08/07/2022
Naxçıvan Dövlət Universitetində ingilis dili buraxılış kursu tələbələri üçün yekun dövlət attestasiyası keçirilib. Universitetin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, muxtar respublikada ingilis dilli kadrlara olan tələbatın ödənilməsində əsas baza rolunu oynayan Xarici dillər fakültəsində tədris peşəkar müəllimlər tərəfindən həyata keçirilir. Bunun nəticəsi olaraq tələbələr ali təhsil ocağında yeni yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində öz biliklərin sınayaraq Britaniya Şurası tərəfindən IELTS sertifikatına layiq görülüb. Rektor bu münasibətlə tələbələri təbrik edərək, onlara gələcək peşə fəaliyyətində uğurlar arzu edib.
IELTS imtahanında uğur qazanan tələbələrə sertifikalar təqdim olunub. Bakalavr pilləsində ən yüksək nəticəni 7,5 balla İngilis dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Zübeydə Zeynalova, magistrantlar arasında 6,5 balla Dilşünaslıq (İngilis dili üzrə) ixtisaslaşması üzrə II kurs magistrant Lalə Rzayeva əldə edib.