ətraf mühitə məsuliyyətli münasibətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

NMİ-də Təbiət və İncəsənət fakültəsinin qiyabi şöbə tələbələrinin istehsalat təcrübəsi hesabatları dinlənilibHesabatda N...
04/06/2026

NMİ-də Təbiət və İncəsənət fakültəsinin qiyabi şöbə tələbələrinin istehsalat təcrübəsi hesabatları dinlənilib

Hesabatda Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov, institut rəhbərliyi, fakültə və kafedra əməkdaşları, eləcə də tələbələr iştirak ediblər.
Təcrübə müddətində tələbələr müvafiq müəssisələrdə pedaqoji fəaliyyətin təşkili, dərs prosesinin müşahidəsi və praktik bacarıqların formalaşdırılması istiqamətində fəaliyyət göstəriblər.
Hesabatların təqdimatı zamanı təcrübəçi tələbələr istehsalat təcrübəsi dövründə qazandıqları bilik və bacarıqlar, yerinə yetirdikləri tapşırıqlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər. Təqdimatlardan sonra müəllimlər və komissiya üzvləri tərəfindən tələbələrə suallar ünvanlanıb, cavablar dinlənilib və müvafiq müzakirələr aparılıb.
Sonda tələbələrin istehsalat təcrübəsi hesabatları qiymətləndirilib və onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulanıb.

NMİ-də magistrantların dissertasiya müdafiəsinə başlanılıb3 iyun 2026-cı il tarixindən Naxçıvan Müəllimlər İnstitutunda ...
04/06/2026

NMİ-də magistrantların dissertasiya müdafiəsinə başlanılıb

3 iyun 2026-cı il tarixindən Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsinə başlanılıb.
Müdafiə prosesində institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov, institut rəhbərliyi,
İxtisaslaşmış şura üzvləri, elmi rəhbərlər və magistrantlar iştirak ediblər.
Magistrantlar dissertasiya mövzuları üzrə apardıqları elmi-tədqiqat işlərinin nəticələrini təqdim edərək tədqiqatın məqsədi, vəzifələri, əldə olunan nəticələr və onların elmi-praktik əhəmiyyəti barədə məlumat veriblər. Təqdimatlardan sonra Şuranın üzvləri tərəfindən verilən suallar cavablandırılıb, tədqiqat işləri ətrafında müzakirələr aparılıb.
Müdafiələr zamanı dissertasiya işlərinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, həmçinin magistrantların mövzuya hakimlik səviyyəsi qiymətləndirilib. Şura üzvləri təqdim olunan dissertasiya işlərini müvafiq meyarlar əsasında dəyərləndirərək yekun qərarlar qəbul ediblər.
Sonda institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov magistrantları uğurla başa vurduqları tədqiqat işləri münasibətilə təbrik edib, onlara gələcək elmi və peşə fəaliyyətlərində uğurlar arzulayıb. O, müdafiələrin magistrantların elmi potensialının inkişafı, tədqiqat bacarıqlarının formalaşması və yüksəkixtisaslı kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi adından magistrantlarımızı dissertasiya müdafiələrini uğurla başa vurmaları münasibətilə təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində və peşəkar karyeralarında yeni nailiyyətlər arzulayırıq!

Address

Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

00994365453202

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Müəllimlər İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Naxçıvan Müəllimlər İnstitutu:

Shortcuts

Share