Şərur rayon Aşağı Daşarx kənd tam orta məktəbi

Şərur rayon Aşağı Daşarx kənd tam orta məktəbi Ümimtəhsil məktəbi

Şərur rayon Aşağı Daşarx kənd tam orta məktəbində 17 sentyabr tarixində məktəbin psixoloqu Mirzəyeva Elvira tərəfindən I...
17/09/2024

Şərur rayon Aşağı Daşarx kənd tam orta məktəbində 17 sentyabr tarixində məktəbin psixoloqu Mirzəyeva Elvira tərəfindən I sinif şagirdlərinin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə "Kern-Yerasik" metodikası tətbiq olundu. Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq insan şəklinin çəkilməsi, nöqtələrin və cümlənin düzgün köçürülməsi bacarıqları yoxlanıldı.
Testin keçirilməsində əsas məqsəd şagirdlərin intellektual bilik səviyyəsini yoxlamaq, ümumi məlumatlılıq, müqayisəetmə bacarığını, məktəbə münasibətini müəyyənləşdirmək idi. Həmçinin şagirdlərlə fərdi formada da iş aparıldı, diqqəti inkişaf etdirmək üçün "labirint" çalışması yerinə yetirildi.

10 yanvar 2024- cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsa...
13/01/2024

10 yanvar 2024- cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibə vermişdir. Müsahibə zamanı ölkə Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev hərtərəfli, indiyədək bilmədiyimiz məqamlara gətirdiyi çox dəqiq açıqlamaları ilə sanki 20 illik şərəfli hakimiyyətinin önəmini ortaya qoydu. Bu bir daha 2003-cü ildə Azərbaycan xalqının düzgün seçim etdiyini təsdiqlədi.1993-cü ildən əsası qoyulmuş siyasət 2003- ildən başlayaraq Azərbaycanı yeni inkişaf yoluna çıxardı. Sabitlik təmin edildi bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda xalq -iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Müasir tariximizin yeni dövrü 20 sentyabrdan başladı. Bu tarix Azərbaycanın suverenliyini bizə yaşatdı. Ölkə Prezidentinin fikirlərindəki yeni məqamlar-Ədalət öz-özünə gəlmir, ədaləti sən gərək özün təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Müzəffər Ali Baş Komandan cənab Prezident ədaləti 44 günə bərpa etdi. Şəhidlərin qanı yerdə qalmadı. Qazilərimizin haqq savaşında itirdikləri sağlamlıqları nəticəsiz qalmadı Xocalıda bayrağı qaldırandan sonra əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. Bu fikirləri söyləyən Cənab Prezident bir daha vurğuladı: Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa heç bir təpəni də sən götürə bilməzsən.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi  STEAM Təlim-Tədris Mərkəzinə müvafiq təlim-tədris heyətinin işə qəbulunu ...
11/01/2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi STEAM Təlim-Tədris Mərkəzinə müvafiq təlim-tədris heyətinin işə qəbulunu həyata keçirir

✅STEAM Təlim-Tədris Mərkəzinə müvafiq təlim-tədris heyətinin işə qəbulu müsahibə əsasında həyata keçiriləcəkdir.

✅ Müsahibə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydalara əsasən, qeydiyyat bitdikdən sonra aparılacaqdır.

✅ Namizədlər müsahibədə iştirak etmək üçün iddia etdikləri vakant vəzifəni qeyd edərək mərkəzin elektron poçt ünvanına([email protected]) CV-lərini təqdim etməlidirlər

✅ Qeyd edək ki, namizədlər tərəfindən göndərilən CV-lərin qəbulu 17 yanvar 2024-cü il tarixədək həyata keçiriləcəkdir.

✅ Müvafiq vəzifələrə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

357 məktəblimiz Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində   uğur qazanıb 24 dekabr 2023-cü il tarixind...
11/01/2024

357 məktəblimiz Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində uğur qazanıb

24 dekabr 2023-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 1700-dən artıq şagird iştirak edib, onlardan 357-si uğur qazanaraq yarımfinal mərhələsinə vəsiqə əldə edib.

Məlumat üçün bildirək ki, bu il rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə 104 şagird çox olmuşdur.

11/01/2024
Şərur rayon Aşağı daşarx kənd tam orta məktəbində Riyaziyyat fənn aylığı çərçivəsində VIII sinifdə Riyaziyyat fənni üzrə...
10/01/2024

Şərur rayon Aşağı daşarx kənd tam orta məktəbində Riyaziyyat fənn aylığı çərçivəsində VIII sinifdə Riyaziyyat fənni üzrə nümunəvi dərs keçirildi.

Şərur rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəbimizdə IX,X,XI siniflər üzrə buraxılış fənləri üzrə  monitorinq ke...
10/01/2024

Şərur rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəbimizdə IX,X,XI siniflər üzrə buraxılış fənləri üzrə monitorinq keçirildi.

Eksternat qaydasında keçirilən  aralıq imtahanının nəticələri açıqlanıb       Dekabrın 23-də  Naxçıvan Muxtar Respublika...
10/01/2024

Eksternat qaydasında keçirilən aralıq imtahanının nəticələri açıqlanıb

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçirilən aralıq imtahanının nəticələri elan olunub.
Eksternat qaydasında keçirilən aralıq imtahanında ümumi orta təhsil səviyyəsi üzrə iştirak edən 305 şəxsdən 191-i, tam orta təhsil səviyyəsi üzrə iştirak edən 429 şəxsdən isə 228-i uğur qazanıb.
Eksternat imtahanında iştirak edən şəxslər öz imtahan nəticələri ilə bağlı məlumatı rayon (şəhər) Təhsil Şöbələrinə müraciət edərək öyrənə bilərlər.
Qeyd edək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanıblar.

09/01/2024

Tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi davam edir.

Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı  vəzifələrin...
08/01/2024

Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçiriləcək
Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün işə qəbul müsabiqəsinin test mərhələsi təşkil olunacaq.
Müsabiqə saat 11:00-da Naxçıvan Şahmat Mərkəzində keçiriləcək.
📌Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:
🟢şəxsiyyət vəsiqəsi
🟢göy rəngli diyircəkli qələm

📌Müsabiqə zalına gətirmək qadağandır:
🔴 mobil telefon və digər rabitə vasitələri
🔴 ağıllı saat
🔴 kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.

Culfa  rayonunda vətəndaş  qəbulu keçiriləcək Naxçıvan Muxtar Respublikasının  təhsil naziri vəzifələrinin icraçısı, naz...
08/01/2024

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov 12 yanvar tarixində Culfa rayonunda vətəndaşları qəbul edəcək.

Culfa rayon sakinləri 11 yanvar (saat 18:00-dək) tarixinədək 051 727 69 69 “WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaş qəbulu saat 15:00-dan 18:00-dək Culfa Rayon Təhsil Şöbəsinin inzibati binasında keçiriləcək.

Address

Şərur Rayon Aşağı Daşarx Kəndi
Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365524003

Website

Alerts

Be the first to know and let us send you an email when Şərur rayon Aşağı Daşarx kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share